Mədət Quliyev İran səfirini qəbul edib

Müdafiə Sənayesi naziri Mədət Quliyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvini qəbul edib.

Müdafiə Sənayesi nazirliyindən Bizim.Media-ya  verilən məlumata görə, Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edən nazir iki dövlət arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafından danışıb.

Nazir sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam, Mingəçevir, Ağcabədi, Beyləqan, Gəncə, Bərdə şəhərlərinin, bir sıra kənd və qəsəbələrin, yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində mülki əhalimizə qarşı insanlıq əleyhinə cinayətlərin törədilməsini, o cümlədən 4, 11 və 17 oktyabrda Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin, 27, 28 oktyabrda Bərdə şəhərinin raket zərbələrinə məruz qalmasını qeyd edib və bildirib ki, ümumilikdə 91 nəfər dinc sakin həlak olub, 400 vətəndaşımız yaralanıb, minlərlə yaşayış evinə və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

M. Quliyev səfirin diqqətinə çatdırıb ki, Ermənistanın hücumlarının qarşısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmaqdadır. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, onlarla kənd, qəsəbə və yaşayış məntəqələri işğaldan azad edilib, qədim Xudafərin körpüsünə Azərbaycan bayrağı sancılıb.

Nazir İran dövlətini və xalqını Zəngilan rayonunun Ağbənd qəsəbəsi və Ağbənd sərhəd zastavasının işğaldan azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə təbrik edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Seyid Abbas Musəvi diplomatik fəaliyyəti dövründə Azərbaycan və İran arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməcəyini bildirib.

Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

18 yaşlı oğlan motosikletlə qəza edib həyatını itirdi

18 yaşlı oğlan motosikletlə qəza edib həyatını itirdi

"Araz-Naxçıvan" "Karvan-Yevlax"a QALİB GƏLDİ

"Araz-Naxçıvan" "Karvan-Yevlax"a QALİB GƏLDİ

Salyanda yanan avtomobili söndürərkən maşın vuran FHN əməkdaşının SON DURUMU

Salyanda yanan avtomobili söndürərkən maşın vuran FHN əməkdaşının SON DURUMU

Mağaza və evlərdən silsilə oğurluqlar edən şəxs SAXLANILDI

Mağaza və evlərdən silsilə oğurluqlar edən şəxs SAXLANILDI

Zelenski Rusiya hərbi-sənaye kompleksinə və “kölgə donanmasına” qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Rusiya hərbi-sənaye kompleksinə və “kölgə donanmasına” qarşı sanksiyalar TƏTBİQ ETDİ

İş başında ölən FHN əməkdaşının valideynləri DANIŞDI - VİDEO

İş başında ölən FHN əməkdaşının valideynləri DANIŞDI - VİDEO

"İnter" və "Mançester Yunayted" 1 milyardlıq futbolçunu istəyirlər

"İnter" və "Mançester Yunayted" 1 milyardlıq futbolçunu istəyirlər

Fuad Nəcəfli istintaqa CƏLB OLUNDU

Fuad Nəcəfli istintaqa CƏLB OLUNDU

Qaradağda FACİƏ: Xidməti vəzifəsini yerinə yetirən FHN əməkdaşı həlak oldu - VİDEO

Qaradağda FACİƏ: Xidməti vəzifəsini yerinə yetirən FHN əməkdaşı həlak oldu - VİDEO

Azərbaycanda təbiət hadisəsi BAŞ VERDİ

Azərbaycanda təbiət hadisəsi BAŞ VERDİ

Zakir Həsənov hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxladı - FOTO

Zakir Həsənov hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxladı - FOTO

Bakıda işlədiyi “moyka”dan maşın qaçıran şəxs SAXLANILDI

Bakıda işlədiyi “moyka”dan maşın qaçıran şəxs SAXLANILDI

Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı - FOTO

Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı - FOTO

Yankoviç “Qarabağ”dan ayrıla bilər

Yankoviç “Qarabağ”dan ayrıla bilər

Son yeddi ildə Azərbaycanda övladlığa verilən uşaqların sayı AÇIQLANDI

Son yeddi ildə Azərbaycanda övladlığa verilən uşaqların sayı AÇIQLANDI

Yalan danışmaq orucu pozur?

Yalan danışmaq orucu pozur?

Milyonlarla il əvvəl Antarktida altında görünməz qüvvə Yer iqlimini necə dəyişib?

Milyonlarla il əvvəl Antarktida altında görünməz qüvvə Yer iqlimini necə dəyişib?

Bu tarixlərdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bu tarixlərdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

UEFA “Qarabağ”ı CƏRİMƏLƏDİ

UEFA “Qarabağ”ı CƏRİMƏLƏDİ

Rusiyadan Ermənistana gözlənilməz TƏHDİD – Nə baş verir?

Rusiyadan Ermənistana gözlənilməz TƏHDİD – Nə baş verir?

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

ADY-dən kitabsevər sərnişinlərə ŞAD XƏBƏR! - FOTO

ADY-dən kitabsevər sərnişinlərə ŞAD XƏBƏR! - FOTO

Millimizin üzvü oynadı, komandası qələbə qazandı – VİDEO

Millimizin üzvü oynadı, komandası qələbə qazandı – VİDEO

Bakıda 29 yaşlı oğlan HOTELDƏ dünyasını dəyişdi

Bakıda 29 yaşlı oğlan HOTELDƏ dünyasını dəyişdi

End of content

No more pages to load

RADİO