Prezident 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının AÇILIŞINDA – FOTO  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışında iştirak edib. 

Bizim.Media xəbər verir ki, səhiyyə naziri Teymur Musayev dövlət başçısına xəstəxanada yaradılan şərait barədə məlumat verib. 

Bildirilib ki, 150 çarpayılıq xəstəxananın bina və qurğuları 6,1 hektar sahədə inşa edilib, tikililərin ümumi sahəsi 18 min 288,4 kvadratmetrdir. 
Qeyd edildi ki, səhiyyə ocağının tikinti işlərinə 2019-cu ildə başlanılıb və 2022-ci ildə başa çatdırılıb. 

Xəstəxana poliklinika, təcili tibbi yardım, 30 çarpayılıq terapiya, 30 çarpayılıq cərrahiyyə, şüa diaqnostika, hemodializ, oftolmologiya, endokrinoloji terapiya, endokrinoloji cərrahiyyə, nevrologiya, 10 çarpayılıq əməliyyat bloku, reanimasiya və sair şöbələrdən, həmçinin laboratoriyadan, digər tikili və qurğulardan ibarətdir. 

Müalicə ocağı müasir tələblərə cavab verən və böyük vəsait tələb edən tibbi avadanlıqlar – çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal teleskopik rentgen cihazı, rəqəmsal DR rentgen qurğusu, oftalmoloji müayinə üçün mikroskop, oftalmoloji cərrahi əməliyyatlar üçün PHACO AMO cihazı və iki ədəd rəqəmsal stasionar ultrasəs müayinə cihazı ilə təchiz olunub. Xəstəxananın həyəti abadlaşdırılıb, yaşıllıq sahələri salınıb. 

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə son illər Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb.
Bu sahədə aparılan davamlı islahatlar, həyata keçirilən layihələr sayəsində ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti və əhatə dairəsi yüksəlib. Görülən işlər əhalinin sağlamlığının qorunmasına, onların hərtərəfli tibbi xidmətlərlə əhatə olunmasına imkan verir ki, bu da vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır. 


























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıya yenə ardıcıl yağışlar yağacaq - Bu tarixlərdə

Bakıya yenə ardıcıl yağışlar yağacaq - Bu tarixlərdə

DİQQƏT! Sabah Bakının 3 rayonunda qaz kəsiləcək

DİQQƏT! Sabah Bakının 3 rayonunda qaz kəsiləcək

Unutqanlıq beyinin verdiyi önəmli siqnaldırmı?

Unutqanlıq beyinin verdiyi önəmli siqnaldırmı?

İran tərəfdən danışıqlar masasında onlar əyləşəcək – ADLAR

İran tərəfdən danışıqlar masasında onlar əyləşəcək – ADLAR

Hövsanda 1.5 kilometrlik yolda 25 “dinozavr yuvası...” - Video-Yenilənib

Hövsanda 1.5 kilometrlik yolda 25 “dinozavr yuvası...” - Video-Yenilənib

Litvanın Baş naziri Milli Xalça Muzeyində - FOTO

Litvanın Baş naziri Milli Xalça Muzeyində - FOTO

Tanınmış ifaçı Opera Teatrını məhkəməyə verir

Tanınmış ifaçı Opera Teatrını məhkəməyə verir

Pentaqon Roma Papasını HƏDƏLƏDİ

Pentaqon Roma Papasını HƏDƏLƏDİ

Aslan Sultani: “ABŞ və İran rəsmiləri arasında görüş ləğv oluna bilər” – ÖZƏL

Aslan Sultani: “ABŞ və İran rəsmiləri arasında görüş ləğv oluna bilər” – ÖZƏL

Moskva prospektində qanunsuz parklanma tıxac yaradır – VİDEO

Moskva prospektində qanunsuz parklanma tıxac yaradır – VİDEO

Bu gün Fars körfəzi ölkələrinə hücum etməyiblər

Bu gün Fars körfəzi ölkələrinə hücum etməyiblər

Xəmirin mayalanmasını sürətləndirən kiçik amma effektiv hiylə

Xəmirin mayalanmasını sürətləndirən kiçik amma effektiv hiylə

Naxçıvan sakinlərinə MÜJDƏ – FOTO

Naxçıvan sakinlərinə MÜJDƏ – FOTO

Tovuzda bir ailənin üç uşağı dilənçiliyə məcbur edilirmiş - ŞOK FAKTLAR

Tovuzda bir ailənin üç uşağı dilənçiliyə məcbur edilirmiş - ŞOK FAKTLAR

Apreldə 3 BÜRC rahat nəfəs alacaq - Çətinliklər geridə qalır

Apreldə 3 BÜRC rahat nəfəs alacaq - Çətinliklər geridə qalır

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Cəlil Əhmədov departamentə müdir təyin edildi

Cəlil Əhmədov departamentə müdir təyin edildi

Dövlət qurumları bir tətbiqdə cəmlənir – Yüklənməyə davam gətirəcəklərmi?

Dövlət qurumları bir tətbiqdə cəmlənir – Yüklənməyə davam gətirəcəklərmi?

Nazilə tıxacda DAVA ETDİ: “Özünü kimə göstərirsən?” - VİDEO

Nazilə tıxacda DAVA ETDİ: “Özünü kimə göstərirsən?” - VİDEO

Azərbaycandan yüzlərlə şəxs deportasiya edildi

Azərbaycandan yüzlərlə şəxs deportasiya edildi

Tramp yenidən NATO-nu HƏDƏF ALDI – “Təzyiq göstərməyəndə, başa düşmürlər” – FOTO

Tramp yenidən NATO-nu HƏDƏF ALDI – “Təzyiq göstərməyəndə, başa düşmürlər” – FOTO

Sabiq azərbaycanlı deputat Sankt-Peterburqda bu mehmanxana kompleksini aldı

Sabiq azərbaycanlı deputat Sankt-Peterburqda bu mehmanxana kompleksini aldı

Xəstə aptekə silahlı hücum etdi, pulsuz dərman almaq istədi - Cinayətin TƏFƏRRÜATI

Xəstə aptekə silahlı hücum etdi, pulsuz dərman almaq istədi - Cinayətin TƏFƏRRÜATI

Pezeşkian: “Biz hələ də əlimizi tətiyin üstündə saxlayırıq”

Pezeşkian: “Biz hələ də əlimizi tətiyin üstündə saxlayırıq”

End of content

No more pages to load

RADİO