AMEA-nın idarə olunması və strukturu açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla təsdiq edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində əks olunub. Nizamnaməyə əsasən, qurumun ali idarəetmə orqanı Akademiyanın Ümumi Yığıncağıdır. Akademiyanın kollegial icra orqanı Rəyasət Heyətidir.
Akademiyanın fəaliyyətinə Akademiyanın prezidenti rəhbərlik edir.
Akademiyanın strukturunu və işçilərinin say həddini Akademiyanın təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
Bizim.Media