Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Buxarestdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Bizim.Media xəbər verir ki, bu barədə C. Bayramov rəsmi "X" hesabında məlumat verib.
“Müdrik siyasəti ilə Azərbaycan-Rumıniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına səbəb olan Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil qoydum”, - deyə paylaşımda qeyd edilib.




Bizim.Media