Avropa Şurası prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşü olub.
Bizim.Media xəbər verir ki, bu barədə Mordu özünün “X” hesabında məlumat verib.
“Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının (Aİ) mühüm tərəfdaşıdır. Aİ dinc və firavan Cənubi Qafqazın inkişafı üçün Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləməyə davam edəcək”, - deyə AŞ rəsmisi qeyd edib.

Bizim.Media