ABŞ Konqresində keçirilən dinləmələrin heç bir hüquqi əsası yoxdur

Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində keçirilən dinləmələrdə Azərbaycan və Ermənistan arasında son illər ərzində baş verən müharibənin nəticələri, o cümlədən sentyabrın 19-da Azərbaycanın həyata keçirdiyi birgünlük anti-terror əməliyyat nəticəsində Qarabağda yaşayan ermənilərin Ermənistana köçməsindən danışılıb. Bəs bu dinləmələrin keçirilməsinə əsas varmı və bunun təsirləri nələr ola bilir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Trend-ə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri (ATXƏM) İlham İsmayılov açıqlama verib.

Onun sözlərinə görə, ABŞ və Fransanın son vaxtlar ölkəmizə qarşı artan təzyiqləri və anti-Azərbaycan mövqeyini anlamaq çətindir.

“Bu ölkənin hər ikisi sözdə Azərbaycanın ərazi bütünlüyünü tanıdıqlarını bildirsələr də, vaxtaşırı ermənilərin haqsız mövqelərini müdafiə etməkdən də çəkinmirlər. Hər iki dövlət ATƏT-in keçmiş Minsk Qrupunun üzvü kimi Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində həmsədr ölkə olmalarına baxmayaraq, heç bir real addım atmayıblar, əksinə münaqişənin uzunmüddətli davam etməsində, Ermənistanın işğalçılıq siyasətinin davam etməsində öz susqunluqları ilə tərəf saxlayıblar.

2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərlə əslində bu dövlətləri oyundan kənar vəziyyətdə saxladı, onların iradəsinin tam əksinə olaraq, işğalla barışmadı və öz torpaqları üzərində suveren hüquqlarını bərpa etdi”, - deyə o qeyd edib.

İ.İsmayılov vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun üçüncü üzvü kimi Rusiyanın atəşkəsin əldə olunmasındakı aktiv rolu və münaqişə bölgəsinə sülhməramlı hərbi kontingetlə gəlməsi bu iki ölkənin oyundan tam şəkildə kənar saxlanılması anlamına gəlirdi.

“Bu gün Ermənistanın tam şəkildə hərbi cəhətdən kapitulyasiya olunduğunu artıq hamı görür. Çox təəssüf ki, bunu qəbul etmək istəməyən erməni lobbisi və onun ABŞ, Fransa kimi havadarları yenidən Ermənistan dövlətçiliyini risk altına salır, onun bitmiş gücünü hesablaya bilmir.
Bu cür dinləmələrə gəldikdə isə hesab edirəm ki, bunların heç bir hüquqi əsası və təsirləri ola bilməz. Bu addımlar daha çox erməni lobbisindən yararlanmağa çalışan siyasətçilərin sadəcə öz işlərinə və retinqlərinə yaraya bilər”, - deyə o əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

“Bizə hörmətlə yanaşın”

“Bizə hörmətlə yanaşın”

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Nazirlər Kabinetindən VACİB QƏRAR

Nazirlər Kabinetindən VACİB QƏRAR

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

Amerikada lotoreyada pul udubmuş - Video

Amerikada lotoreyada pul udubmuş - Video

İşıq, su və qaza borcu olanların nəzərinə

İşıq, su və qaza borcu olanların nəzərinə

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

Ayın əks tərəfinin FOTOSU

Ayın əks tərəfinin FOTOSU

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

Tramp İranda təyyarəçilərin xilas edilməsi əməliyyatının detallarını AÇIQLADI – VİDEO

Tramp İranda təyyarəçilərin xilas edilməsi əməliyyatının detallarını AÇIQLADI – VİDEO

İşsiz qadınların nəzərinə - Qeydiyyat başladı

İşsiz qadınların nəzərinə - Qeydiyyat başladı

End of content

No more pages to load

RADİO