ABŞ-ın Azərbaycandakı agentura şəbəkəsinin planı necə İFLASA UĞRADI? – TƏHLİL 

Xəbər verdiyimiz kimi, ABŞ-ın Azərbaycandakı səfirliyinin bu ölkədə təhsil almış azərbaycanlı məzunları bir araya gətirmək istəyi baş tutmayıb. Halbuki, bir həftədən artıq idi ki, “Məzunların yubiley qalası” adlı tədbirin sosial şəbəkələrdə reklamı gedirdi. Tədbir bu gün saat 18:30-da “JW Marriott Absheron” hoteldə keçirilməli idi. Lakin son anda tədbir ləğv edilib. 

Bəs, “Məzunların yubiley qalası”nın keçirilməsində məqsəd nə idi?

Məlum olduğu kimi son vaxtlar ABŞ Azərbaycana qarşı  müxtəlif təzyiq metodlarını hərəkətə keçirib. Həmin tədbirlərdən biri də ABŞ-nin Azərbaycanda fəaliyyət göstərən agentura şəbəkəsini bir araya gətirmək və onları yeni Yol Xəritəsi ilə tanış etməkdir. Məlumdur ki, bəzi “soydaşlarımız” təhsil adı altında ABŞ-də olarkən məxfi əməkdaşlığa cəlb edilib. Həmin “məxfi əməkdaşlar”ı bəzi proseslərə cəlb etməklə ABŞ Azərbaycanda “ictimai narazılıq” fonu yaratmaq istəyir.
 

MÖVZU İLƏ BAĞLI:

USAİD-in məkrli PLANININ İFLASI – Gürcüstanda çevriliş cəhdinin qarşısı NECƏ ALINDI?


ABŞ nədən narazıdır?

Nəzərə alaq ki, qaliblər mühakimə olunmur. Qaliblər nəticəyə görə təqdir, məğlublarsa səbəblərə görə mühakimə edilir. Amma qaliblər nə qədər təqdir edilsə də bəzi qüvvələr yeni yaranan gücü qəbul etmək istəmir, ona qısqanclıqla yanaşırlar. Biz bunu son 3 ildə əyani şəkildə gördük, şahidi olduq. Azərbaycan 44 günlük müharibədə təkcə öz ərazi bütövlüyünü təmin etmədi, həm də öz iddialarını ortaya qoydu. 

Çox qısa zamanda regional gücə çevrilən Azərbaycan beynəlxalq aləmdə çox fəal oyunçuya çevrildi. Azərbaycan həm regional, həm də beynəlxalq layihələr irəli sürdü, zamanla ayaqlaşan çağırışlar etdi. 44 günlük müharibədən sonra Azərbaycanın “3+3” platformasının yaradılması təşəbbüsü ilə çıxış etdi. Əslində bu platforma Avropa İttifaqına və Avrasiya İqtisadi İttifaqına alternativ ola biləcək bir birlikdir. 

Bundan başqa, Azərbaycan 2019-ci ildən Qoşulmama Hərəkatına rəhbərlik etməyə başlayıb. Dünyanın 120 ölkəsinin bir araya gəldiyi bir qurumda Avropadan cəmi iki dövlət təmsil olunur.

Onun da biri Azərbaycandır. Azərbaycanın qurumdakı səmərəli fəaliyyəti elə bir zərurət yaratdı ki, tarixdə ilk dəfə olaraq bir ölkə davamlı olaraq növbəti dəfə quruma rəhbərlik etmək şansı qazandı. 

Hələ Aİ-ə üzv dövlətlərin Azərbaycandan günbəgün artan iqtisadi asılılığını demirik. Bu üç platformada Azərbaycanın aktiv rolu və təşəbbüskarlığı təbii ki, qlobal gücləri narahat etməyə bilməzdi. Çünki həm Qoşulmama Hərəkatı, həm də “3+3” platforması Qərbin maraqlarına birbaşa toxunur. Eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan payı Qərbin yuxusunu ərşə çəkir. 

ABŞ Azərbaycanı durdurmaq üçün hansı planlar cızır?

Ağ Evin Azərbaycana qarşı iki təzyiq metodu var. Bunun biri Ermənistanı Azərbaycanla müharibəyə təşviq etmək, digəri isə Azərbaycandakı “narazı qüvvələr”lə iş birliyini genişləndirməkdir. Ermənistanın ölkəmizə durmadan artan aqressiyası barədə çox danışılıb. Ona görə də biz ikinci məqamın üzərində dayanacağıq. 

“Parçala hökm sür” siyasətinə hər zaman sadiq qalan Qərb, daha konkret desək ABŞ son vaxtlar bütün imkanlarını səfərbər edib ki, Azərbaycan daxilində “narazı qüvvələr”in miqyasını genişləndirsin. Bu “qüvvələr” hesabına müstəqil siyasət yeridən, heç bir hərbi bloka qoşulmayan Azərbaycanı cəzalandırmaq istəyir. 

İlkin mərhələdə, Ağ Ev Azərbaycandakı bəzi siyasi partiyalarla iş birliyinə getdi. Lakin ölkə daxilində nüfuzu və sosial dayağı olmayan siyasi partiyalar Ağ Evdəkilərin istəklərini qarşılaya bilmədi. Çünki Azərbaycandakı iqtisadi-siyasi sabitlik, xalq-hakimiyyət birliyi kənar müdaxilələrin effektivliyini minimuma endirdi.

Xalq Azərbaycan hökümətinin yürütdüyü siyasətdən birmənalı şəkildə razıdır. 

