Ağ Evin QARA ÜZÜ – Regiondan əli üzülən ABŞ-ın Azərbaycana nifrətinin PƏRDƏARXASI

ABŞ Cənubi Qafqazda kartları yenidən dağıtmaq istəyir. Daha doğrusu Amerika bu bölgəyə soxulmağı planlaşdırır. Bu bədnam planın icrası üçünsə ən yaxşı fürsət Ermənistan-Azərbaycan münaqişəsidir. Çünki harada münaqişə varsa, Ağ Ev təmsilçiləri oradadır.

Bəhanə həmişə tapılar...

Dünyada öz varlıqlarını sübut etmək və niyyətinə çatmaq üçün ABŞ əvvəlcə həmin bölgədə müxtəlif adlarla münaqişələr törədir. Bu etnik münaqişə də ola bilər, insan hüquqlarının pozulması da, demokratik dəyərlərin tapdalanması da...

Lakin Amerika siyasətçilərinin və hərbçilərinin ayaq basdığı heç bir torpaqdan qan əksik olmayıb. Ötən əsrdə Vyetnamda, Kambocada, Əfqanıstanda, XXI əsrdə isə Liviyada, Tunisdə, İraqda, Suriyada, Ukraynada və digər ölkələrdə baş verən qırğınların, dövlət çevrilişlərinin və müharibələrin arxasında məhz Amerika dayanır.

Sona qədər dayansalar, dərd yarı

ABŞ-ın Gürcüstanda, Ukraynada, İsraildə müharibəni necə qızışdırıb, sonra “dəstəklədiyi” tərəfləri necə yarı yolda buraxdığına bütün dünya şahiddir.

Münaqişəni qızışdıra bilməyəndə isə Vaşinqton hər kəslə əmr dilində danışmaq istəyir. Onun diqtəsi ilə razılaşmayanlara qarşı isə təhdid ritorikasını tətbiq edir. Necə ki, son aylar bu münasibəti Azərbaycana qarşı görürük. Azərbaycanın müstəqil siyasəti,  regional gücə çevrilməsi Ağ Evin planları xaricindədir.

Görünür ki, mövcud reallıq Bayden iqtidarını qane etmir. Ona görə də ABŞ Azərbaycana qarşı yeni kampaniyaya başlayıb. İlkin olaraq, ABŞ Azərbaycana hərbi yardımı dayandırır. Sonrakı addımsa yəqin ki, ABŞ-ın ölkəmizdəkı agenturasının meydana atılması olacaq.

ABŞ nə istəyir?

ABŞ dünyanın yenidən bölüşdürülməsini, daha doğrusu dünyaya tək sahib olmaq istəyir. Onun bu istəyinə qarşı çıxanları da müxtəlif vasitələrlə cəzalandırır. Tale elə gətirib ki, Azərbaycan Avrasiyanın kəsişmə nöqtəsində yerləşir. Avrasiya isə dolayısı ilə dünya deməkdir. Ona görə də Azərbaycan region və beynəlxalq aləm üçün vacib oyunçudur.

Nəzərə alaq ki, Azərbaycan Qərbin, əslində isə ABŞ-ın düşmənləri olan Rusiya və İranla həmsərhəddir. Hər iki ölkə ilə Azərbaycanın yaxşı münasibətləri var. Təbii ki, bu da Vaşinqtonun planlarına daxil olan məsələ deyil.

Bayden hökuməti çalışır ki, Azərbaycan Rusiya və İranla təkcə münasibətləri pozmasın, həm də onlarla bütün əlaqələri kəssin. Çünki Şimal-Cənub və Qərb-Şərq dəhlizləri məhz Azərbaycan üzərindən keçir. Bundan əlavə türk dövlətləri, xüsusən də Türkiyə ilə güclənən əlaqələr Ağ Evdə oturanların yuxusuna haram qatıb. Super güc olmağa olan iddialı olan Türkiyənin ən sadiq iki tərəfdaşından biri və bəlkə də birincisi Azərbaycandır. Bütün bunlarsa təbii ki, okeanın o tayındakıları rahat yatmağa qoymur.

“3+3” formatı ABŞ-ın regional maraqlarına zərbədir

Azərbaycan 44 günlük müharibədən sonra bütün qonşu dövlətlərlə dinc və mehriban qonşuluq siyasəti yeritməyə başladı. Bu dostluq və əməkdaşlıq münasibətlərini dərinləşdirmək üçün yeni bir iqtisadi platforma təqdim etdi. Bu da “3+3” platforması idi. Bu platformanın mahiyyəti ondan ibarətdir ki, bölgədəki bütün ölkələrlə, o cümlədən Ermənistanla güclü iqtisadi-mədəni əlaqələr qurulsun.

