Zəngəzurda toqquşan MARAQLAR – İran-Rusiya gərginliyi BÖYÜYÜR

İranlı politooq Puya Hüseyni bildirib ki, İran Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini istəmir.

O, dəhlizə nəzarət məsələsinə yanaşmada Tehranla Moskva arasında fikir ayrılığının olduğunu iddia edib:

“İran üçüncü ölkələrin bu yollara nəzarət etməsini qəbul etmir. Bu yola yalnız Ermənistan nəzarət etməlidir. Üçüncü ölkənin həmin yola nəzarət etməsi İran üçün qəbuledilməzdir. Burada İran və Rusiyanın maraqları toqquşur”. 
 

MÖVZU İLƏ BAĞLI:

Milyardlar qazandıracaq LAYİHƏ – Azərbaycan İran və Rusiyanı birləşdirən MƏRKƏZƏ ÇEVRİLİR


Görünən odur ki, son zamanlar İranla Rusiya arasında müəyyən məsələlərdə bir sıra fikir ayrılıqları üzə çıxır. Onlardan biri də Zəngəzur dəhlizi məsələsidir ki, 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatına əsasən həmin dəhlizin Ermənistan hissəsindən keçən yola nəzarəti Rusiya həyata keçirməlidir.

Lakin Paşinyan hökuməti bəyan edib ki, bu yola nəzarəti Ermənistan özü həyata keçirməlidir. Bu fonda Tehran isə Zəngəzur dəhlizinin açılmasında maraqlı olmadığını ortaya qoyub. Onlar bu dəhlizə özlərinin “qırmızı xətti” kimi baxırlar. 

İran Rusiya münasibətləri gərginləşir?

Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Ermənistan məsələsində İranla Rusiya arasında kəskinləşən ziddiyyətlər daha da dərinləşəcək:  

“Tehranla Moskva beynəlxalq münasibətlər sistemində guya birgə, ortaq addımlar atmış kimi görünsələr də, əslində bu iki ölkənin siyasi cəhətdən bir-birini həzm edə bilmədikləri mövzular da mövcuddur. Bu gün İranla Rusiyanın geopolitik baxımından əslində bir-birinə rəqib olduğunu söyləyə bilərik. 

Nəzərə alaq ki, nə İran, nə də Rusiya başqa bir ölkənin regionda geopolitik baxımından güc halına gəlməsini həzm edə bilmir. Ona görə də İranla Rusiya arasında rəqabətin dərin siyasi, tarixi və ictimai kökləri var. Məsələyə də mütləq bu kontekstdən yanaşmaq lazımdır”. 

Həmsöhbətimiz qeyd edir ki, İran Zəngəzur dəhlizinə qarşı çıxmaqla türk dünyası arasındakı baryeri qorumağa çalışır:

“İran hesab edir ki, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların və birbaşa əlaqələrin açılması türk dünyası logistik və tranzit baxımından bağlanmaqla yanaşı, həm də siyasi mənada daha da birləşməsi və güclü olmasına gətirib çıxarır. Bu isə Güney Azərbaycan qorxusu yaşayan İranın narahatlığına səbəb olur. Bu baxımdan Zəngəzur dəhlizinə Rusiya FTX-nin nəzarətini İran qəbuledilməz hesab edir. 

Faktiki olaraq görürük ki, İranla Rusiya arasında maraqlar toqquşması artıq açıq müstəviyə keçib. Özəlliklə Ermənistan ərazisində İranın təhlükəli planları Moskvanın da xoşuna gəlmir. Ermənistan mövzusunda bu iki ölkə arasında kəskinləşən və konfrantasiya halına gələn ziddiyyətlər daha da dərinləşəcək”.  

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

“Bizə hörmətlə yanaşın”

“Bizə hörmətlə yanaşın”

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Nazirlər Kabinetindən VACİB QƏRAR

Nazirlər Kabinetindən VACİB QƏRAR

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

Amerikada lotoreyada pul udubmuş - Video

Amerikada lotoreyada pul udubmuş - Video

İşıq, su və qaza borcu olanların nəzərinə

İşıq, su və qaza borcu olanların nəzərinə

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

Ayın əks tərəfinin FOTOSU

Ayın əks tərəfinin FOTOSU

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

End of content

No more pages to load

RADİO