Macarıstanın baş naziri Viktor Orban Azərbaycana səfərə yola düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı baş nazirin ofisi yayıb.
“Baş nazir Viktor Orban İsveçrəyə səfərindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) konfransında iştirak etmək üçün cümə günü Bakıya yola düşüb.
Konfrans başlamazdan əvvəl Baş nazir Azərbaycan prezidenti ilə ikitərəfli danışıqlar aparacaq”, - məlumatda deyilir.
Bizim.Media