Partiyalar hazırlıqlara START VERDİ – Qurultaylar nə vaxt KEÇİRİLƏCƏK?

Partiyalar hazırlıqlara START VERDİ – Qurultaylar nə vaxt KEÇİRİLƏCƏK?
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Partiyalar haqqında yeni qanuna müvafiq olaraq siyasi təşkilatların yenidən qeydiyyatı başa çatandan sonra, artıq onların qarşısında duran növbəti vəzifə partiya qurultayını keçirməkdir. Yeni qanuna müvafiq olaraq onlar qeydiyyatdan sonra 3 ay müddətində qurultay keçirməlidirlər.

Görəsən, bu istiqamətdə partiyalarda vəziyyət nə yerdədir? 

Partiyaların qurultay keçirmək fikri varmı?


AXP sədri Pənah Hüseyn bildirir ki, noyabrda partiyanın qurultayı olacaq: 

“26 noyabrda partiyanın qurultayı olacaq. Partiyanın məramnamə və nizamnaməsi yeni qanunun tələblərinə uyğunlaşdırılmalıdır. Gündəlikdə duran məsələ də ondan ibarətdir”. 

Gələn həftədən başlayaraq...

AMİP sədri Arzuxan Əlizadə isə bildirir ki, gələn həftə partiya qurultayının tarixi dəqiqləşdiriləcək:

“Yeni qanuna müvafiq olaraq 3 ay müddətində partiyanın qurultayını keçirməliyik. Çünki qanuna müvafiq olaraq nizamnamədə bir sıra struktur dəyişiklikləri edilməlidir. Əvvəlki qanuna müvafiq olaraq qurultayda partiyanın qurultaylararası dövrdə əsas ali orqanı olan Mərkəzi Şurası seçilirdi. Mərkəzi Şuranın iclasında isə Siyasi Şura seçilirdi. İndi isə hər iki struktur birbaşa qurultaydan seçiləcək. Ona görə də yaxın bir ay ərzində partiyanın qurultayı keçiriləcək. Qurultayın tarixini növbəti həftə olacaq Siyasi Şura iclasında dəqiqləşdirəcəyik”.  

ÜMİD artıq qurultay keçirib

ÜMİD Partiyası sədrinin müavini Taleh Əliyev bildirir ki, yeni qanuna müvafiq olaraq artıq partiyanın qurultayını keçiriblər:

“Yeni qanunun tələblərinə uyğun olaraq iyulun 17-də qurultay keçirdik. Burada yeni nizamnamə qəbul olundu. Yeni proqramın qəbulu partiyanın İdarə Heyətinə həvalə edildi. Həmin sənəd də İH tərəfindən qəbul olunaraq, Ədliyyə Nazirliyinə təqdim edilib. Onların rəsmi cavabını gözləyirik”.

Yeni Zaman qurultaya hazırlaşır

Yeni Zaman Partiyasının sədri Musa Ağayev deyir ki, qurultayın keçirilməsi istiqamətində hazırlıq işləri görürlər:

“Qurultaya hazırlaşırıq. Çalışacağıq ki, vaxt imkan versə, bu ilin sonuna və yaxud gələn ilin yanvarına qədər qurultayı keçirək. İşlərimiz bu istiqamətdə gedir”.  

MDHP də noyabrı gözləyir...

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd edir ki, noyabr ayı ərzində qurultaylarını keçirəcəklər:

“Partiyalar haqqında yeni qanuna uyğun olaraq nizamnamə dəyişiklikləri olmalıdır. Bunun üçün də qurultay zərurətdir. Hələlik keçirməmişik, amma nizamnamə və proqramı sahmana salmışıq. Bütün rayon şöbələri artıq nümayəndələri seçib. Sadəcə olaraq vaxtı təyin edib, qurultayı keçirməyimiz qalır. Üzümüzə gələn ay ərzində yəqin ki, qurultay baş tutacaq”. 

Müsavatın qurultayının vaxtı bəlli deyil?

Müsavat Partiyası başqanının müavini Razim Əmiraslanlı bildirir ki, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradıblar:

“Müsavat Partiyası nizamnaməyə uyğun fəaliyyət göstərir. Nizamnaməyə uyğun olaraq da artıq qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. TK-nın bir sıra iclasları keçirilib. Rayon təşkilatlarına da tapşırıqlar verilib. Rayon təşkilatlarında ümumi yığıncaqların keçirilməsini təşkil edəcəyik ki, qurultaya nümayəndələr seçsinlər. Ehtimal ki, bu prosedurlar başa çatandan sonra qurultayın keçirilmə günü ilə bağlı qərar veriləcək”.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Binalarda elektrik sobalarına keçid tələbi nədir? - Rəsmi

Binalarda elektrik sobalarına keçid tələbi nədir? - Rəsmi

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Banan bahalaşır – Qiymətlər son 10 ilin rekordunu qıra bilər

Banan bahalaşır – Qiymətlər son 10 ilin rekordunu qıra bilər

Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır

Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlətdi – Oğurlanıb gəlin paltarı GEYİNDİRİLDİ

“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlətdi – Oğurlanıb gəlin paltarı GEYİNDİRİLDİ

Avro bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı – YENİ MƏZƏNNƏ

Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü - TƏFƏRRÜAT

Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü - TƏFƏRRÜAT

Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir - FOTO

Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir - FOTO

Bakının bu ərazilərində qaz olmayacaq

Bakının bu ərazilərində qaz olmayacaq

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi – FOTO

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi – FOTO

Abşeronda kişi borc aldığı arvadını bıçaqladı

Abşeronda kişi borc aldığı arvadını bıçaqladı

18-ci mərtəbədən yıxılsa da, SAĞ QALDI

18-ci mərtəbədən yıxılsa da, SAĞ QALDI

“ChatGPT” tibbi tövsiyə verdi, qadın vəfat etdi - Şirkət məhkəməyə VERİLDİ

“ChatGPT” tibbi tövsiyə verdi, qadın vəfat etdi - Şirkət məhkəməyə VERİLDİ

Pensiyalar nə qədər artırılacaq?

Pensiyalar nə qədər artırılacaq?

Dünyaya ata olmaq üçün gələn 3 bürc

Dünyaya ata olmaq üçün gələn 3 bürc

Kredit verilməsi ilə bağlı tələblər dəyişir: Nələri bilmək lazımdır? – Video

Kredit verilməsi ilə bağlı tələblər dəyişir: Nələri bilmək lazımdır? – Video

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi

Tramp Hörmüz boğazına da öz adını verir

Tramp Hörmüz boğazına da öz adını verir

ABŞ-da nüvə kompleksində YANĞIN – İkinci “Çernobıl” faciəsi baş verəcək?

ABŞ-da nüvə kompleksində YANĞIN – İkinci “Çernobıl” faciəsi baş verəcək?

Cərrah xəstəni özündən 55 kilometr məsafədə əməliyyat etdi

Cərrah xəstəni özündən 55 kilometr məsafədə əməliyyat etdi

Yağıntılı hava davam edəcək?

Yağıntılı hava davam edəcək?

Hansı mallar satışdan geri çağırılıb, məhv ediləcək? – Yeni qanunun DETALLARI

Hansı mallar satışdan geri çağırılıb, məhv ediləcək? – Yeni qanunun DETALLARI

Seçkidə məğlub olsa da, özünü prezident ELAN ETDİ

Seçkidə məğlub olsa da, özünü prezident ELAN ETDİ

End of content

No more pages to load

RADİO