Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmit ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabında məlumat verilib.
Məlumata görə, görüşdə ikitərəfli qarşılıqlı fəaliyyət, o cümlədən regional təhlükəsizlik və əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Danışıqlar zamanı həmçinin son regional hadisələr fonunda Azərbaycan-ATƏT əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri haqqında səmərəli müzakirələr aparılıb.

Bizim.Media