Ombudsman beynəlxalq təşkilatları ikili standartlardan əl çəkməyə ÇAĞIRDI 

“Bu gün dünyanın tərəqqipərvər ölkələri və beynəlxalq təşkilatlar hər kəsin yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi fundamental insan hüquqlarının müdafiəsi naminə ikili standartlardan əl çəkməli və Azərbaycana münasibətdə ədalətli mövqe nümayiş etdirməlidirlər”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. 

Onun sözlərinə görə, BMT-nin Baş Assambleyasının 1948-ci ilin 10 dekabr tarixli qətnaməsinə əsasən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi ilə əlaqədar hər il bu tarix bütün dünya dövlətləri tərəfindən Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd edilir:

“Dünyada baş verən qlobal dəyişikliklər və obyektiv tarixi zərurət səbəbindən qəbul edilmiş və artıq bir neçə gündən sonra 75 illik yubileyi olacaq həmin məşhur sənədin əsas prinsipləri olan ayrı-seçkiliyin yolverilməzliyi, hüquq bərabərliyinin təmini məsələləri, habelə digər müddəalar bir çox dövlətlərin Konstitusiyasında və beynəlxalq müqavilələrdə öz əksini tapıb”. 

Ombudsman qeyd edib ki, ötən bu uzun illər ərzində insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində əsas baza rolunu oynayan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi dünyamızı əsaslı şəkildə dəyişməyə kömək edib:

“Bu sənəddə ilk dəfə olaraq hər bir insanın bərabərlik və ləyaqət hüququ, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquq və azadlıqlara malik olduğu bəyan edilib”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvada 9 ballıq tıxac: Taksi qiymətləri 3,5 dəfə artdı - SƏBƏB

Moskvada 9 ballıq tıxac: Taksi qiymətləri 3,5 dəfə artdı - SƏBƏB

Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu - FOTO

Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu - FOTO

“Beşiktaş” yenə xal itirdi - VİDEO

“Beşiktaş” yenə xal itirdi - VİDEO

Paşinyana artıq öz komandasının üzvləri belə etibar etmir

Paşinyana artıq öz komandasının üzvləri belə etibar etmir

Hakimin bıçaqlanan gəlininin vəziyyəti AÇIQLANDI

Hakimin bıçaqlanan gəlininin vəziyyəti AÇIQLANDI

Həmin gün bayram olsa da, işə gedəcəyik

Həmin gün bayram olsa da, işə gedəcəyik

Ceyhun Bayramov Çinə YOLA DÜŞDÜ

Ceyhun Bayramov Çinə YOLA DÜŞDÜ

Safura Aygün Kazımova ilə fotosunu paylaşdı - FOTO

Safura Aygün Kazımova ilə fotosunu paylaşdı - FOTO

Azad edilmiş bölgələrdə əmək yarmarkalarının sayı ARTIB

Azad edilmiş bölgələrdə əmək yarmarkalarının sayı ARTIB

SABAHIN HAVASI: Dağlıq rayonlarda yollar buz bağlayacaq

SABAHIN HAVASI: Dağlıq rayonlarda yollar buz bağlayacaq

“BBC News Azərbaycanca” və “Azadlıq radiosu”nun QANUNSUZLUQLARI – Gizli əməkdaşlıq sxeminin DETALLARI

“BBC News Azərbaycanca” və “Azadlıq radiosu”nun QANUNSUZLUQLARI – Gizli əməkdaşlıq sxeminin DETALLARI

Bu klub azərbaycanlı futbolçu üçün 400 min avro ödədi

Bu klub azərbaycanlı futbolçu üçün 400 min avro ödədi

Prezident Sumqayıtda polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoydu – FOTO

Prezident Sumqayıtda polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoydu – FOTO

Qaz limitinin həddi artırılacaq? - AÇIQLAMA

Qaz limitinin həddi artırılacaq? - AÇIQLAMA

Hikmət Hacıyevin adından yayılan video saxtadır - MEDİA

Hikmət Hacıyevin adından yayılan video saxtadır - MEDİA

Azad edilmiş ərazilərdə işlə təmin edilən şəxslərin sayı AÇIQLANDI - RƏSMİ

Azad edilmiş ərazilərdə işlə təmin edilən şəxslərin sayı AÇIQLANDI - RƏSMİ

“Liverpul”dan “Qarabağ”la bağlı paylaşım - “Ən uzun yolu gəliblər”

“Liverpul”dan “Qarabağ”la bağlı paylaşım - “Ən uzun yolu gəliblər”

Şahin Şıxlinski və Səfərov qardaşlarının məhkəməsi keçirilir

Şahin Şıxlinski və Səfərov qardaşlarının məhkəməsi keçirilir

Uşaqlar üçün onkologiya xidmətləri İTS zərfinə SALINACAQ – Bu TARİXDƏN

Uşaqlar üçün onkologiya xidmətləri İTS zərfinə SALINACAQ – Bu TARİXDƏN

Su ilə bağlı SƏRƏNCAM

Su ilə bağlı SƏRƏNCAM

Rusiya Odessa şəhərinə zərbə endirdi – Xəsarət alanlar var - FOTO

Rusiya Odessa şəhərinə zərbə endirdi – Xəsarət alanlar var - FOTO

Ötən il nə qədər şəxs İŞLƏ təmin edilib? – RƏSMİ AÇIQLAMA

Ötən il nə qədər şəxs İŞLƏ təmin edilib? – RƏSMİ AÇIQLAMA

Rusiyada bu miqrantlara vətəndaşlıq və yaşayış icazəsi verilməyəcək

Rusiyada bu miqrantlara vətəndaşlıq və yaşayış icazəsi verilməyəcək

İlham Əliyev Sumqayıtda zavodun açılışında – FOTO

İlham Əliyev Sumqayıtda zavodun açılışında – FOTO

End of content

No more pages to load

RADİO