İlham Əliyev BMT rəsmisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Armida Salsiya Alişahbananı qəbul edib. 

Bizim.Media xəbər verir ki, Armida Salsiya Alişahbanan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümündə Azərbaycanda Zirvə görüşünün keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayaraq, bu münasibətlə ev sahibi və sədr qismində Azərbaycan Respublikasına təbriklərinə çatdırıb. 

Dövlət başçısı bildirib ki, ölkəmiz 1992-ci ildə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasına üzv olub və Azərbaycanın bu təsisatın əksər üzv dövlətləri ilə yüksək səviyyədə siyasi münasibətləri var. 
Xüsusilə nəqliyyat, rəqəmsallaşma, enerji sahələrində və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün UNESCAP-ın vacib platforma olduğunu bildirən Prezident İlham Əliyev UNESCAP və SPECA regionları arasında gələcək əməkdaşlıq imkanlarının da mümkünlüyünə toxunub, nəqliyyat sahəsində işbirliyini xüsusilə qeyd edib. 

Dövlət başçısı region ölkələri ilə birlikdə, xüsusən də Orta Dəhliz, Xəzər və Qara dənizləri birləşdirən nəqliyyat dəhlizlərinin inkişaf konsepsiyası haqqında məlumat verib, nəqliyyat daşımalarının rəqəmsallaşdırılması, vahid tarif və standartların tətbiq edilməsinin vacibliyini diqqətə çatdırıb. 

Söhbət zamanı ölkəmizin UNESCAP çərçivəsində Trans-Asiya dəmir yolu Sazişi şəbəkəsi, Asiya quru limanları üzrə hökumətlərarası Saziş və digər hökumətlərarası sazişlərdə iştirakı məsələsi qeyd edilib. 

Görüşdə ölkəmizlə UNESCAP arasında əlaqələrin genişləndirilməsi və bu təsisatın müvafiq iclaslarının Azərbaycanda keçirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp İranda təyyarəçilərin xilas edilməsi əməliyyatının detallarını AÇIQLADI – VİDEO

Tramp İranda təyyarəçilərin xilas edilməsi əməliyyatının detallarını AÇIQLADI – VİDEO

İşsiz qadınların nəzərinə - Qeydiyyat başladı

İşsiz qadınların nəzərinə - Qeydiyyat başladı

Tramp İranı bir gecədə məhv etməklə hədələdi – VİDEO

Tramp İranı bir gecədə məhv etməklə hədələdi – VİDEO

İranda aparıcı nüvə alimi öldürüldü – VİDEO

İranda aparıcı nüvə alimi öldürüldü – VİDEO

“Kuruluş Orhan”da şok ayrılıq – məşhur aktyor serialla vidalaşır

“Kuruluş Orhan”da şok ayrılıq – məşhur aktyor serialla vidalaşır

Bu ölkədə 30 yaşına qədər ailə qurmayan xanımlara dövlət maaş verəcək

Bu ölkədə 30 yaşına qədər ailə qurmayan xanımlara dövlət maaş verəcək

"Bu işə başlayanda 140 kilo idim"

"Bu işə başlayanda 140 kilo idim"

Hər axşam qatıq yeməyin FAYDALARI

Hər axşam qatıq yeməyin FAYDALARI

Novxanıda dörd milyon manata yeni yarımstansiya tikiləcək

Novxanıda dörd milyon manata yeni yarımstansiya tikiləcək

Vüsal Nəsirli qaynını özünə müşavir təyin edib? - AÇIQLAMA

Vüsal Nəsirli qaynını özünə müşavir təyin edib? - AÇIQLAMA

“Qarabağ” Rəşad Sadiqovla yeni müqavilə imzalamaq istəyir

“Qarabağ” Rəşad Sadiqovla yeni müqavilə imzalamaq istəyir

Gəncədə 53 yaşlı ustanın həyatını itirdiyi yerdən GÖRÜNTÜLƏR – FOTO

Gəncədə 53 yaşlı ustanın həyatını itirdiyi yerdən GÖRÜNTÜLƏR – FOTO

“Selena”nın “Nazlı”sı nişanlandı – FOTO

“Selena”nın “Nazlı”sı nişanlandı – FOTO

“Diesel”in yaradıcısı vəfat etdi

“Diesel”in yaradıcısı vəfat etdi

Həm arıqladır, həm gözəlləşdirir

Həm arıqladır, həm gözəlləşdirir

Prezidentin Gürcüstana səfərindən yaddaqalan anlar – VİDEO

Prezidentin Gürcüstana səfərindən yaddaqalan anlar – VİDEO

ABŞ Prezidenti: “İran üçün son tarix sabahdır” – VİDEO

ABŞ Prezidenti: “İran üçün son tarix sabahdır” – VİDEO

Gürcüstan mətbuatı İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb

Gürcüstan mətbuatı İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb

DİQQƏT! Sabah bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Sabah bu ərazilərdə işıq olmayacaq

3 BÜRC üçün gözlənilməz qazanc qapını döyə bilər

3 BÜRC üçün gözlənilməz qazanc qapını döyə bilər

Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi – QƏRAR

Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi – QƏRAR

Gəncədə 53 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜAT

Gəncədə 53 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜAT

Nüşabə Ələsgərli qoşa villalarını GÖSTƏRDİ - VİDEO

Nüşabə Ələsgərli qoşa villalarını GÖSTƏRDİ - VİDEO

Tramp: “İranda yeni rejim əvvəlkilərdən qat-qat ağıllıdır” – VİDEO

Tramp: “İranda yeni rejim əvvəlkilərdən qat-qat ağıllıdır” – VİDEO

End of content

No more pages to load

RADİO