“Ermənistan Azərbaycanın əvvəllər işğal olunmuş torpaqlarında milyonlarla mina basdırıb və bu minalar mülki əhalinin və vəhşi heyvanların həyatını təhlükə altına almaqda davam edir”.
Bizim.Media xəbər verir ki. bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” hesabında yazıb.
“Danışan Şəkillər! Azərbaycanın işğaldan azad edilmiş Laçın rayonunda minanın partlaması nəticəsində ölən ayının balasının qalıqları. Partlayış sahəsindən toplanmış minaların etiketləri onların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu göstərir”, - deyə H. Hacıyev qeyd edib.




Bizim.Media