DTX-də ATƏT PA prezidenti ilə GÖRÜŞ KEÇİRİLDİ – FOTO  

ATƏT PA-nın prezidenti ilə DTX-də görüş keçirilib. 

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, oktyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Qarabağda aparılmış hərbi əməliyyatlardan sonra Cənubi Qafqaz regionunda hökm sürən hazırkı durum, Qarabağ ərazisində insanların təhlükəsiz şəkildə yaşamasının təmin edilməsi, həmin bölgənin yüksək həddə minalarla çirkləndirilməsinin doğurduğu fəsadlar və münaqişə nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş şəxslərin taleyinin qeyri-müəyyənliyi əsas müzakirə mövzusu olub. 
Komissiya sədri Əli Nağıyev hazırda dövlətimizin işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı yenidənqurma işlərini apardığını, lakin sözügedən ərazilərin əhəmiyyətli hissəsinin Ermənistan tərəfindən minalanmasının və dəfələrlə danışıqların mövzusu olmasına baxmayaraq, Azərbaycan tərəfinə mina xəritələrinin verilməməsinin və ya minaların yerlərinin qeyri-dəqiq təqdim olunmasının bərpa-quruculuq prosesinin sürətlə reallaşdırılmasına ciddi maneə törətdiyini qeyd etmişdir.

Mina terroru qurbanlarının hər ötən gün daha da artdığı nəzərə alınaraq digər beynəlxalq təşkilatlarla yanaşı, ATƏT-in də Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməsinin zəruriliyi vurğulanıb. 

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz və etnik təmizləmə siyasəti nəticəsində 4000-ə yaxın vətəndaşımızın itkin düşməsi məsələsinə toxunan Əli Nağıyev bildirib ki, torpaqlarımızın işğaldan azad olunması onların axtarışını asanlaşdırsa da, lakin bununla belə xeyli sayda soydaşımızın taleyinə aydınlıq gətirmək hələ də mümkün olmayıb.

Ermənistan bu istiqamətdə də qeyri-konstruktivlik nümayiş etdirərək azərbaycanlıların kütləvi basdırıldığı məzarlıqların yerlərinin tapılması sahəsində əməkdaşlıq etməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. 

Dövlət Komissiyasının sədri Əli Nağıyev bütün bunlara baxmayaraq, Azərbaycanın bölgədə davamlı sülhün və sabitliyin bərqərar olması üçün səylərini əsirgəmədiyini, daima qonşuluq və dinc yanaşı yaşama prinsiplərini üstün tutaraq Qarabağda yaşayan erməni əsilli şəxslərin təhlükəsizliyinə hərtərəfli təminat və zəmanət verdiyini, Ermənistanla münasibətlərin normallaşdırılmasının və sülh müqaviləsinin imzalanmasının vacib olduğunu deyib. 

Söhbət zamanı regionda dayanıqlı sülhün yaranmasına əlverişli imkanın mövcud olduğu bir vaxtda bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırmasının qəbuledilməzliyi, belə halların yenidən müharibənın alovlanmasına səbəb olacağı qonağın diqqətinə çatdırılıb. 

ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kauma isə öz növbəsində təmsil etdiyi təşkilatın Azərbaycanla Ermənistan arasında etimad quruculuğu prosesinə lazımi dəstək verə biləcəyini və bölgənin gələcək təhlükəsizliyi ilə bağlı öz mövqeyini bildirib. 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

“Bizə hörmətlə yanaşın”

“Bizə hörmətlə yanaşın”

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Nazirlər Kabinetindən VACİB QƏRAR

Nazirlər Kabinetindən VACİB QƏRAR

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

Amerikada lotoreyada pul udubmuş - Video

Amerikada lotoreyada pul udubmuş - Video

İşıq, su və qaza borcu olanların nəzərinə

İşıq, su və qaza borcu olanların nəzərinə

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

Ayın əks tərəfinin FOTOSU

Ayın əks tərəfinin FOTOSU

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

End of content

No more pages to load

RADİO