İrəvan ATƏT büdcəsini bloklamaqla nəyə nail olmaq istəyir? – Tahir Mirkişilidən CAVAB

Bizim.Media məsələ ilə bağlı ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Tahir Mirkişili ilə əlaqə saxladı. Deputat bildirdi ki, Ermənistanın parlament üzvləri hər zaman Assambleyada konstruktiv olmayan mövqedən və başqasının diktəsi ilə çıxış ediblər:

“Ona görə də onların bütün çıxışları, təklifləri və layihələri əksər hallarda qəbul olunmayıb. ATƏT PA-da qəbul olunan qərarlarda Azərbaycanın mövqeyi hər zaman daha üstün olub. Bu səbəbdən də qəbul olunan sənədlərin mütləq əksəriyyəti Azərbaycanın xeyirinə olub. Buna baxmayaraq ATƏT həmişə münaqişənin həllində fəaliyyətsizliyi ilə seçilib. 

 

MÖVZU İLƏ BAĞLI:

“Human Rights Watch”, Avropa Şurası və ATƏT-in erməni dərdi – Və ya Azərbaycanın YENİ REALLIQLARI... 


İndiki halda Ermənistan məğlub dövlət kimi istənilən vasitədən istifadə edərək diqqəti özünə çəkməyə çalışır. ATƏT büdcəsinin bloklanmnası Ermənistanın daxili problemlərin beynəlxalq miqyasda qabardılması və diqqəti yayındırmaq məqsədi daşıyır.

Ona görə də onların bu addımları heç vaxt qəbul olunmur. Ermənistanın regionda və ATƏT-də heç bir nüfuzu yoxdur. Nüfuzu olmayan dövlətin ATƏT kimi təşkilatın büdcəsini əngəlləməyə çalışması gülüncdür”.

Sizə elə gəlmir ki, ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin İrəvan səfərindən sonra Ermənistanın belə bir addım atması çox sual doğurur?

“Ona görə sual doğurur ki, bu gün Ermənistanda ciddi bir hakimiyyət boşluğu var. Yəni xarici və daxili siyasətlə bağlı İrəvanda verilən qərarların uzlaşdırılması, koordinasiya edilməsi şübhə doğurur.
 

Çünki Ermənistanın atdığı addımlar məntiqsizdir. Xarici qüvvələrin diktəsi ilə İrəvanın verdiyi qərarlar isə Ermənistanın müstəqil dövlət olmadığını bir daha göstərir. İrəvanın Azərbaycan ilə bağlı verdiyi bəyanatlar da ziddiyyətlidir.


Ermənistanda dövlət strukturlarına da güvənin olmadığı şəraitdə bir-birini təkzib edən çıxışlar və məntiqsiz addımların atılması müşahidə olunur. 

Amma həm biz, həm də beynəlxalq təşkilatlar İrəvanın belə çıxışlarını ciddi qəbul etmirik”,- deyə millət vəkili Tahir Mirkişili məsələyə münasibət bildirdi.

Sonda xatırladaq ki, Ukraynadakı Xüsusi Monitorinq Missiyası ATƏT üçün əhəmiyyətlidir və həmin missiyanın büdcəsi 100 milyon avrodur. Mandatı 31 martda başa çatdığına görə uzadılması haqqında qərar qəbul olunmalıdır. Yoxsa missiyanın fəaliyyəti avtomatik olaraq sona çata bilər.  

Rəsmi İrəvanın ATƏT-dəki bu cür destruktiv davranışı yalnız onun Kiyevə qarşı düşmən münasibətini nümayiş etdirmir, bu həm də bütün təşkilatın fəaliyyətini iflic etmək cəhdidir.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Azərbaycanda Ramazan ayı BAŞLADI

Azərbaycanda Ramazan ayı BAŞLADI

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Nyukasl”dan ard-arda qollar - VİDEO

“Nyukasl”dan ard-arda qollar - VİDEO

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

"Qarabağ" "Nyukasl" matçında ikinci qol vuruldu - VİDEO/YENİLƏNİB

"Qarabağ" "Nyukasl" matçında ikinci qol vuruldu - VİDEO/YENİLƏNİB

Ucarda güclü yanğın 11 kəndi qazsız qoydu

Ucarda güclü yanğın 11 kəndi qazsız qoydu

Nazənin həyat yoldaşından xəbərsiz qurduğu biznesdə 120 min İTİRDİ - VİDEO

Nazənin həyat yoldaşından xəbərsiz qurduğu biznesdə 120 min İTİRDİ - VİDEO

TARİXİ MATÇ başladı: “Qarabağ” “Nyukasl”a qarşı - VİDEO

TARİXİ MATÇ başladı: “Qarabağ” “Nyukasl”a qarşı - VİDEO

End of content

No more pages to load

RADİO