İran Prezidenti İbrahim Rəisi Tehranda səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Ceyhun Bayramov "3+3" formatı çərçivəsində xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Tehranda səfərdədir. İclasda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran, Ermənistan xarici işlər nazirləri Hakan Fidan, Sergey Lavrov, Hüseyn Əmir Abdullahiyan və Ararat Mirzoyan iştirak edir.
Bizim.Media