Atatürkün anım mərasimi Azərbaycanda QEYD edilib

Azərbaycanən bir çox şəhərlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümü anılıb.

Bizim.Media xəbər verir ki, Atatürkün anım günü Bakıda onun xatirsinə ucaldılan abidənin önünda baş tutub. Anım mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, səfirliyin əməkdaşları, qardaş ölkənin dövlət qurumlarının nümayəndələri və tələbələr iştirak ediblər.

Tədbirdə Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclik və ətraf mühit naziri Fikri Ataoğlu da iştirak edib.

C.Bağcı çıxışında Atatürkün işğala, zülmə boyun əyməyərək böyük türk millətini milli istiqlal və azadlıq mübarizəsi ruhunda birləşdirdiyini, Anadolunun azad edilməsinə rəhbərlik etdiyini deyib. Türklərin düşmən işğalına son qoymasından və cümhuriyyətin qurulmasında türk xalqının göstərdiyi şücaətdən bəhs edib.

Atatürkün müstəqil yaşamaq iradəsinin məzlum xalqların azadlıq və istiqlal mübarizələrinə nümunə olduğunu bildirən səfir əlavə edib ki, Qazi Mustafa Kamal Atatürk ülvi hissləri ilə millətinə bağlı, istiqlal, müdafiə və sevgini hər şeydən üstün tutan bənzərsiz bir dövlət xadimidir:

“Atatürkün ən böyük əsəri olaraq xarakterizə etdiyi cümhuriyyətin 100-cü ildönümünü qeyd etməkdən qürur duyuruq. Bu gün Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında hörmətli, problemləri həll edən, regional və qlobal səviyyədə qlobal ədalətsizliklərə qarşı ədalətin müdafiəçisi olan güclü dövlətdir”.

Şimali Kipr Baş nazirinin müavini Fikri Ataoğlu jurnalistlərə açıqlamasında bildirib ki, bu yaxınlarda Mustafa Kamal Atatürkün qurduğu cümhuriyyətin 100-cü ildönümü qeyd edilib:

“Cümhuriyyəti daim yaşatmaq türk milləti olaraq borcumuzdur. Atatürkün vəfatının 85-ci ildönümünün Azərbaycanda anılması bütün türk millətinin Atatürkə sədaqətinin göstəricisidir. Atatürkü rəhmət və minnətlə yad edirəm".

Eyni zamanda Türkiyənin Azərbaycandakı səfirliyində azərbaycanlı rəssam Ramil Əhmədovun Atatürklə bağlı rəsm sərgisi və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş fotosərgi də keçirilib.

Naxşıvanda da Qazi Mustafa Kamal Atatürkü anım mərasimi keçirilib. Bu məqsədlə Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub.

Anım mərasimində əvvəlcə böyük türk xalqının xilaskarı Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya abidə önünə gül çələngi qoyub.

Tədbirdə dövlət nümayəndələri, türkiyəli iş adamları və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.

Anım tədbiri Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam etdirilib.

Türkiyənin Gəncədəki Baş Konsulluğunda Mustafa Kamal Atatürkün anım mərasimi keçirilib. Konsulluğun inzibati binasında baş tutan tədbirdə diplomatik nümayəndəliyin əməkdaşları ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, rəsmilər, ziyalılar, türkiyəli tələbələr iştirak ediblər.

Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop çıxışında Mustafa Kamal Atatürkün Türk xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edib.

Mustafa Kamal Atatürklə bağlı videoçarx nümayiş olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:Aprelin 7-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Aprelin 7-də baş vermiş tarixi hadisələr

Sən demə, təyyarədəki bahalı oturacaqların səbəbi bu imiş

Sən demə, təyyarədəki bahalı oturacaqların səbəbi bu imiş

İranda müharibəyə görə dəyən ziyanın hesablanmasına BAŞLANILDI

İranda müharibəyə görə dəyən ziyanın hesablanmasına BAŞLANILDI

"Bu xanımlarla bağlı nazirliyə müraciət edəcəyəm" - Fotolar

"Bu xanımlarla bağlı nazirliyə müraciət edəcəyəm" - Fotolar

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

“Bizə hörmətlə yanaşın”

“Bizə hörmətlə yanaşın”

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Nazirlər Kabinetindən VACİB QƏRAR

Nazirlər Kabinetindən VACİB QƏRAR

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

Amerikada lotoreyada pul udubmuş - Video

Amerikada lotoreyada pul udubmuş - Video

İşıq, su və qaza borcu olanların nəzərinə

İşıq, su və qaza borcu olanların nəzərinə

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

End of content

No more pages to load

RADİO