Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 1-də MDB Nazirlər Şurası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.
Bizim.Media xəbər verir ki, bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bununla bağlı məlumat verib.
“Danışıqlar zamanı ikitərəfli əməkdaşlıq məsələləri, Dağlıq Qarabağdakı vəziyyət, üçtərəfli bəyanatın icrası müzakirə ediləcək”,- deyə Zaxarova vurğulayıb.
Qeyd edək ki, sabah Moskvada MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Bizim.Media