Yevgeniya Babayan Ermənistanda işgəncələrə məruz qalaraq, müstəntiq qarşısına çıxarıldı

“Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya Federasiyasının humanitar dəstəyi ilə Ermənistan tərəfə təhvil verilmiş 85 yaşlı Yevgeniya Babayanın Ermənistanda psixoloji və fiziki işgəncələrə məruz qalaraq, müstəntiq qarşısına çıxarılması ciddi təəssüf və narahatlıq doğurur”.

Bizim.Media-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi  Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan tərəfindən təqdim olunan səhnələşdirilmiş videoda yaşlı qadın əvvəlcədən təqdim olunmuş mətn üzrə fikir söyləməyə məcbur edilir:

“Bizdə olan məlumata görə həmin qadının yaxın qohumları da Ermənistanın xüsusi xidmət orqanları tərəfindən istintaqa cəlb edilib. Döyüş meydanında Ermənistan silahlı qüvvələri tərəfindən yalnız qoyulan və fiziki yardıma ehtiyacı olan Yevgeniya Babayana Azərbaycan tərəfdən bütün zəruri tibbi yardım, insani davranış və dəstək göstərilib.

Ermənistandan fərqli olaraq bu yaşlı qadın müstəntiq qarşısına çıxarılmayıb və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin müşayiəti ilə xəstəxanada yerləşdirilib”.

H. Hacıyev deyib ki, Prezident İlham Əliyevin humanist təşəbbüsü ilə iki yaşlı erməni və erməni əsgərlərinin cəsədlərinin 18 oktyabrda Ermənistana verilməsi təklif olunsa da, Ermənistan bundan imtina edib:

“Ermənistan tərəfi yalnız 28 oktyabrda bu qadını, 29 oktyabrda isə erməni əsgərlərin cəsədlərini qəbul etməyə razılıq verib.

84 yaşlı Mişa Melkumyanı Azərbaycan tərəfi oktyabrın 29-da BQXK-nın vasitəçiliyi ilə Ermənistana təhvil vermək istəyib, lakin qarşı tərəf qeyri-insani davranış göstərərək M. Melkumyanı təhvil almaqdan imtina edib.

Xroniki xəstəliklərdən əziyyət çəkən və xəstəxanada yerləşdirilən Mişa Melkumyan Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin nəzarəti altında olub.

Həmin şəxs əziyyət çəkdiyi çoxsaylı xroniki xəstəliklərdən vəfat edib. Ermənistan tərəfi qəbul etməyə imtina etdiyi bu yaşlı şəxsin vəfatını da səhnələşdirib propaqanda mövzusuna çevirəcəkdir.

Ermənistan xüsusi xidmət və istintaq orqanlarının 84 yaşlı qadına və onun yaxın qohumlarına psixoloji təsir göstərərək Azərbaycana qarşı ifadələr almasını, onu Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırmasını qəti şəkildə pisləyirik.

Sağlamlıq durumu yaxşı olmayan yaşlıq qadına qarşı bu cür qeyri-humanist davranış qəbuledilməzdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yalan danışmaq orucu pozur?

Yalan danışmaq orucu pozur?

Milyonlarla il əvvəl Antarktida altında görünməz qüvvə Yer iqlimini necə dəyişib?

Milyonlarla il əvvəl Antarktida altında görünməz qüvvə Yer iqlimini necə dəyişib?

Bu tarixlərdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bu tarixlərdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

UEFA “Qarabağ”ı CƏRİMƏLƏDİ

UEFA “Qarabağ”ı CƏRİMƏLƏDİ

Rusiyadan Ermənistana gözlənilməz TƏHDİD – Nə baş verir?

Rusiyadan Ermənistana gözlənilməz TƏHDİD – Nə baş verir?

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

ADY-dən kitabsevər sərnişinlərə ŞAD XƏBƏR! - FOTO

ADY-dən kitabsevər sərnişinlərə ŞAD XƏBƏR! - FOTO

Millimizin üzvü oynadı, komandası qələbə qazandı – VİDEO

Millimizin üzvü oynadı, komandası qələbə qazandı – VİDEO

Bakıda 29 yaşlı oğlan HOTELDƏ dünyasını dəyişdi

Bakıda 29 yaşlı oğlan HOTELDƏ dünyasını dəyişdi

Azərbaycanda istehlak bazarı ARTIB

Azərbaycanda istehlak bazarı ARTIB

Nəriman Həsənzadə İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Nəriman Həsənzadə İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Amur vilayətində matəm elan edildi

Amur vilayətində matəm elan edildi

Səbaildə əməliyyat: Saxlanılanlar var – FOTO/VİDEO

Səbaildə əməliyyat: Saxlanılanlar var – FOTO/VİDEO

“Kristal”dan RƏSMİ AÇIQLAMA

“Kristal”dan RƏSMİ AÇIQLAMA

Dayanacaqda saxlayan “BMW” sürücüsü CƏZALANDIRILDI

Dayanacaqda saxlayan “BMW” sürücüsü CƏZALANDIRILDI

“Qarabağ”la oyun ərəfəsində “Nyukasl”da SON DURUM

“Qarabağ”la oyun ərəfəsində “Nyukasl”da SON DURUM

Bakıda qardaşlar TUTULDU – FOTO

Bakıda qardaşlar TUTULDU – FOTO

Anomal istilər həşəratları vaxtından əvvəl “oyandırdı” – Çəyirtkələrin qarşısı alınmasa, nə baş verə bilər?

Anomal istilər həşəratları vaxtından əvvəl “oyandırdı” – Çəyirtkələrin qarşısı alınmasa, nə baş verə bilər?

Bu qurumların nəqliyyat vasitələri hərraca ÇIXARILIR

Bu qurumların nəqliyyat vasitələri hərraca ÇIXARILIR

Faciəli şəkildə həyatını itirən FHN əməkdaşı dəfn edildi – FOTO

Faciəli şəkildə həyatını itirən FHN əməkdaşı dəfn edildi – FOTO

“Karvan-Yevlax” “Araz Naxçıvan”a qarşı

“Karvan-Yevlax” “Araz Naxçıvan”a qarşı

Salyandakı faciədən saniyələr əvvəl: FHN əməkdaşlarının SON GÖRÜNTÜLƏRİ

Salyandakı faciədən saniyələr əvvəl: FHN əməkdaşlarının SON GÖRÜNTÜLƏRİ

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Əjdər Cəfərov yüksək vəzifəyə TƏYİN EDİLDİ – DOSYE

Əjdər Cəfərov yüksək vəzifəyə TƏYİN EDİLDİ – DOSYE

End of content

No more pages to load

RADİO