Xankəndidə Qarabağ Universiteti yaradıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.

Nazirlər Kabinetinə iki ay müddətində Qarabağ Universitetinin nizamnaməsini təsdiq etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Nazirlər Kabineti, həmçinin universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görəcək, universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll edəcək.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.

Əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir.

Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda ƏMƏLİYYAT: İran vətəndaşları ilə əlbir olanlar tutuldu – VİDEO

Bakıda ƏMƏLİYYAT: İran vətəndaşları ilə əlbir olanlar tutuldu – VİDEO

Maşınların ən rahat oğurlanan hissəsi – Hansı avtomobillər hədəfdədir?

Maşınların ən rahat oğurlanan hissəsi – Hansı avtomobillər hədəfdədir?

Qohumunun evindən 51 min manat oğurladı

Qohumunun evindən 51 min manat oğurladı

Kriminal avtoritet öldü, azərbaycanlı biznesmen sağ qaldı - DETALLAR

Kriminal avtoritet öldü, azərbaycanlı biznesmen sağ qaldı - DETALLAR

Faizsiz və aylıq öhdəliksiz hissəli ödənişlə ev sahibi olmaq mümkün olacaq!

Faizsiz və aylıq öhdəliksiz hissəli ödənişlə ev sahibi olmaq mümkün olacaq!

ABŞ-da qar fırtınası: Ölənlərin sayı 34 nəfərə çatdı - VİDEO

ABŞ-da qar fırtınası: Ölənlərin sayı 34 nəfərə çatdı - VİDEO

Qarabağ və Şərqi Zəngəzurda ötən il 191 küçə üzrə ünvan təyin edilib

Qarabağ və Şərqi Zəngəzurda ötən il 191 küçə üzrə ünvan təyin edilib

Ramazan ayı bu tarixdə BAŞLAYACAQ

Ramazan ayı bu tarixdə BAŞLAYACAQ

Arpaçay su anbarının səthi dondu – FOTO

Arpaçay su anbarının səthi dondu – FOTO

“Qarabağ”ın uğurlu çıxışı Avropa mətbuatının gündəmində - FOTO

“Qarabağ”ın uğurlu çıxışı Avropa mətbuatının gündəmində - FOTO

“ASAN Xidmət” daha hansı ölkələrdə açılacaq? – ADLAR

“ASAN Xidmət” daha hansı ölkələrdə açılacaq? – ADLAR

Taksi sürücülərinin NƏZƏRİNƏ – İMTAHAN VAR

Taksi sürücülərinin NƏZƏRİNƏ – İMTAHAN VAR

Novruzun ilk çərşənbəsi BU TARİXDƏ olacaq

Novruzun ilk çərşənbəsi BU TARİXDƏ olacaq

Narkotikin təsiri altında qayda pozdu, həbs edildi – VİDEO

Narkotikin təsiri altında qayda pozdu, həbs edildi – VİDEO

Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun səmimi görüntüləri… - VİDEO

Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun səmimi görüntüləri… - VİDEO

Kürdəmirdə magistral su borusu partladı - 8400 abonent susuz qaldı - FOTO

Kürdəmirdə magistral su borusu partladı - 8400 abonent susuz qaldı - FOTO

TƏCİLİ! Benzinlə bağlı YENİ XƏBƏR – Qiyməti…

TƏCİLİ! Benzinlə bağlı YENİ XƏBƏR – Qiyməti…

Kürdlərin 15 ictimai xadimi Suriya prezidenti ilə qapalı görüş keçirdi

Kürdlərin 15 ictimai xadimi Suriya prezidenti ilə qapalı görüş keçirdi

Doğum sayında KƏSKİN AZALMA – Gənc ailələr niyə dünyaya uşaq gətirmək istəmir?

Doğum sayında KƏSKİN AZALMA – Gənc ailələr niyə dünyaya uşaq gətirmək istəmir?

Bakıda evlərdən oğurluq edən şəxs TUTULDU

Bakıda evlərdən oğurluq edən şəxs TUTULDU

Çətin günlər geridə qalacaq: 3 BÜRC üçün qara zolaq başa çatacaq

Çətin günlər geridə qalacaq: 3 BÜRC üçün qara zolaq başa çatacaq

Moskvada 9 ballıq tıxac: Taksi qiymətləri 3,5 dəfə artdı - SƏBƏB

Moskvada 9 ballıq tıxac: Taksi qiymətləri 3,5 dəfə artdı - SƏBƏB

Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu - FOTO

Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu - FOTO

“Beşiktaş” yenə xal itirdi - VİDEO

“Beşiktaş” yenə xal itirdi - VİDEO

End of content

No more pages to load

RADİO