İlham Əliyev Malayziyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Ahmad Kamrizamil Bin Mohd Rza Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billahın və Malayziyanın Baş naziri Ənvər İbrahimin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Malayziyanın Kralına və Baş nazirinə çatdırmağı xahiş edib.

Siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı əlaqələrimizin daha da fəallaşdırılmasının və əməkdaşlığımızın yeni istiqamətlərinin, o cümlədən investisiya, qarşılıqlı ticarət, humanitar sahələrdə müəyyənləşdirməsinin zəruriliyini bildirib.
Beynəlxalq institutlar çərçivəsində əməkdaşlığımızdan məmnunluğunu idafə edən Prezident İlham Əliyev BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatında ölkələrimizin bir-birini dəstəkəməsinin önəmini vurğulayıb və bunu qardaşlıq əlaqələrimizin yaxşı nümunəsi kimi dəyərləndirib.

Dövlətimizin başçısı, eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsinin də vacibliyinə toxunaraq qarşıdan gələn illərdə nazirlər, hökumət nümayəndələri, biznes dairələri arasında qarşılıqlı səfərlərin təşkilinin bu işə xidmət edə biləcəyini deyib. Prezident İlham Əliyev səfirin Azərbaycanda fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edərək ona işində uğurlar arzulayıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib, turizm, ticarət və digər sahələrdə əlaqələrin möhkəmlənəcəyinə ümidvarlığını ifadə edib.
Diplomat bildirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyur. O, dövlətimizin başçısının çox xarizmatik və uzaqgörən bir Lider olduğunu vurğulayıb.

Ahmad Kamrizamil Bin Mohd Rza əlaqələrimizin genişləndirilməsi üçün səylərini əsirgəməcəyini bildirib.

Söhbət zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq, mədəni-humanitar münasibətlərin genişləndirilməsi məsələləri müzakirə olundu, birbaşa aviareyslərin həyata keçirilməsi, Azərbaycan-Malayziya iqtisadi əlaqələrinin genişləndirilməsi üçün hökumətlərarası komissiyanın yaradılması məsələlərinə toxunulub.
 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahin Şıxlinski və Səfərov qardaşlarının məhkəməsi keçirilir

Şahin Şıxlinski və Səfərov qardaşlarının məhkəməsi keçirilir

Uşaqlar üçün onkologiya xidmətləri İTS zərfinə SALINACAQ – Bu TARİXDƏN

Uşaqlar üçün onkologiya xidmətləri İTS zərfinə SALINACAQ – Bu TARİXDƏN

Su ilə bağlı SƏRƏNCAM

Su ilə bağlı SƏRƏNCAM

Rusiya Odessa şəhərinə zərbə endirdi – Xəsarət alanlar var - FOTO

Rusiya Odessa şəhərinə zərbə endirdi – Xəsarət alanlar var - FOTO

Ötən il nə qədər şəxs İŞLƏ təmin edilib? – RƏSMİ AÇIQLAMA

Ötən il nə qədər şəxs İŞLƏ təmin edilib? – RƏSMİ AÇIQLAMA

Rusiyada bu miqrantlara vətəndaşlıq və yaşayış icazəsi verilməyəcək

Rusiyada bu miqrantlara vətəndaşlıq və yaşayış icazəsi verilməyəcək

İlham Əliyev Sumqayıtda zavodun açılışında – FOTO

İlham Əliyev Sumqayıtda zavodun açılışında – FOTO

Bu hallarda bank və polis orqanları ilə əlaqə saxlayın! – DİN-dən ÇAĞIRIŞ

Bu hallarda bank və polis orqanları ilə əlaqə saxlayın! – DİN-dən ÇAĞIRIŞ

Rusiya ordusu Ukraynada daha iki kəndi işğal etdi

Rusiya ordusu Ukraynada daha iki kəndi işğal etdi

Dövlət Neft Fondunun aktivləri 73,5 milyard dollara çatdı

Dövlət Neft Fondunun aktivləri 73,5 milyard dollara çatdı

Netanyahu qapalı kameralı telefondan istifadə edir – FOTO

Netanyahu qapalı kameralı telefondan istifadə edir – FOTO

Avropada azərbaycanlılar Liverpula axın edəcək - “Qarabağ”a görə

Avropada azərbaycanlılar Liverpula axın edəcək - “Qarabağ”a görə

Marketlərin HİYLƏSİ - Kənd yumurtası adı altında TƏHLÜKƏ satılır

Marketlərin HİYLƏSİ - Kənd yumurtası adı altında TƏHLÜKƏ satılır

Dövlət və özəl xəstəxanalarında ən çox bu əməliyyatlar aparılıb

Dövlət və özəl xəstəxanalarında ən çox bu əməliyyatlar aparılıb

DİQQƏT: Əhalinin faktiki yaşayış yeri ilə bağlı məlumat BAZASI hazırlanır – Bu prosesə görə

DİQQƏT: Əhalinin faktiki yaşayış yeri ilə bağlı məlumat BAZASI hazırlanır – Bu prosesə görə

Bakıda AİLƏ DRAMI: Arvadına xəsarət yetirdi, sonra isə özünü…

Bakıda AİLƏ DRAMI: Arvadına xəsarət yetirdi, sonra isə özünü…

Özəl xəstəxanalara icbari tibbi sığorta ilə MÜRACİƏT edənlərin sayı AÇIQLANDI

Özəl xəstəxanalara icbari tibbi sığorta ilə MÜRACİƏT edənlərin sayı AÇIQLANDI

İcbari tibbi sığortaya müraciətlər əsasən BU sahələr üzrədir

İcbari tibbi sığortaya müraciətlər əsasən BU sahələr üzrədir

Ərlə arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilər?

Ərlə arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilər?

Qeyri-formal çalışanlar icbari tibbi sığortanı özləri ödəyəcək – Zaur Əliyev

Qeyri-formal çalışanlar icbari tibbi sığortanı özləri ödəyəcək – Zaur Əliyev

Bu ərazilərə qar yağıb – FOTO

Bu ərazilərə qar yağıb – FOTO

"Nikosayağı" uzun müddətdən sonra… - VİDEO

"Nikosayağı" uzun müddətdən sonra… - VİDEO

Şəmkirdə ata ilə oğlu ağır QƏZAYA düşdü: Ölən var

Şəmkirdə ata ilə oğlu ağır QƏZAYA düşdü: Ölən var

Mərkəzi Bank vəzifəli şəxsləri cərimələdi

Mərkəzi Bank vəzifəli şəxsləri cərimələdi

End of content

No more pages to load

RADİO