Ankarada Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının Qurultayı keçirilib - FOTO

Noyabrın 29-da Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) Qurultayı keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) Bizim.Media-ya bildiriblər ki, Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov çıxış edərək Türk dövlətləri arasında həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdən, həmrəyliyə nail olunması istiqamətində görülmüş işlərdən danışıb, həmçinin TDHİT-nin yaradılmasının səbəblərindən və əhəmiyyətindən bəhs edib, qurultayın işinə uğurlar arzulayıb.

Sonra çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev Türk dövlətlərinin sıx dostluq və qardaşlıq münasibətlərindən, bu istiqamətdə son illərdə ölkə rəhbərləri səviyyəsində görülən nəticəyönümlü işlərdən və təşkil olunan qarşılıqlı səfərlərdən, göstərilən dəstəkdən, əlaqələrin möhkəmlənməsində və inkişafında Türk Dövlətləri Təşkilatının (TDT) səmərəli fəaliyyətindən söz açıb. 

Bildirib ki, son iki il ərzində Azərbaycan Prezidenti İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərə 20 səfər edib.

“Qardaş dövlətlərin rəhbərlərinin də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərləri olub. Dövlət başçıları səviyyəsində təşkil olunan bu cür qarşılıqlı səfərlər, imzalanan sənədlər ölkələrimiz arasında əlaqələrdə yeni-yeni səhifələr açır. Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə yatırıb. 

Artıq Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb”, - deyə o qeyd edib.

Qardaş ölkələrin həmkarlar ittifaqları səviyyəsində əlaqələrindən söz açan Səttar Möhbalıyev deyib ki, TDHİT məhsuldar fəaliyyəti ilə işçilərin mənafeyinin və əmək hüquqlarının, həmkarlar ittifaqı hüquqlarının və fəaliyyət azadlığının, onun cəmiyyətdə yeri və rolunun səmərəli müdafiəsi üçün səylərimizi birləşdirəcək, həmrəylik nümayiş etdirərək böyük nailiyyətlərə imza atacaq.

Tədbirdə Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalinin, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Emil Kızayevin də çıxışları dinlənilib.

Həmçinin Türkiyənin sabiq Baş naziri, TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım qurultayda çıxış edərək AHİK sədri Səttar Möhbalıyev və TÜRK-İŞ-in sədri Ərgün Atalayın bilavasitə təşəbbüsü ilə belə bir təşkilatın yaradılmasını alqışlayıb, bunun Türk dünyasının həmrəyliyi üçün əlamətdar hadisə olduğunu vurğulayıb, təşkilatın fəaliyyətinə uğurlar arzulayıb.
Qurultayda təşkilati məsələlərə də baxılıb. TÜRK-İŞ-in sədri Ərgün Atalay səs çoxluğu ilə TDHİT-nin prezidenti, AHİK sədri Səttar Möhbalıyev Birinci vitse-prezident, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Emil Kızayev və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Bəxtiyar Məhmətəliyev vitse-prezidentlər, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin isə Baş katib seçilib. Həmçinin TDHİT Şurasının yeni tərkibi təsdiqlənib.

AHİK-in katibi - Aparat rəhbəri Həsən Cəfərov TDHİT Baş katibin müavini seçilib. AHİK sədrinin müavinləri Musa Mirzəyev, Aqil Dadaşov, Hikmət Osmanov və Qəzənfər Abdullayev isə təşkilatın rəhbərliyində ehtiyat üzv təyin ediliblər.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİQQƏT! Sabah bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Sabah bu ərazilərdə işıq olmayacaq

3 BÜRC üçün gözlənilməz qazanc qapını döyə bilər

3 BÜRC üçün gözlənilməz qazanc qapını döyə bilər

Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi – QƏRAR

Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi – QƏRAR

Gəncədə 53 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜAT

Gəncədə 53 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜAT

Nüşabə Ələsgərli qoşa villalarını GÖSTƏRDİ - VİDEO

Nüşabə Ələsgərli qoşa villalarını GÖSTƏRDİ - VİDEO

Tramp: “İranda yeni rejim əvvəlkilərdən qat-qat ağıllıdır” – VİDEO

Tramp: “İranda yeni rejim əvvəlkilərdən qat-qat ağıllıdır” – VİDEO

Prezidentin Gürcüstana dövlət səfəri başa çatdı – FOTO

Prezidentin Gürcüstana dövlət səfəri başa çatdı – FOTO

Bu şəxslər yüksək ixtisaslı miqrant hesab olunacaq – QƏRAR

Bu şəxslər yüksək ixtisaslı miqrant hesab olunacaq – QƏRAR

Vüsal Nəsirlinin işi çox olacaq... – FOTO

Vüsal Nəsirlinin işi çox olacaq... – FOTO

Gürcüstan XİN başçısı: "İlham Əliyevi Tbilisidə salamlamaq bizim üçün böyük şərəfdir" - FOTO

Gürcüstan XİN başçısı: "İlham Əliyevi Tbilisidə salamlamaq bizim üçün böyük şərəfdir" - FOTO

Tramp: “İran indi bir ay əvvəl olduğu kimi güclü deyil” – VİDEO

Tramp: “İran indi bir ay əvvəl olduğu kimi güclü deyil” – VİDEO

Qusar icra başçısı yağışın fəsadlar törətdiyi ƏRAZİDƏ: Sel sularına düşərək ölən gəncin dəfn mərasiminə qatıldı - FOTO

Qusar icra başçısı yağışın fəsadlar törətdiyi ƏRAZİDƏ: Sel sularına düşərək ölən gəncin dəfn mərasiminə qatıldı - FOTO

"Lucesko ölməyib, vəziyyəti kritikdir" - Ruminiya səfirindən AÇIQLAMA

"Lucesko ölməyib, vəziyyəti kritikdir" - Ruminiya səfirindən AÇIQLAMA

Gələn həftə bəxti açılacaq 5 BÜRC

Gələn həftə bəxti açılacaq 5 BÜRC

Samuxda çayxanada qan töküldü: Dayı bacısı oğlunu bıçaqladı

Samuxda çayxanada qan töküldü: Dayı bacısı oğlunu bıçaqladı

Gəncədə 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi

Gəncədə 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə olunub? – FOTO

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə olunub? – FOTO

Tbilisidə İlham Əliyevin şərəfinə lanç verildi – FOTO

Tbilisidə İlham Əliyevin şərəfinə lanç verildi – FOTO

Birinci xanımlar lançda - FOTO

Birinci xanımlar lançda - FOTO

Tanınmış müğənni Rasim Balayevin qohumu imiş

Tanınmış müğənni Rasim Balayevin qohumu imiş

Bu bürclərin başına "pul yağacaq" — Tarix açıqlandı

Bu bürclərin başına "pul yağacaq" — Tarix açıqlandı

Sürücülük vəsiqələri ilə bağlı YENİ QAYDA

Sürücülük vəsiqələri ilə bağlı YENİ QAYDA

Sumqayıtda zəhərlənən uşaqların ailə üzvlərinə sosial-psixoloji dəstək göstəriləcək – RƏSMİ

Sumqayıtda zəhərlənən uşaqların ailə üzvlərinə sosial-psixoloji dəstək göstəriləcək – RƏSMİ

Keşlədə tamamilə sökülən evin - Fotoları

Keşlədə tamamilə sökülən evin - Fotoları

End of content

No more pages to load

RADİO