Qanla qazanılan SƏRVƏT – ABŞ müharibələrin bitməməsi üçün əlindən gələni EDİR...

ABŞ Prezidenti Co Bayden son fikirləri geniş müzakirələrə yol açıb. Baydenin “Washington Post” nəşrində dərc olunan son məqaləsində qeyd edilib ki, Ukrayna və Yaxın Şərqdəki münaqişələr “böyük tərəqqi”yə səbəb ola bilər.

ABŞ lideri həmçinin vurğulayıb ki, ölkəsinin mövcud böhranların həllində seçimi ölkənin gələcək onilliklər üçün gələcəyini müəyyən edəcək:

“Ukraynada, İsraildə, Qəzza zolağında və bir çox başqa bölgələrdə olduğu kimi dünyada bu qədər zorakılıq və iztirablar olduğu halda, başqa nəyəsə yer olduğunu təsəvvür etmək çətindir. Bununla belə, tarix bizə öyrədir ki, dərin faciələrdən sonra mühüm tərəqqi əldə etmək olar”.
 

MÖVZU İLƏ BAĞLI:

Ağ Evin QARA ÜZÜ – Regiondan əli üzülən ABŞ-ın Azərbaycana nifrətinin PƏRDƏARXASI


Ağ Ev rəhbərinin fikrincə, ABŞ bu məqsədlərə çatmaq üçün qətiyyətli olmalıdır. O vurğulayıb ki, onun administrasiyası təkcə Yaxın Şərq və Avropada deyil, bütün dünyada belə bir strategiyanın həyata keçirilməsinə sadiqdir.

Co Baydenin bu fikirləri təəccüblü olduğu qədər maraqlıdır. Təəccüblüsü odur ki, ABŞ lideri bu cür etirafları ilə nəyə görə öz dövlətini ifşa edir?! Maraqlısı da odur ki, Bayden bütün münaqişələrdə ABŞ-ın qazanclı çıxdığını rəsmən etiraf edir. Bu da o deməkdir ki, dünyadakı bütün münaqişə ocaqlarının ssenarisinin Vaşinqtonda hazırlanması faktı doğrudur. 
ABŞ dünyada münaqişə ocaqlarını iki məqsədlə yaradır. 

Birinci halda münaqişə siyasi məqsəd üçün başladılır. Məsələn, hansısa dövlət Ağ Evlə razılaşmadan iqtisadi-siyasi addımlar atır.

Bu isə Vaşinqtonu qəzəbləndirir. Ona görə də ABŞ-ın xüsusi xidmət orqanları əvvəlcə həmin ölkədə dövlət çevrilişi təşkil edirlər. Baş verən dövlət çevrilişi sayəsində ABŞ-a sərf edəcək şəxs hakimiyyətə gətirilir. Bu ssenarini biz son 30 ildə Ukraynada, Moldavada, Gürcüstanda, Ermənistanda və digər ölkələrdə görmüşük. 

Bu ssenari baş tutmadıqda etnik münaqişələr qızışdırılır. Məlum olduğu kimi, əksər ölkələrdə ən azı bir neçə xalqın nümayəndələri yaşayır. ABŞ-ın xüsusi xidmət orqanları da çox asanlıqla həmin xalqları qızışdıra bilir. Bu da ən azından vətəndaş müharibəsinə çevrilir. Hadisələr cilovlanmayanda isə bu həmin dövlətin parçalanmasına qədər gedib çıxır. Bunu keçmiş Yuqoslaviyanın timsalında görmək olar. Digər dəhşətli nümunələri ərəb dövlətlərinin simasında görürük. Liviya, Suriya, İraq və digər dövlətlər 20 ildir ki, xarabazarlığa çevrilib.

Üçüncü ssenari isə qonşu dövlətin ram edilməyən ölkəyə qarşı müharibəyə sövq edilməsidir. Bunun ən bariz nümunəsi Ukrayna-Rusiya müharibəsidir.

Rusiyada siyasi çevriliş və etnik münaqişə törədə bilməyən ABŞ rusları Ukraynada sonu görünməyən müharibəyə çəkdi. ABŞ dünyada münaqişə ocaqları yaratmaqla həm də iqtisadi dividiendlər əldə edir. 

Məsələn, hazırda ABŞ-ın dövlət borcu 33 trilyon dollardan artıqdır. Bu ölkənin ÜDM-i isə 26 trilyona yaxındır. Əslində ABŞ iqtisadiyyatı defolt vəziyyətindədir. Lakin hərbi və siyasi güc hesabına ABŞ öz iqtisadiyyatını ayaqda saxlaya bilir. Borclu olduğu dövlətlərlə, şirkət və təşkilatlarla  hədə dilində danışır. Məsələn, Vaşinqton uzun illərdir ki, BMT-yə üzvlük haqqını ödəmir.

Bir neçə il qabaq BMT Ağ Evdən üzvlük haqqının ödənilməsini tələb edəndə sürpriz cavabla qarşılaşdı:

“Əgər biz borcumuzu ödəsək, onda ofisinizi ABŞ ərazisindən çıxartmalı olacaqsınız”.
ABŞ digər ölkələrlə də bu cür hədə dilində danışır. Bundan başqa, istənilən münaqişə yeni iqtisadi imkanlar açır. Məsələn, bir vaxtlar Rusiyanın keçmiş SSRİ-i respublikalarına ciddi iqtisadi təsir imkanları vardı. Amma bu gün bu imkanlar minimuma enib. Yaranmış boşluğu isə ABŞ və yaxud onun partnyorları tutub. Bu gün Vaşinqton Liviya, Suriya, İraq və hətta İran neftinə dolayısı ilə sahiblik edir. Bu ölkələrin öz məhsullarını kimə və neçəyə satacağını Ağ Evdəkilər müəyyən edir. 

Bir sözlə münaqişə bölgəsində, müharibə gedən ərazilərdə əsas söz sahibi ABŞ-dır. Məsələn, Vaşinqton istəsə İsrail-Fələstin və yaxud Ukrayna-Rusiya müharibəsi anındaca dayandırıla bilər. Ağ Ev tərəfləri sülh sazişinə məcbur etmək imkanına malikdir. 
Amma müharibə tərəfləri zəif salır. Zəif düşən tərəfsə ABŞ-a möhtacdır. Ona görə də Co Bayden deyir ki, Ukrayna və Yaxın Şərqdəki münaqişələr ABŞ üçün böyük tərəqqiyə səbəb olacaq... 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

“Bizə hörmətlə yanaşın”

“Bizə hörmətlə yanaşın”

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Nazirlər Kabinetindən VACİB QƏRAR

Nazirlər Kabinetindən VACİB QƏRAR

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

Amerikada lotoreyada pul udubmuş - Video

Amerikada lotoreyada pul udubmuş - Video

İşıq, su və qaza borcu olanların nəzərinə

İşıq, su və qaza borcu olanların nəzərinə

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

Ayın əks tərəfinin FOTOSU

Ayın əks tərəfinin FOTOSU

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

Tramp İranda təyyarəçilərin xilas edilməsi əməliyyatının detallarını AÇIQLADI – VİDEO

Tramp İranda təyyarəçilərin xilas edilməsi əməliyyatının detallarını AÇIQLADI – VİDEO

İşsiz qadınların nəzərinə - Qeydiyyat başladı

İşsiz qadınların nəzərinə - Qeydiyyat başladı

End of content

No more pages to load

RADİO