Azərbaycan nümayəndə heyəti Parisdə OECD-in iclasında iştirak edib - FOTO 

Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Azərbaycanın iştirakçı statusunda təmsil olunduğu İnkişafa Yardım Komitəsinin (DAC) yüksək səviyyəli iclası keçirilib. 

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, tədbirdə ölkəmizi XİN-in nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) təmsil edib. 

Tədbirdə ABŞ, Birləşmiş Krallıq, Yaponiya, Almaniya, Koreya Respublikası, İtaliya, Fransa, İsveç, İspaniya və Danimarka kimi DAC üzvü donor ölkələrlə yanaşı komitədə iştirakçı statusa sahib olan və ya tərəfdaş ölkə hesab olunan Azərbaycan, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Bolqarıstan, Rumıniya və İndoneziya daxil olmaqla ümumilikdə 50-dən artıq dövlət və 10-a yaxın beynəlxalq qurum iştirak edib. 
Tədbirin əsas məqsədi beynəlxalq inkişafa yardım sahəsində əldə olunmuş nəticələrin, gələcək fəaliyyətlə bağlı gündəlikdə duran məsələlərin, eləcə də Komitədə təmsil olunan ölkələr və beynəlxalq qurumlar arasında inkişafa yardımla bağlı mümkün əməkdaşlıq imkanlarının müzakirəsi olub. 

AİDA-nın rəisi Elməddin Mehdiyev tədbirdə çıxış edərək, iclas iştirakçılarına yeni donor ölkəsi kimi Azərbaycanın əldə etdiyi uğurlar və beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi həyata keçirdiyi fəal beynəlxalq yardım siyasəti barədə məlumat verib.

Azərbaycanın COVID-19 pandemiyasına qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələr, Qoşulmama Hərəkatına sədrliyimiz çərçivəsində həyata keçirilmiş mühüm inkişafa yardım təşəbbüsləri, o cümlədən xarici tələbələr üçün təsis olunmuş beynəlxalq təhsil qrantı proqramları, ikitərəfli və çoxtərəfli əsasda göstərilmiş yardımlar və cari ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş Afrika ölkələri və İnkişaf etməkdən olan kiçik ada dövlətlərinə postpandemiya dövründə dəstək verilməsi ilə bağlı Qlobal Çağırışlar XİN nümayəndəsi tərəfindən qeyd olunub. 

Səfər çərçivəsində 14-15 noyabr tarixlərində beynəlxalq inkişafa yardım sahəsində dünyanın ən nüfuzlu əlaqələndirici və siyasət müəyyənləşdirici təsisatı hesab olunan OECD DAC-ın rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirilib. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

“Bizə hörmətlə yanaşın”

“Bizə hörmətlə yanaşın”

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Nazirlər Kabinetindən VACİB QƏRAR

Nazirlər Kabinetindən VACİB QƏRAR

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

Amerikada lotoreyada pul udubmuş - Video

Amerikada lotoreyada pul udubmuş - Video

İşıq, su və qaza borcu olanların nəzərinə

İşıq, su və qaza borcu olanların nəzərinə

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

Ayın əks tərəfinin FOTOSU

Ayın əks tərəfinin FOTOSU

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

End of content

No more pages to load

RADİO