Ukrayna səfiri və Fəxri konsulu Göyçaya səfər edib.
Bizim.Media-nın aran bürosu xəbər verir ki, Azərbaycan-Ukrayna regionlararası əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Ukraynanın Azərbaycandakı Fəxri konsulu Mehrəli Qasımov və Ukrayna səfiri Vladislav Kanevski Ukrayna Fəxri Konsulluğunun konsulluq dairəsinə Göyçayda rəsmi regional səfərdə olub.
Görüşdə Ukrayna və Azərbaycan şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, eləcə də təhsil sahəsində humanitar layihələr müzakirə olunub.
Qeyd olunub ki, Göyçay sürətlə inkişaf edir və cəlbedici investisiya potensialına malikdir ki, bu da, şübhəsiz ki, Azərbaycan-Ukrayna regionlararası əməkdaşlığının dərinləşməsinə öz töhfəsini verəcək.
Bildirilib ki, Göyçay rayonu dadlı meyvələri: nar və xurma ilə tanınır, bu meyvələr xaricə, o cümlədən Ukraynaya ixrac olunur.





Bizim.Media, Aran bürosu