Ermənistan Respublikasının ədliyyə naziri Rüstəm Badasyan Azərbaycanın Xankəndi şəhərinə gəlib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.
Mənbə yazır ki, nazir Qarabağda qondarma rejimin “başçısı” Arayik Arutyunyanla görüşüb.
Rəsmi Bakı dəfələrlə açıqlayıb ki, Azərbaycanın icazəsi olmadan Ermənistanın heç bir səlahiyyətlisi Qarabağa gələ bilməz.
Görünür, rus sülhməramlıları yenə də naziri adi vətəndaşdan ayıra bilməyib.
Bizim.Media