Azərbaycan Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, tərəflər Qarabağdakı mövcud vəziyyəti müzakirə ediblər. Tərəflər durumun sabit olduğunu və atəşkəs rejiminə ciddi şəkildə əməl edildiyini bildiriblər.
Prezidentlər bölgədə nəqliyyat və kommunikasiyanın qurulması məsələsini də müzakirə ediblər.
Bizim.Media