Korotçenko: “Milyonlarla rus Azərbaycana hörmət edir, Ermənistanı isə...” – ÖZƏL 

Xəbər verdiyimiz kimi Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina edib.
Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan MDB-nin Bişkek sammitində də iştirak etməyiblər. Daha sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvada MDB həmkarları ilə görüşə getmədi.

“Bu qədər xəyanəti gözləmirdik”

Məsələ ilə bağlı Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko Bizim.Media-ya açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycanın suverenliyinə göz dikməyə cəhd edən hər hansı aqressor məhv ediləcək" - Korotçenko


O bildirib ki, Nikol Paşinyanın KTMT-nin Minskdə keçiriləcək sammitində iştirakdan imtina etməsi dostluqdan uzaq və bəlkə də düşmənçilik mövqeyidir:

“Bu rəsmi İrəvan tərəfindən atılmış xain bir addımdır. Biz onsuzda bilirdik ki, Ermənistan etibarlı partnyor deyil. Bu ölkənin son 5 ildəki rəhbərləri birbaşa Qərbin əlaltılarıdır. Amma bu qədər açıq və xain hərəkəti təsəvvür etmirdik. Yəqin ki, KTMT öz tarixində belə bir xainliklə heç zaman rastlaşmayıb. 

Nikol Paşinyan ilk gündən Rusiya ilə məsafəli davranırdı. Hər zaman çalışırdı ki, Rusiya ilə əlaqələr kəsilsin. Bu isə KTMT üzvü olan ölkənin götürdüyü öhdəliklərlə qətiyyən uzlaşmır. O hər zaman ölkəsinin xoşbəxtliyini Qərbin boyunduruğunda görüb. 

Bu günlərdə Ermənistan Fransadan böyük ölçüdə hərbi sursat alır...

Nəzərə alaq ki, bir müddət əvvəl Fransa ilə Ermənistan arasında hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı müqavilə imzalandı. Halbuki, Fransa istehsalı olan hərbi texnika Ermənistanda hazırda mövcud olan Rusiya hərbi avadanlıqlarına qətiyyən uyğun gəlmir. Bütün bu faktlar onu deməyə imkan verir ki, 2024-cü ildə Ermənistanı biz KTMT-də görməyəcəyik. Yəqin ki, bunun əvəzində Ermənistan Fransa və digər Qərb ölkələri ilə hərbi əməkdaşlıq etməyə çalışacaq”. 

Müsahibimiz bildirib ki, Rusiya üçün Cənubi Qafqazda ən etibarlı tərəfdaş Azərbaycandır:

“Ermənistanın bu cür ikiüzlü və xaincəsinə hərəkətləri bir daha göstərdi ki, Cənubi Qafqazda Rusiyanın ən etibarlı və ləyaqətli tərəfdaşı Azərbaycandır. Təsadüfi deyil ki, Rusiyanın siyasi ekspertlərində belə bir yekdil fikir formalaşıb ki, Azərbaycanın son illərdə yürütdüyü siyasət tamamilə doğrudur, məntiqə uyğundur. 

Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etməsi təkcə ədalətin bərqərar olması deyil, bu həm də beynəlxalq əhəmiyyətli bir hadisədir. Bu gün milyonlarla rus Azərbaycana böyük hörmət və ehtiram bəsləyir. Əvəzində isə Ermənistanı ikiüzlü, riyakar və Qərbin Cənubi Qafqazdakı maşası kimi görür”. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

“Bizə hörmətlə yanaşın”

“Bizə hörmətlə yanaşın”

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Nazirlər Kabinetindən VACİB QƏRAR

Nazirlər Kabinetindən VACİB QƏRAR

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

Amerikada lotoreyada pul udubmuş - Video

Amerikada lotoreyada pul udubmuş - Video

İşıq, su və qaza borcu olanların nəzərinə

İşıq, su və qaza borcu olanların nəzərinə

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

Ayın əks tərəfinin FOTOSU

Ayın əks tərəfinin FOTOSU

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

End of content

No more pages to load

RADİO