Bu əslində regional təhlükəsizlik üçün ən ideal layihədir. Amma bu ideya ABŞ-ın maraqlarından və planlarından çox-çox uzaqdır. Vaşinqton istəyir ki, regionda, heç olmasa Cənubi Qafqazda müharibə alovlansın, qonşu dövlətlər bir-birinə düşmən olsun.

Bu niyyətə çatmaq üçün ABŞ-a hansısa region dövlətinin maşalığı lazımdır. Təbii ki, Ermənistandan da yaxşı maşa tapmaq qeyri-mümkündür. Ona görə də, Ağ Ev Ermənistanı Azərbaycana qarşı müharibəyə təşviq edir. Bu yolda Ermənistana zəruri siyasi və hərbi dəstəyi də verir.

Təsadüfi deyil ki, bu ilin sentyabr ayının 10-da general Patrik Elisin başçılıq etdiyi ABŞ hərbçiləri Ermənistana gəldi. Onlar müştərək “Eagle Partner 2023” hərbi təlimlər keçirdilər. Xatırladaq ki, bu ABŞ-ın Cənubi Qafqazda ilk birgə hərbi təlimidir. Bu məsələdə diqqət çəkən məqamlardan biri də 10 günlük təlimdən sonra 100-ə yaxın amerikalı hərbçinin Ermənistanı tərk etməməsidir. Qərb mətbuatının yazdığına görə həmin “hərbçilər” Ermənistanda qalaraq qonşu dövlətlərə qarşı diversiya-təxribat planları hazırlayır.

ABŞ-ın istəkləri Ermənistanın dövlət maraqlarına uyğundurmu?

Hadisələrin indiki inkişafı belə təsəvvür yaradır ki, ABŞ Ermənistanı hər sahədə müdafiə edir. Hətta bu ölkə ilə “düşmən” olan dövlətlərə qarşı “zəruri addımlar” atır. Təsadüfi deyil ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı dinləmələr keçirilib.

Həmin dinləmələrdə açıq şəkildə bildirilib ki, 19 sentyabr hadisələrindən sonra sülh yolunda irəliləyiş görməyincə ABŞ Azərbaycana qarşı müəyyən addımlar atmaq fikrindədir. Bu istiqamətdə ilk addım o oldu ki, ABŞ Azərbaycana hərbi yardımı dayandırır. Üstəlik, Pentaqon Azərbaycan qoşunlarının hərəkətini və onların başqa planlarının ola biləcəyinə dair bütün əlaməti diqqətlə izləyir.

Amma bu o demək deyil ki, ABŞ Ermənistan üçün can yandırır. Əsla! Sadəcə olaraq, ABŞ Cənubi Qafqazda sülh yox, uzun müddətli münaqişə olmasını istəyir. Halbuki, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur.

Azərbaycan ancaq dinc qonşuluq və kommunikasiyaların açılmasını istəyir. Təbii ki, Azərbaycanın humanizmə və beynəlxalq hüquqa söykənən bu istəyi ABŞ-ın regional maraqları ilə üst-üstə düşmür. Ona görə də Azərbaycanı dayandırmaq üçün ABŞ erməni kartından istifadə etməyə çalışır.

Digər tərəfdən, Azərbaycanın ABŞ-ın yardımına da ehtiyacı yoxdur.

Bu gün Azərbaycan özü başqa ölkələrə yardımlar edir. Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan ehtiyacı olan ölkələrə vaksin yardımı edir, Ukrayna kimi müharibə zonalarına humanitar yardımlar göndərir.

Lakin Ağ Evdə oturanlar bir məsələni unudurlar ki, Azərbaycanla güc dilində danışmağın zamanı keçib. Azərbaycan hər zaman dövlət və regional maraqlardan çıxış edir. Bu siyasət ABŞ-ın maraqlarına toxunsa belə.

Ancaq ABŞ bu cür davranışlarına davam edərsə, regional siyasətdə ağır məğlubiyyətə düçar olacaq. Üstəlik, regionun əsas gücü olan Azərbaycanla əməkdaşlığa da sağalmaz zərbə vuracaq. Çünki rəsmi Bakının səbrinin bir həddi var və Vaşinqton regionu qan gölünə çevirmək siyasətinə davam etsə, Azərbaycanın ABŞ-la münasibətlərə son qoymaqdan başqa yolu qalmayacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

“Bizə hörmətlə yanaşın”

“Bizə hörmətlə yanaşın”

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Nazirlər Kabinetindən VACİB QƏRAR

Nazirlər Kabinetindən VACİB QƏRAR

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

Amerikada lotoreyada pul udubmuş - Video

Amerikada lotoreyada pul udubmuş - Video

İşıq, su və qaza borcu olanların nəzərinə

İşıq, su və qaza borcu olanların nəzərinə

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

Ayın əks tərəfinin FOTOSU

Ayın əks tərəfinin FOTOSU

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

End of content

No more pages to load

RADİO