Xəbər verdiyimiz kimi, bu gün İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası keçirilir.
Bizim.Media xəbər verir ki, İƏT Əmək Mərkəzinin Nizamnaməsinin digər bir sıra üzv ölkələr tərəfindən də imzalanması mərasimi olub.
İƏT-in Baş katibi Hissein Brahim Taha bu konfransın üzv ölkələr üçün önəmindən bəhs edib və müzakirə olunan məsələlərin həllində əməkdaşlığın genişlənməsinin vacibliyini qeyd edib.





Nuranə Daxilqızı, Bizim.Media