Belə vəziyyətdə isə hansısa siyasi partiya Azərbaycan daxilində qarışıqlıq yarada bilməzdi. Ona görə də Vaşinqton Azərbaycan üçün yeni layihə hazırladı. Pul hərisi olan “müstəqil düşüncəli insanlar”la iş başlandı. “Məzunların yubiley qalası” da əslində bu layihənin bir parçasıdır. Təhsil aldıqları müddətdə bəzi “soydaşlarımız” ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən ələ alınıb. 

İndi də həmin fərdlərin imkanlarından istifadə etmək istəyirlər. Lakin Azərbaycanın müvafiq strukturlarının operativ işi və cəmiyyətin qətiyyətli reaksiyası Vaşinqtonun ölkəmizdəki pozucu fəaliyyətini növbəti dəfə uğursuzluğa düçar edib. Çünki hazırda ölkəmizdə hökümətlə xalq arasında böyük inam və birlik var. 

Bax, ABŞ-ı da narahat edən məsələ budur. 

Ağ Evdəkilər digər dövlətlərdə ancaq marianetka “lider”lərin olmasını istəyir. Xalqın dəstəyini və sevgisini qazanan liderlə işləmək Vaşinqtona sərf etmir. Çünki xalqa arxalanan liderə təzyiq etmək imkanları çox azdır. Ona görə də ABŞ ölkəmizə qarşı təzyiqlərdə ənənəvi metodlardan istifadə edir. 

Amma okeanın o tayındakılar bir məsələni unudurlar ki, Azərbaycan xalqı “rəngli inqilab”lara heç zaman inanmayıb və son 30 ildə də bu cür utopik çağırışların arxasınca getməyib. Bundan sonra da bu tarixi ənənə xalqımız tərəfindən qorunub, inkişaf etdiriləcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİQQƏT! Sabah bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Sabah bu ərazilərdə işıq olmayacaq

3 BÜRC üçün gözlənilməz qazanc qapını döyə bilər

3 BÜRC üçün gözlənilməz qazanc qapını döyə bilər

Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi – QƏRAR

Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi – QƏRAR

Gəncədə 53 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜAT

Gəncədə 53 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜAT

Nüşabə Ələsgərli qoşa villalarını GÖSTƏRDİ - VİDEO

Nüşabə Ələsgərli qoşa villalarını GÖSTƏRDİ - VİDEO

Tramp: “İranda yeni rejim əvvəlkilərdən qat-qat ağıllıdır” – VİDEO

Tramp: “İranda yeni rejim əvvəlkilərdən qat-qat ağıllıdır” – VİDEO

Prezidentin Gürcüstana dövlət səfəri başa çatdı – FOTO

Prezidentin Gürcüstana dövlət səfəri başa çatdı – FOTO

Bu şəxslər yüksək ixtisaslı miqrant hesab olunacaq – QƏRAR

Bu şəxslər yüksək ixtisaslı miqrant hesab olunacaq – QƏRAR

Vüsal Nəsirlinin işi çox olacaq... – FOTO

Vüsal Nəsirlinin işi çox olacaq... – FOTO

Gürcüstan XİN başçısı: "İlham Əliyevi Tbilisidə salamlamaq bizim üçün böyük şərəfdir" - FOTO

Gürcüstan XİN başçısı: "İlham Əliyevi Tbilisidə salamlamaq bizim üçün böyük şərəfdir" - FOTO

Tramp: “İran indi bir ay əvvəl olduğu kimi güclü deyil” – VİDEO

Tramp: “İran indi bir ay əvvəl olduğu kimi güclü deyil” – VİDEO

Qusar icra başçısı yağışın fəsadlar törətdiyi ƏRAZİDƏ: Sel sularına düşərək ölən gəncin dəfn mərasiminə qatıldı - FOTO

Qusar icra başçısı yağışın fəsadlar törətdiyi ƏRAZİDƏ: Sel sularına düşərək ölən gəncin dəfn mərasiminə qatıldı - FOTO

"Lucesko ölməyib, vəziyyəti kritikdir" - Ruminiya səfirindən AÇIQLAMA

"Lucesko ölməyib, vəziyyəti kritikdir" - Ruminiya səfirindən AÇIQLAMA

Gələn həftə bəxti açılacaq 5 BÜRC

Gələn həftə bəxti açılacaq 5 BÜRC

Samuxda çayxanada qan töküldü: Dayı bacısı oğlunu bıçaqladı

Samuxda çayxanada qan töküldü: Dayı bacısı oğlunu bıçaqladı

Gəncədə 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi

Gəncədə 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə olunub? – FOTO

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə olunub? – FOTO

Tbilisidə İlham Əliyevin şərəfinə lanç verildi – FOTO

Tbilisidə İlham Əliyevin şərəfinə lanç verildi – FOTO

Birinci xanımlar lançda - FOTO

Birinci xanımlar lançda - FOTO

Tanınmış müğənni Rasim Balayevin qohumu imiş

Tanınmış müğənni Rasim Balayevin qohumu imiş

Bu bürclərin başına "pul yağacaq" — Tarix açıqlandı

Bu bürclərin başına "pul yağacaq" — Tarix açıqlandı

Sürücülük vəsiqələri ilə bağlı YENİ QAYDA

Sürücülük vəsiqələri ilə bağlı YENİ QAYDA

Sumqayıtda zəhərlənən uşaqların ailə üzvlərinə sosial-psixoloji dəstək göstəriləcək – RƏSMİ

Sumqayıtda zəhərlənən uşaqların ailə üzvlərinə sosial-psixoloji dəstək göstəriləcək – RƏSMİ

Keşlədə tamamilə sökülən evin - Fotoları

Keşlədə tamamilə sökülən evin - Fotoları

End of content

No more pages to load

RADİO