“Təklif edirəm ki, Prezident İlham Əliyev Nobel Sülh mükafatına namizəd kimi təqdim edilsin”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Xalq yazıçısı Çingiz Abdullayev Şamaxıda keçirilən "Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" adlı konfransda deyib.
"Heç nə etməyən Barak Obamaya mükafat veriblər. Biz isə haqq müharibəmizdə bir dənə də uşağa, qadına güllə atmadıq, onlara zərər vermədik. Bu cənab İlham Əliyevin siyasətinin nəticəsi idi", - deyə o qeyd edib.
Bizim.Media