Milli Məclisdən Avropa Parlamentinin Azərbaycanla bağlı hesabatlarına ETİRAZ 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da qəbul etdiyi illik hesabatlarla bağlı bəyanat yayıb. 

Bizim.Media xəbər verir ki, bəyanatda deyilir: 

"Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi”, həmçinin “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul edilən illik hesabatlarında öz əksini tapmış qeyri-etik, beynəlxalq qanunlara zidd və mövcud reallıqları təhrif edən fikirlərə görə dərin narahatlığını və narazılığını ifadə edərək qəti şəkildə etirazını bildirir. 

Avropa Parlamentində olan həmkarlarımızın nəzərinə çatdırırıq ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin önəmli bir hissəsi, xüsusilə erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması ilə bağlı öhdəlik məhz Ermənistan tərəfindən yerinə yetirilməyib. Təəssüflər olsun ki, bu müddət ərzində Azərbaycanın bölgədə sülh və sabitlik yaradılması üçün göstərdiyi səylər Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin deputatları tərəfindən də açıq-aşkar və məqsədyönlü şəkildə zərbə altına alınıb. 

Qəbul edilmiş bu sənədlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağda antiterror tədbirləri çərçivəsində öz suverenliyini bərpa etməsinin hərbi təcavüz adlandırılması, habelə Azərbaycanın beynəlxalq normaları pozduğunu iddia edərək ona qarşı sanksiyaların tətbiqinə çağırışların əks etdirilməsi bunun bariz nümunəsidir. 

Bununla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinə qarşı narahatlıqlarını dilə gətirərək onların hüquqlarının zorla pozulduğunu qeyd edən komitə üzvləri Ermənistandan, habelə vaxtilə işğal edilən Azərbaycan ərazilərindən yüz minlərlə azərbaycanlının qovulmasına, Xocalı soyqırımının törədilməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qulaq ardına vurulmasına susublar. Həmçinin, deputatlar Qarabağda guya ermənilərə aid olan mədəni irsin qorunmasını gündəmə gətirərkən, onların işğal etdikləri Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə və saxtalaşdırmağa yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllərinə biganə qalıblar. 

Təəssüf ki, avropalı deputatlar Azərbaycanın bölgədə yaratdığı yeni reallığı görmür və ya görmək istəmirlər, müharibədən sonrakı dövr ərzində Azərbaycanın irəliyə apardığı sülh danışıqları prosesini ardıcıl və metodik surətdə pozurlar. Həmçinin, sözügedən sənədlərdə deputatların enerji sahəsində anlaşmanı və Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqları dayandırmaq istiqamətində çağırışları son dövrdə Avropada və dünyada cərəyan edən geosiyasi proseslər şəraitində Azərbaycanla Avropa İttifaqı arasında dinamik inkişaf edən faydalı əməkdaşlıq münasibətlərinə ciddi zərbə vurur. 

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin rəhbərliyindən bu sənədlərdə humanitar məsələlərdən siyasi və təxribatçı məqsədlər üçün istifadə edən, Cənubi Qafqaz bölgəsinin daxili işlərinə qarışaraq regionda sülh prosesinə zərbə vuran təxribatçı müddəalara müvafiq qiymət verərək, məruzələrə yenidən baxılmasını tələb edirik". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİQQƏT! Sabah bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Sabah bu ərazilərdə işıq olmayacaq

3 BÜRC üçün gözlənilməz qazanc qapını döyə bilər

3 BÜRC üçün gözlənilməz qazanc qapını döyə bilər

Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi – QƏRAR

Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi – QƏRAR

Gəncədə 53 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜAT

Gəncədə 53 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜAT

Nüşabə Ələsgərli qoşa villalarını GÖSTƏRDİ - VİDEO

Nüşabə Ələsgərli qoşa villalarını GÖSTƏRDİ - VİDEO

Tramp: “İranda yeni rejim əvvəlkilərdən qat-qat ağıllıdır” – VİDEO

Tramp: “İranda yeni rejim əvvəlkilərdən qat-qat ağıllıdır” – VİDEO

Prezidentin Gürcüstana dövlət səfəri başa çatdı – FOTO

Prezidentin Gürcüstana dövlət səfəri başa çatdı – FOTO

Bu şəxslər yüksək ixtisaslı miqrant hesab olunacaq – QƏRAR

Bu şəxslər yüksək ixtisaslı miqrant hesab olunacaq – QƏRAR

Vüsal Nəsirlinin işi çox olacaq... – FOTO

Vüsal Nəsirlinin işi çox olacaq... – FOTO

Gürcüstan XİN başçısı: "İlham Əliyevi Tbilisidə salamlamaq bizim üçün böyük şərəfdir" - FOTO

Gürcüstan XİN başçısı: "İlham Əliyevi Tbilisidə salamlamaq bizim üçün böyük şərəfdir" - FOTO

Tramp: “İran indi bir ay əvvəl olduğu kimi güclü deyil” – VİDEO

Tramp: “İran indi bir ay əvvəl olduğu kimi güclü deyil” – VİDEO

Qusar icra başçısı yağışın fəsadlar törətdiyi ƏRAZİDƏ: Sel sularına düşərək ölən gəncin dəfn mərasiminə qatıldı - FOTO

Qusar icra başçısı yağışın fəsadlar törətdiyi ƏRAZİDƏ: Sel sularına düşərək ölən gəncin dəfn mərasiminə qatıldı - FOTO

"Lucesko ölməyib, vəziyyəti kritikdir" - Ruminiya səfirindən AÇIQLAMA

"Lucesko ölməyib, vəziyyəti kritikdir" - Ruminiya səfirindən AÇIQLAMA

Gələn həftə bəxti açılacaq 5 BÜRC

Gələn həftə bəxti açılacaq 5 BÜRC

Samuxda çayxanada qan töküldü: Dayı bacısı oğlunu bıçaqladı

Samuxda çayxanada qan töküldü: Dayı bacısı oğlunu bıçaqladı

Gəncədə 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi

Gəncədə 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə olunub? – FOTO

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə olunub? – FOTO

Tbilisidə İlham Əliyevin şərəfinə lanç verildi – FOTO

Tbilisidə İlham Əliyevin şərəfinə lanç verildi – FOTO

Birinci xanımlar lançda - FOTO

Birinci xanımlar lançda - FOTO

Tanınmış müğənni Rasim Balayevin qohumu imiş

Tanınmış müğənni Rasim Balayevin qohumu imiş

Bu bürclərin başına "pul yağacaq" — Tarix açıqlandı

Bu bürclərin başına "pul yağacaq" — Tarix açıqlandı

Sürücülük vəsiqələri ilə bağlı YENİ QAYDA

Sürücülük vəsiqələri ilə bağlı YENİ QAYDA

Sumqayıtda zəhərlənən uşaqların ailə üzvlərinə sosial-psixoloji dəstək göstəriləcək – RƏSMİ

Sumqayıtda zəhərlənən uşaqların ailə üzvlərinə sosial-psixoloji dəstək göstəriləcək – RƏSMİ

Keşlədə tamamilə sökülən evin - Fotoları

Keşlədə tamamilə sökülən evin - Fotoları

End of content

No more pages to load

RADİO