Sabir Rüstəmxanlı: “Ölkə başçıları türk birliyini yaratmaq istəsə, buna heç kim mane ola bilməz”

“Türk dünyası dövlətlərinin birliyinin yaradılması türk aləminin bütün ziyalı, mütəfəkkir və türkün tarixini bilib gələcəyini düşünən insanların arzusudur. Türk dövlətlərinin siyasətçiləri əsrlərdir ki, bunun yollarını axtarırlar.

Dünyada belə birliklərin modelləri var. Hökmən deyil ki, türkdilli ölkələrin hamısı bir dövlətdə birləşsin. Yaxud Turan adlı bir imperatorluq yaransın. Söhbət ondan getmir”.

Bunu Bizim.Media ilə dialoq zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin “Türk Şurası birləşmiş türk dünyası dövlətlərini yaratmağı hədəfləyir" sözlərinə rəy bildirən millət vəkili Sabir Rüstəmxanlı səsləndirdi.

 

MÖVZU İLƏ BAĞLI:

"Türk Şurası yeni birlik yaradır" - Bağdad Amreyev


Vətəndaş Həmrəyliyi Partiyasının liderinin fikrincə, burada söhbət qohum xalqların, eyni dildə danışan türklərin sahib olduğu müstəqil dövlətlərin birliyindən gedir:

“Avropa Birliyinə bənzər ittifaqın yaradılması ilə bir çox proseslər asanlaşacaq. Bu, yeni bir fikir deyil. Sözügedən birlik illər uzunu deyilən, hamımızın dəfələrlə yazdığımız, mediada yollarını açıqladığımız məqsəddir. Bu plan türkdilli dövlətlərin liderlərinin iradəsinə bağlıdır. Hər bir ölkə başçısı bu tip birliyin yaradılmasını arzulasa, heç kim buna mane ola bilməz”.

Türk dünyası dövlətlərinin birliyi yaradılsa, Avropa İttifaqı, MDB və s. birliklərin nüfuz dairəsi zəifləyə bilərmi? Çünki yeni birlik istər, istəməz bütün diqqəti özünə çəkəcək....

“Yox. Belə düşüncə, bu məqsədlə heç bir şey etmək lazım deyil. Ehtiyac da yoxdur. Çünki belə mövqe ilə özünə dərhal düşmən qazanmnış olursan".

"Özünü inkişaf etdirmək yox, başqasını gücdən salmaq niyyəti problemlər yaradır". 

"Əksinə, biz dünya düzənini nizamlamaq, sülh və əmin-amanlıq gətirmək üçün türk dövlətlərinin birliyini arzulamalıyıq. Dünyada qloballaşmadan danışılır. Kürəsəlləşmə müxtəlif dövlətlərin yaxınlaşması, savaş və konfliktlərin qarşısının alınmasıdır".

Türk Birliyi də Avrasiya məkanında sülhü möhkəmləndirə, dünyanın inkişafına təkan verə bilər. Məsələyə bu cür baxmalıyıq”,- deyə Sabir Rüstəmxanlı fikirini tamamladı. 

Anar Rəhimiov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Azərbaycanda Ramazan ayı BAŞLADI

Azərbaycanda Ramazan ayı BAŞLADI

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Nyukasl”dan ard-arda qollar - VİDEO

“Nyukasl”dan ard-arda qollar - VİDEO

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

"Qarabağ" "Nyukasl" matçında ikinci qol vuruldu - VİDEO/YENİLƏNİB

"Qarabağ" "Nyukasl" matçında ikinci qol vuruldu - VİDEO/YENİLƏNİB

Ucarda güclü yanğın 11 kəndi qazsız qoydu

Ucarda güclü yanğın 11 kəndi qazsız qoydu

Nazənin həyat yoldaşından xəbərsiz qurduğu biznesdə 120 min İTİRDİ - VİDEO

Nazənin həyat yoldaşından xəbərsiz qurduğu biznesdə 120 min İTİRDİ - VİDEO

TARİXİ MATÇ başladı: “Qarabağ” “Nyukasl”a qarşı - VİDEO

TARİXİ MATÇ başladı: “Qarabağ” “Nyukasl”a qarşı - VİDEO

End of content

No more pages to load

RADİO