Azərbaycanla Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb - FOTO

Dekabrın 1-də Sofiya şəhərində Azərbaycan Respublikası və Bolqarıstan Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası keçirilib.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini cənab Yalçın Rəfiyev, Bolqarıstan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini cənab Tixomir Stoyçev rəhbərlik edib.

Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələr üzrə ikitərəfli münasibətlərin, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Qarşılıqlı yüksək səviyyəli səfərlərin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyəti vurğulanıb və bu xüsusda, növbəti il ərzində gözlənilən səfərlərin əməkdaşlığın hazırkı dinamikasına əlavə töhfə verəcəyi bildirilib.

İki ölkə arasında strateji dialoq və siyasi məsləhətləşmələr mexanizmləri, habelə Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Qarşı tərəfə post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhdidləri, ölkəmizin həyata keçirdiyi genişmiqyaslı yenidənqurma, bərpa və şəhərsalma işləri, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramının icrası barədə məlumat verilib.

İclas zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Bolqarıstan Respublikasına səfəri zamanı xarici işlər nazirinin müavini cənab Yalçın Rəfiyev, habelə Bolqarıstan Respublikası Baş nazirinin müavini və xarici işlər naziri xanım Maria Qabriel, Bolqarıstan Respublikası Xalq Məclisinin Xarici siyasət komitəsinin sədri cənab Boyko Borissov və Bolqarıstan Respublikası Baş nazirinin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri cənab Draqomir Zakov ilə görüşlər keçirib.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda evlərdən oğurluq edən şəxs TUTULDU

Bakıda evlərdən oğurluq edən şəxs TUTULDU

Çətin günlər geridə qalacaq: 3 BÜRC üçün qara zolaq başa çatacaq

Çətin günlər geridə qalacaq: 3 BÜRC üçün qara zolaq başa çatacaq

Moskvada 9 ballıq tıxac: Taksi qiymətləri 3,5 dəfə artdı - SƏBƏB

Moskvada 9 ballıq tıxac: Taksi qiymətləri 3,5 dəfə artdı - SƏBƏB

Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu - FOTO

Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu - FOTO

“Beşiktaş” yenə xal itirdi - VİDEO

“Beşiktaş” yenə xal itirdi - VİDEO

Paşinyana artıq öz komandasının üzvləri belə etibar etmir

Paşinyana artıq öz komandasının üzvləri belə etibar etmir

Hakimin bıçaqlanan gəlininin vəziyyəti AÇIQLANDI

Hakimin bıçaqlanan gəlininin vəziyyəti AÇIQLANDI

Həmin gün bayram olsa da, işə gedəcəyik

Həmin gün bayram olsa da, işə gedəcəyik

Ceyhun Bayramov Çinə YOLA DÜŞDÜ

Ceyhun Bayramov Çinə YOLA DÜŞDÜ

Safura Aygün Kazımova ilə fotosunu paylaşdı - FOTO

Safura Aygün Kazımova ilə fotosunu paylaşdı - FOTO

Azad edilmiş bölgələrdə əmək yarmarkalarının sayı ARTIB

Azad edilmiş bölgələrdə əmək yarmarkalarının sayı ARTIB

SABAHIN HAVASI: Dağlıq rayonlarda yollar buz bağlayacaq

SABAHIN HAVASI: Dağlıq rayonlarda yollar buz bağlayacaq

“BBC News Azərbaycanca” və “Azadlıq radiosu”nun QANUNSUZLUQLARI – Gizli əməkdaşlıq sxeminin DETALLARI

“BBC News Azərbaycanca” və “Azadlıq radiosu”nun QANUNSUZLUQLARI – Gizli əməkdaşlıq sxeminin DETALLARI

Bu klub azərbaycanlı futbolçu üçün 400 min avro ödədi

Bu klub azərbaycanlı futbolçu üçün 400 min avro ödədi

Prezident Sumqayıtda polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoydu – FOTO

Prezident Sumqayıtda polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoydu – FOTO

Qaz limitinin həddi artırılacaq? - AÇIQLAMA

Qaz limitinin həddi artırılacaq? - AÇIQLAMA

Hikmət Hacıyevin adından yayılan video saxtadır - MEDİA

Hikmət Hacıyevin adından yayılan video saxtadır - MEDİA

Azad edilmiş ərazilərdə işlə təmin edilən şəxslərin sayı AÇIQLANDI - RƏSMİ

Azad edilmiş ərazilərdə işlə təmin edilən şəxslərin sayı AÇIQLANDI - RƏSMİ

“Liverpul”dan “Qarabağ”la bağlı paylaşım - “Ən uzun yolu gəliblər”

“Liverpul”dan “Qarabağ”la bağlı paylaşım - “Ən uzun yolu gəliblər”

Şahin Şıxlinski və Səfərov qardaşlarının məhkəməsi keçirilir

Şahin Şıxlinski və Səfərov qardaşlarının məhkəməsi keçirilir

Uşaqlar üçün onkologiya xidmətləri İTS zərfinə SALINACAQ – Bu TARİXDƏN

Uşaqlar üçün onkologiya xidmətləri İTS zərfinə SALINACAQ – Bu TARİXDƏN

Su ilə bağlı SƏRƏNCAM

Su ilə bağlı SƏRƏNCAM

Rusiya Odessa şəhərinə zərbə endirdi – Xəsarət alanlar var - FOTO

Rusiya Odessa şəhərinə zərbə endirdi – Xəsarət alanlar var - FOTO

Ötən il nə qədər şəxs İŞLƏ təmin edilib? – RƏSMİ AÇIQLAMA

Ötən il nə qədər şəxs İŞLƏ təmin edilib? – RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO