Araik Arutyunyan: "Gəncəyə, Bərdəyə, Mingəçevirə bombaların atılması əmrini Paşinyan verib"

Qarabağdakı separatçı rejimin keçmiş rəhbəri Araik Arutyunyan Azərbaycanda qalmaq və bizim ölkənin vətəndaşı olmaq istəyir. 

Bizim.Media xəbər verir ki, bu barədə musavat.com rəsmi olmayan mötəbər qaynaqlardan məlumat alıb. 

İddia olunur ki, hazırda Araik Arutyunyan və digər separatçı liderlərin istintaqı gedir:

"Araik özünü çox mülayim, hətta yaltaqlıq dərəcəsində istiqanlı və əməkdaşlıq modunda aparır. Separatçıbaşı israrla vurğulayır ki, cəzasını çəkəndən sonra həyatına Azərbaycanda vətəndaş olaraq davam etmək istəyir. O, hazırda İrəvanda olan 3 qızını və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bəyan edib. O deyir ki, onlar onsuz da Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda doğulmuş, bütün həyatlarını burada yaşamışlar. Ehtimala görə, bütün bunlar Araikin taktikasıdır: simpatiya qazanmaq, ağır cəzadan yayınmaq, "ucuz yırtmaq" məqsədi ilə belə davranış sərgiləyir.

Məlum olduğu kimi, həbs olunanlar arasında ən ağır cinayətləri o törədib. Qarabağdakı qanunsuz rejimə rəhbərlik edərkən silahlı quldur dəstələrinə komandan olub, Gəncənin, Bərdənin bombalanması əmrini özünün verdiyini etiraf edib. Azərbaycan övladlarının şəhid olmasında, yaralanmasında, evlərin, yaşayış məntəqələrinin dağıdılmasında əsas sima kimi iştirak edib. O, bir müharibə canisidir.

Onsuz da Azərbaycan məhkəmələri ona ən ağır cəzanı - ömürlük həbsi verəcək. Bu baxımdan, Araikin Azərbaycanda ölənə qədər qalması təmin olunub. İtirməyə heç nəyi qalmayan separatçı bu səbəbdən indi yaltaqlığa, xoşqılığa, artistliyə əl atıb"...

Onun istintaqa verdiyi ifadələrlə bağlı da ümumi və qismən məlumat ala bilmişik. Rəsmi olmayan həmin məlumatda iddia olunur ki, Araik Arutyunyan özünə qarşı elan olunan bütün ittihamlara belə cavab verib:

"Mən kim idim ki, orduya əmr verəm. Bütün əmrlər Ermənistan Müdafiə nazirliyindən gəlirdi. Mənim rəhbərliyim ancaq nominal idi, görüntü xarakteri daşıyırdı. Gəncəyə, Bərdəyə, Mingəçevirə atılan bombalar Ermənistan ərazisindən atılıb. Mənim elə bir əmr vermək səlahiyyətim olmayıb. Hamısını Paşinyan əmr edib. Mənə də əmr etdi, efirə çıxıb hər şeyi öz üzərimə götürdüm, Ermənistanı məsuliyyətdən yayındırım. Azərbaycan dövlətində o raketlərin trayektoriyası barədə dəqiq məlumatlar var, yoxlayın, görün onlar hansı ərazilərdən atılıb...".

Bir sözlə, separatçı qurumun keçmiş ideoloqu və rəhbəri bütün suçu Paşinyanın üzərinə atmaqla, həyasızcasına özünü təmizə çıxartmağa çalışır.

Məlumatda o da vurğulanır ki, istintaq prosedurları zamanı Araikin ən sevimli əyləncəsi "Alov qüllələri"nə və Bakının pəncərədən görünən digər parçalarına baxmaqdır: "Nə gözəldir! Mən ailəmlə Bakıda yaşamaq istəyirəm", - deyə hər dəfə də yaltaq-yaltaq təkrar edir.

Deyilir ki, Araik Arutyunyan və digər separatçı dustaqlar hər həftə ailələri ilə telefonla danışır, yaxşı qidalanır, yaxşı şəraitdə saxlanırlar. İddia olunur ki, Araik 10 kq kökəlib.

Yaxın zamanlarda onların cinayət istintaqı yekunlaşacaq və iş məhkəmə instansiyasına təqdim olunacaq. O zaman bu müharibə suçlularını hakim qarşısında görüb, çəkmək, yaymaq imkanımız da olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda ƏMƏLİYYAT: İran vətəndaşları ilə əlbir olanlar tutuldu – VİDEO

Bakıda ƏMƏLİYYAT: İran vətəndaşları ilə əlbir olanlar tutuldu – VİDEO

Maşınların ən rahat oğurlanan hissəsi – Hansı avtomobillər hədəfdədir?

Maşınların ən rahat oğurlanan hissəsi – Hansı avtomobillər hədəfdədir?

Qohumunun evindən 51 min manat oğurladı

Qohumunun evindən 51 min manat oğurladı

Kriminal avtoritet öldü, azərbaycanlı biznesmen sağ qaldı - DETALLAR

Kriminal avtoritet öldü, azərbaycanlı biznesmen sağ qaldı - DETALLAR

Faizsiz və aylıq öhdəliksiz hissəli ödənişlə ev sahibi olmaq mümkün olacaq!

Faizsiz və aylıq öhdəliksiz hissəli ödənişlə ev sahibi olmaq mümkün olacaq!

ABŞ-da qar fırtınası: Ölənlərin sayı 34 nəfərə çatdı - VİDEO

ABŞ-da qar fırtınası: Ölənlərin sayı 34 nəfərə çatdı - VİDEO

Qarabağ və Şərqi Zəngəzurda ötən il 191 küçə üzrə ünvan təyin edilib

Qarabağ və Şərqi Zəngəzurda ötən il 191 küçə üzrə ünvan təyin edilib

Ramazan ayı bu tarixdə BAŞLAYACAQ

Ramazan ayı bu tarixdə BAŞLAYACAQ

Arpaçay su anbarının səthi dondu – FOTO

Arpaçay su anbarının səthi dondu – FOTO

“Qarabağ”ın uğurlu çıxışı Avropa mətbuatının gündəmində - FOTO

“Qarabağ”ın uğurlu çıxışı Avropa mətbuatının gündəmində - FOTO

“ASAN Xidmət” daha hansı ölkələrdə açılacaq? – ADLAR

“ASAN Xidmət” daha hansı ölkələrdə açılacaq? – ADLAR

Taksi sürücülərinin NƏZƏRİNƏ – İMTAHAN VAR

Taksi sürücülərinin NƏZƏRİNƏ – İMTAHAN VAR

Novruzun ilk çərşənbəsi BU TARİXDƏ olacaq

Novruzun ilk çərşənbəsi BU TARİXDƏ olacaq

Narkotikin təsiri altında qayda pozdu, həbs edildi – VİDEO

Narkotikin təsiri altında qayda pozdu, həbs edildi – VİDEO

Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun səmimi görüntüləri… - VİDEO

Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun səmimi görüntüləri… - VİDEO

Kürdəmirdə magistral su borusu partladı - 8400 abonent susuz qaldı - FOTO

Kürdəmirdə magistral su borusu partladı - 8400 abonent susuz qaldı - FOTO

TƏCİLİ! Benzinlə bağlı YENİ XƏBƏR – Qiyməti…

TƏCİLİ! Benzinlə bağlı YENİ XƏBƏR – Qiyməti…

Kürdlərin 15 ictimai xadimi Suriya prezidenti ilə qapalı görüş keçirdi

Kürdlərin 15 ictimai xadimi Suriya prezidenti ilə qapalı görüş keçirdi

Doğum sayında KƏSKİN AZALMA – Gənc ailələr niyə dünyaya uşaq gətirmək istəmir?

Doğum sayında KƏSKİN AZALMA – Gənc ailələr niyə dünyaya uşaq gətirmək istəmir?

Bakıda evlərdən oğurluq edən şəxs TUTULDU

Bakıda evlərdən oğurluq edən şəxs TUTULDU

Çətin günlər geridə qalacaq: 3 BÜRC üçün qara zolaq başa çatacaq

Çətin günlər geridə qalacaq: 3 BÜRC üçün qara zolaq başa çatacaq

Moskvada 9 ballıq tıxac: Taksi qiymətləri 3,5 dəfə artdı - SƏBƏB

Moskvada 9 ballıq tıxac: Taksi qiymətləri 3,5 dəfə artdı - SƏBƏB

Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu - FOTO

Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu - FOTO

“Beşiktaş” yenə xal itirdi - VİDEO

“Beşiktaş” yenə xal itirdi - VİDEO

End of content

No more pages to load

RADİO