“ABŞ Türkiyədən Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb edib”.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı bildirib.
Çelik qeyd edib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında davam edən müzakirələrin sülh razılaşmasına gətirib çıxarmasını istəyir: “Əlbəttə, Türkiyə Azərbaycan və Ermənistan arasındakı münasibətlərin sülh yolu ilə yekunlaşmasının tərəfdarıdır. Ermənistan destruktiv addımlardan əl çəkərsə, “3+3” əməkdaşlıq formatı regionda sülhə böyük töhfə verəcək”.
Bizim.Media