Ceyhun Bayramov macarıstanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi

23 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində görüşlərdə və sammitdə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşü olub.

Bizim.Media xəbər verir ki, görüş zamanı Azərbaycan və Macarıstan arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən cari regional vəziyyət müzakirə edilib.

Azərbaycan və Macarıstan arasında siyasi, iqtisadi, nəqliyyat, ticarət, enerji təhlükəsizliyi, təhsil, humanitar və s. sahələr üzrə əməkdaşlığın yüksələn xətt üzrə inkişafını məmnunluqla qeyd edilib. İki ölkə arasında enerji təhlükəsizliyi, o cümlədən alternativ enerji sahəsində əməkdaşlığın inkişafı vurğulanıb.
Nazir Ceyhun Bayramov həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılmış son addımlar və sülh prosesinin perspektvləri barədə ölkəmizin mövqeyi barədə qarşı tərəfə məlumat verib. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan bərpa və yenidənqurma işlərində macar şirkətlərinin iştirakı alqışlanıb.

Nazir Peter Siyarto, Macarıstanın iki ölkə arasında strateji xarakter daşıyan münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu, bu xüsusda mövcud potensialdan istifadənin zəruriliyini qeyd edib. İkitərəfli iqtisadi komissiya üzrə aparılan işlərdən məmnunluq ifadə olunub. 

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna istinad edən nazir Peter Siyarto, bu xüsusda həyata keçirilən birgə layihələrin əməkdaşlığa töhfəsini vurğulayıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp İranda təyyarəçilərin xilas edilməsi əməliyyatının detallarını AÇIQLADI – VİDEO

Tramp İranda təyyarəçilərin xilas edilməsi əməliyyatının detallarını AÇIQLADI – VİDEO

İşsiz qadınların nəzərinə - Qeydiyyat başladı

İşsiz qadınların nəzərinə - Qeydiyyat başladı

Tramp İranı bir gecədə məhv etməklə hədələdi – VİDEO

Tramp İranı bir gecədə məhv etməklə hədələdi – VİDEO

İranda aparıcı nüvə alimi öldürüldü – VİDEO

İranda aparıcı nüvə alimi öldürüldü – VİDEO

“Kuruluş Orhan”da şok ayrılıq – məşhur aktyor serialla vidalaşır

“Kuruluş Orhan”da şok ayrılıq – məşhur aktyor serialla vidalaşır

Bu ölkədə 30 yaşına qədər ailə qurmayan xanımlara dövlət maaş verəcək

Bu ölkədə 30 yaşına qədər ailə qurmayan xanımlara dövlət maaş verəcək

"Bu işə başlayanda 140 kilo idim"

"Bu işə başlayanda 140 kilo idim"

Hər axşam qatıq yeməyin FAYDALARI

Hər axşam qatıq yeməyin FAYDALARI

Novxanıda dörd milyon manata yeni yarımstansiya tikiləcək

Novxanıda dörd milyon manata yeni yarımstansiya tikiləcək

Vüsal Nəsirli qaynını özünə müşavir təyin edib? - AÇIQLAMA

Vüsal Nəsirli qaynını özünə müşavir təyin edib? - AÇIQLAMA

“Qarabağ” Rəşad Sadiqovla yeni müqavilə imzalamaq istəyir

“Qarabağ” Rəşad Sadiqovla yeni müqavilə imzalamaq istəyir

Gəncədə 53 yaşlı ustanın həyatını itirdiyi yerdən GÖRÜNTÜLƏR – FOTO

Gəncədə 53 yaşlı ustanın həyatını itirdiyi yerdən GÖRÜNTÜLƏR – FOTO

“Selena”nın “Nazlı”sı nişanlandı – FOTO

“Selena”nın “Nazlı”sı nişanlandı – FOTO

“Diesel”in yaradıcısı vəfat etdi

“Diesel”in yaradıcısı vəfat etdi

Həm arıqladır, həm gözəlləşdirir

Həm arıqladır, həm gözəlləşdirir

Prezidentin Gürcüstana səfərindən yaddaqalan anlar – VİDEO

Prezidentin Gürcüstana səfərindən yaddaqalan anlar – VİDEO

ABŞ Prezidenti: “İran üçün son tarix sabahdır” – VİDEO

ABŞ Prezidenti: “İran üçün son tarix sabahdır” – VİDEO

Gürcüstan mətbuatı İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb

Gürcüstan mətbuatı İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb

DİQQƏT! Sabah bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Sabah bu ərazilərdə işıq olmayacaq

3 BÜRC üçün gözlənilməz qazanc qapını döyə bilər

3 BÜRC üçün gözlənilməz qazanc qapını döyə bilər

Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi – QƏRAR

Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi – QƏRAR

Gəncədə 53 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜAT

Gəncədə 53 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜAT

Nüşabə Ələsgərli qoşa villalarını GÖSTƏRDİ - VİDEO

Nüşabə Ələsgərli qoşa villalarını GÖSTƏRDİ - VİDEO

Tramp: “İranda yeni rejim əvvəlkilərdən qat-qat ağıllıdır” – VİDEO

Tramp: “İranda yeni rejim əvvəlkilərdən qat-qat ağıllıdır” – VİDEO

End of content

No more pages to load

RADİO