Prezident Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub - FOTO 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. 

Bizim.Media xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlət başçısına stadionda görülən işlər barədə məlumat verib. 

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 noyabr tarixli Sərəncamına əsasən 2020-ci ildə başlanılıb. Tikinti işləri mərhələli şəkildə icra edilməklə 2022-ci ildə başa çatdırılıb. 

Tamaşaçı tutumu 9502 nəfər olan stadionun ərazisi 6,8 hektardır. İyirmi iki sektordan ibarət stadionda 545 nəfərlik VİP və KİV tribunası da yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb. 

Bildirilib ki, tikilialtı sahədə cüdo, boks və karate zalları fəaliyyət göstərəcək. Burada, eyni zamanda, 2 trenajor otağı, 40 nəfərlik konfrans zalı, inzibati otaqlar, jurnalistlər, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar var. 
Son illər ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək göstəricilər əldə edir, üçrəngli Bayrağımızı ucaldırlar.

Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın inkişafının və onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti uğurla davam etdirilir.

Bu diqqət və qayğı həm də yeni nəslin sağlam ruhda böyüməsinə, gənclərin idmana marağının artırılmasına yönəlib ki, belə idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin həyata keçirilməsində mühüm rol oynayır. 






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəkli müzakirə yaratdı - Foto

Bu şəkli müzakirə yaratdı - Foto

BİZİM TƏQVİM:28 yanvar tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM:28 yanvar tarixində baş vermiş mühüm hadisələr

Baş məşqçi gənc hakimdən ÜZR İSTƏDİ

Baş məşqçi gənc hakimdən ÜZR İSTƏDİ

Abşeronda keçmiş məhkum dostunun evində öldü

Abşeronda keçmiş məhkum dostunun evində öldü

2800-dən çox ailə kirayə mənzil mexanizmindən FAYDALANDI

2800-dən çox ailə kirayə mənzil mexanizmindən FAYDALANDI

"Aston Villa" sabiq hücumçusunu TRANSFER ETDİ

"Aston Villa" sabiq hücumçusunu TRANSFER ETDİ

Çoxlu yeməkdən sonra sərt pəhriz saxlamaq təhlükəlidir - Bədən necə şoka düşür?

Çoxlu yeməkdən sonra sərt pəhriz saxlamaq təhlükəlidir - Bədən necə şoka düşür?

Mətanət efirdə müğənni Nuranın keçmiş peşəsini AÇIQLADI - VİDEO

Mətanət efirdə müğənni Nuranın keçmiş peşəsini AÇIQLADI - VİDEO

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi yerlərində qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi yerlərində qaz olmayacaq

Rusiyanın Xarkovda sərnişin qatarına dron hücumu nəticəsində 4 nəfər həlak olub

Rusiyanın Xarkovda sərnişin qatarına dron hücumu nəticəsində 4 nəfər həlak olub

Süfrəmizdəki təhlükə: Tez xarab olan çörəklər - VİDEO

Süfrəmizdəki təhlükə: Tez xarab olan çörəklər - VİDEO

"Futbolçularıma inanıram" - Qurban Qurbanov

"Futbolçularıma inanıram" - Qurban Qurbanov

“Xanəndələrdən də evli insanla yaşayanlar var” - VİDEO

“Xanəndələrdən də evli insanla yaşayanlar var” - VİDEO

Tramp Qəzzanın idarə olunması üzrə geniş səlahiyyətlər əldə edəcək - KİV

Tramp Qəzzanın idarə olunması üzrə geniş səlahiyyətlər əldə edəcək - KİV

“Latsio” İtaliya millisinin üzvünü transfer etdi

“Latsio” İtaliya millisinin üzvünü transfer etdi

Burun əməliyyatı olsa da 1 ildir çəpər əyriliyindən əziyyət çəkir - ŞİKAYƏT/VİDEO

Burun əməliyyatı olsa da 1 ildir çəpər əyriliyindən əziyyət çəkir - ŞİKAYƏT/VİDEO

Netanyahu İranı HƏDƏLƏDİ: "Bir daha əvvəlki kimi olmayacaq”

Netanyahu İranı HƏDƏLƏDİ: "Bir daha əvvəlki kimi olmayacaq”

“Yuventus” Kenan Yıldızla RAZILAŞDI

“Yuventus” Kenan Yıldızla RAZILAŞDI

Çin avtomobilləri ucuzlaşacaq — AÇIQLAMA

Çin avtomobilləri ucuzlaşacaq — AÇIQLAMA

“Mənim rəqsim sənin sənətindən yüksəkdədir” - QALMAQAL/VİDEO

“Mənim rəqsim sənin sənətindən yüksəkdədir” - QALMAQAL/VİDEO

Ərdoğan: “Nigeriya xalqını terrorizmə qarşı mübarizəsində dəstəkləyirik” - VİDEO

Ərdoğan: “Nigeriya xalqını terrorizmə qarşı mübarizəsində dəstəkləyirik” - VİDEO

Ukrayna ABŞ ilə 20 maddədən ibarət sülh planı İMZALAYACAQ

Ukrayna ABŞ ilə 20 maddədən ibarət sülh planı İMZALAYACAQ

Arne Slot “Qarabağ”dan DANIŞDI

Arne Slot “Qarabağ”dan DANIŞDI

Qəbələ sakininin kirayə yaşadığı evdə meyiti TAPILDI

Qəbələ sakininin kirayə yaşadığı evdə meyiti TAPILDI

End of content

No more pages to load

RADİO