Avropa Birliyi kimi Türk Birliyi vahid bayraq altında birləşir – Nizami Cəfərov

“ Türk millətləri qonşudur, bir region əmələ gətirir. Bu baxımdan iqtisadi əlaqələri gücləndirməyə ehtiyac var. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, türk xalqları mədəni, iqtisadi birlikdir bunların siyasi birliyi tamamlanmalıdır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov deyib.

Deputat bəzi qüvvələrin Türk Dövlətlərinin birləşib Turan dövlətinin yaratmasından qorxduqlarını da vurğulayıb. 

“Turan dövlətinin yaranması real görünməsə də simvolik olaraq, bu elə də təəccübləndirici bir şey deyil. Bu istər-istəməz əmələ gəlir. Turan dövləti orta əsrlərdə əmələ gələn mifoloji  anlayışdır, ancaq bununla yanaşı bizim kökümüz, siyasi mənşəyimizdir. Əgər bu tarixdə varsa, demək bu bizim arxeoloji keçmişimizdir. Ona görə dövlət dedikdə burada Türk xalqları arasında əməkdaşlıq nəzərdə tutulur.
 

Bu gün Türkdilli Dövlətlərin Parlament Assambleyası bəzi Türk dövlətləri üzv deyil. Məsələn, Özbəkistan və Türkmanıstan kimi dövlətlər. Lakin son zamanlarda bu yaxınlaşma güclənib.


Cəsarətlə demək olar ki, Dağlıq Qarabağ problemində Azərbaycanın bunun həllinə bütün dost dövlətləri cəlb eləməsi, Türkiyənin burada iştirakı, Türk Şurasının bu məsələdə yaxından iştirak etməsi Türk dünyasının birləşməsi üçün böyük təkan verib. Azərbaycanın qələbəsi Türk dövlətlərində bir ilham əmələ gətirib. Bu da əməkdaşlığa şərait yaradıb”.

Millət vəkili Azərbaycanın bu gün nəqliyyat məsələlərində olan  xüsusi rolu haqqında da mülahizələrini dilə gətirib.

Onun sözlərinə görə nəqliyyat yollarının açılması bütün dünya üçün böyük məna kəsb edir.  

“Zəngəzur dəhlizinin açılması, Naxçıvanla Azərbaycanın birləşməsi barədə Prezident İlham Əliyev çox dərin təhlillər verdi. Buradan da görünür ki, Qarabağ məsələsi təkcə, Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün xüsusi imkanlar açır. Bir məsələni də qeyd edim ki, Türk dünyasının əlaqələrinin güclənməsi bütün dünya üçün xeyirlidir. Nəticə etibarı ilə bunun Avropa, Çin hətta Ermənistanın özü üçündə böyük əhəmiyyəti var. Çünki bununla Ermənistanın da Rusiya və İranla dəmir yol əlaqələri açılır”.

Nizami Cəfərov gələcəkdə Avropa birliyi kimi vahid valyutaya və bayrağa malik olan Türk Birliyinin yaranması fikirlərindən də danışıb.

O, qeyd edib ki, Türk xalqları, eyni bir mədəniyyətin daşıyıcı olaraq, bu birliyə parçalanmış şəkildə yox, bütöv halda birləşməlidir. 
 

“Vaxtıkən Atatürk Türk Birliyinin yaranması haqqında deyib ki, “İndi bizim qardaş dövlətlərimiz müxtəlif imperiyaların tərkibindədir, vaxt gələcək onlar dağılacaq və biz Türk Birliyinin yaranmasına hazır olmalıyıq”.


Yəni bu proses bu gün gedir və bu birlik yaranmaq üzrədir. Bu Birliyə nail olmaq lazımdır. Bu gün dünyanın özündə buna tələb var ki, müasir standartlara uyğun olaraq Türk Birliyi yaransın. Bu gedən proseslər göstəriri ki, Türk Birliyinin yaranması bir xülya deyil. Onun yaranması üçün imkanlar çox genişdir. Son illərdə Türk Şurası, Türkdilli ölkələrin Parlament Assambleyası, Türk Mədəniyyəti və İrsi Fondu yaradılıb.

Hər il bir Türk dövlətlərinin Türk dünyasının ümumi bir paytaxtı elan olunur. Sabah bu paytaxt Şuşa şəhəri ola bilər. Türk dünyasında bu ideya var ki, vahid mərkəz yaradılsın. Burada vahid pul  və başqa dəyərlər də ola bilər”. 

Sonda millət vəkili bu sözlərlə fikirlərini tamamlayıb:

“Bəzi qüvvələr Turan imperiyası bizim üzərimizə gələcək söyləyib, hansısa mərkəzlərə təsir etmək istəyirlər. Ancaq onlar unutmamalıdırlar ki,  Türk Birliyi dünyaya heç zaman dağıntı və faciələr gətirməyib. Türklər dünyaya hər zaman sülh və əmin-amanlıq gətirib”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Azərbaycanda Ramazan ayı BAŞLADI

Azərbaycanda Ramazan ayı BAŞLADI

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Nyukasl”dan ard-arda qollar - VİDEO

“Nyukasl”dan ard-arda qollar - VİDEO

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

"Qarabağ" "Nyukasl" matçında ikinci qol vuruldu - VİDEO/YENİLƏNİB

"Qarabağ" "Nyukasl" matçında ikinci qol vuruldu - VİDEO/YENİLƏNİB

Ucarda güclü yanğın 11 kəndi qazsız qoydu

Ucarda güclü yanğın 11 kəndi qazsız qoydu

Nazənin həyat yoldaşından xəbərsiz qurduğu biznesdə 120 min İTİRDİ - VİDEO

Nazənin həyat yoldaşından xəbərsiz qurduğu biznesdə 120 min İTİRDİ - VİDEO

TARİXİ MATÇ başladı: “Qarabağ” “Nyukasl”a qarşı - VİDEO

TARİXİ MATÇ başladı: “Qarabağ” “Nyukasl”a qarşı - VİDEO

Makron: “Söz azadlığı tamamilə cəfəngiyyatdır” - VİDEO

Makron: “Söz azadlığı tamamilə cəfəngiyyatdır” - VİDEO

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər DEPORTASİYA EDİLDİ

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər DEPORTASİYA EDİLDİ

End of content

No more pages to load

RADİO