Prezident BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibini qəbul edib – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçanı qəbul edib. 

Bizim.Media xəbər verir ki, Azərbaycanın 1993-cü ildə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasına üzv qəbul olunmasından etibarən ölkəmiz ilə bu təsisat arasında sıx əlaqələrin qurulduğunu deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan bu Komissiya ilə ətraf mühitin mühafizəsi, nəqliyyat, gömrük, enerji, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və digər sahələrdə uğurlu əməkdaşlıq edir. 

Prezident İlham Əliyev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının nümayəndə heyətlərinin ölkəmizdə Azərbaycanın sədrliyi ilə təşkil olunan beynəlxalq tədbirlərdə iştiraklarını məmnunluqla qeyd edib. Dövlət başçısı bu xüsusda Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Zirvə görüşündə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katiblərinin iştirakını SPECA çərçivəsində əməkdaşlığa verilən əhəmiyyətin nümunəsi kimi qiymətləndirib. 

Azərbaycan Prezidenti SPECA yarananda üzv ölkələrin müstəqilliklərinin ilk mərhələsində, fərqli geosiyasi və coğrafi mühitdə olduqlarını xatırlayıb, ötən müddət ərzində üzv ölkələrin müstəqil dövlətlər olaraq uğurlu inkişaf yolu keçdiklərini vurğulayıb. 
SPECA Zirvə görüşünün Bakıda keçirilməsinin Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın hərtərəfli və dinamik surətdə inkişafının bariz nümunəsi olduğunu deyən Prezident İlham Əliyev son illər ərzində Azərbaycan ilə region ölkələri arasında siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişlənməsini məmnunluqla qeyd edib. Dövlət başçısı vurğulayıb ki, SPECA-nın üzvü olan dövlətlər sıx əməkdaşlıq nəticəsində uğurlu regional model təqdim edirlər. Bu, həmçinin Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid siyasi, iqtisadi və geosiyasi bir məkanı ifadə etmələrinin bariz təzahürü, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək əzminin və niyyətinin nümunəsidir. 

Dəvətə görə təşəkkürünü bildirən Tatyana Molçan Azərbaycanın SPECA-ya uğurlu sədrliyini vurğulayıb və ilk dəfə bu formatda Zirvə görüşünün keçirilməsinin mühüm nailiyyət olduğunu deyib. 

Azərbaycanın sədrliyi ilə bu çərçivədə əməkdaşlığın daha böyük perspektivlərinin olduğunu qeyd edən qonaq Sammitin SPECA-nın yaranmasının 25-ci ildönümünə təsadüf etməsini və bu xüsusda, BMT Baş Assambleyasında SPECA-nın təsis edilməsinə dair qətnamənin qəbul olunmasını əhəmiyyətini vurğulayıb. 

Tatyana Molçan SPECA-nın Sammitində BMT Baş katibini təmsil etməsindən məmnunluq duyduğunu bildirib. O, bu Sammitin SPECA-ya üzv ölkələr arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, prioritetlərin və eyni zamanda, çağırışların müzakirəsi baxımından böyük əhəmiyyət daşıdığını bildirərək BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Sammit çərçivəsində aparılacaq müzakirələrdə həmsədr qismində iştirakının məmnunluq doğurduğunu deyib. 

Görüşdə nəqliyyat dəhlizləri, urban-meşə konsepsiyası və şəhərlərdə yaşıllaşdırmanın artırılması, Azərbaycanın tarazlaşdırılmış və uğurlu şəkildə bərpaolunan və yaşıl enerji konsepsiyasına keçidi, bu istiqamətdə ölkəmizin irəli sürdüyü təşəbbüslər ilə bağlı fikir mübadiləsi aparılıb. 

Mərkəzi Asiya ölkələri ilə nəqliyyat imkanlarının artırılması, Orta Dəhlizin əhəmiyyəti, Azərbaycanın ölkəmizdə və qonşu ölkələrdə nəqliyyat infrastrukturunun inkişafına yatırdığı investisiyalar məmnunluqla qeyd edilib. Bu baxımdan BMT-nin Avropa üzrə İqtisadi Komissiyası ilə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. 
Söhbət zamanı “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya” - Espo Konvensiyasının əhəmiyyətinə toxunulub, bu Konvensiyanın regionda təşviqinin, bölgədə su hövzələrinin və çayların ekoloji təmizliyinin təmin olunmasının, sərhədyanı zonalarda, xüsusilə də mədən sənayesi ilə əlaqədar işlərin aparılmasında qonşu dövlətlərin narahatlıqlarının nəzərə alınmasının vacibliyi qeyd edilib. 
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Nazirlər Kabinetindən VACİB QƏRAR

Nazirlər Kabinetindən VACİB QƏRAR

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

Amerikada lotoreyada pul udubmuş - Video

Amerikada lotoreyada pul udubmuş - Video

İşıq, su və qaza borcu olanların nəzərinə

İşıq, su və qaza borcu olanların nəzərinə

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

Ayın əks tərəfinin FOTOSU

Ayın əks tərəfinin FOTOSU

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

Tramp İranda təyyarəçilərin xilas edilməsi əməliyyatının detallarını AÇIQLADI – VİDEO

Tramp İranda təyyarəçilərin xilas edilməsi əməliyyatının detallarını AÇIQLADI – VİDEO

İşsiz qadınların nəzərinə - Qeydiyyat başladı

İşsiz qadınların nəzərinə - Qeydiyyat başladı

Tramp İranı bir gecədə məhv etməklə hədələdi – VİDEO

Tramp İranı bir gecədə məhv etməklə hədələdi – VİDEO

İranda aparıcı nüvə alimi öldürüldü – VİDEO

İranda aparıcı nüvə alimi öldürüldü – VİDEO

“Kuruluş Orhan”da şok ayrılıq – məşhur aktyor serialla vidalaşır

“Kuruluş Orhan”da şok ayrılıq – məşhur aktyor serialla vidalaşır

Bu ölkədə 30 yaşına qədər ailə qurmayan xanımlara dövlət maaş verəcək

Bu ölkədə 30 yaşına qədər ailə qurmayan xanımlara dövlət maaş verəcək

"Bu işə başlayanda 140 kilo idim"

"Bu işə başlayanda 140 kilo idim"

Hər axşam qatıq yeməyin FAYDALARI

Hər axşam qatıq yeməyin FAYDALARI

End of content

No more pages to load

RADİO