Prezident ödənişli yeni avtomobil yolunun AÇILIŞINDA - YENİLƏNİB/FOTO/VIDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

*** 18:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oktyabrın 20-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. 

Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun təməli 2017-cü ilin dekabrında Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlətimizin başçısı yolun təməlinin qoyulduğu ilk gündən başlayaraq inşaat prosesinin gedişi ilə şəxsən və yerində maraqlanıb, tikinti işlərinin ən yüksək standartlara uyğun icra olunması ilə bağlı vaxtaşırı tapşırıqlarını verib. 

Bildirilib ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq yeni avtomobil yolunun Hacı Zeynalabdın Tağıyev qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək olan 150 kilometrlik hissəsi birinci texniki dərəcəyə uyğun inşa edilib. 
Magistralın 129 kilometrlik hissəsi ödənişli yol kimi müəyyənləşdirilib və Taarif Şurası tərəfindən gediş taarifləri təsdiq edilib. Gediş üçün ödənişin məbləği nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib. Ödənişli avtomobil yolu 4 zolaqlıdır. 

Ödənişli yoldan istifadə tarifləri yeni müəyyən olunduğu üçün hazırda həmin tariflərin ödəniş sisteminə inteqrasiyası həyata keçirilir. İnteqrasiya yekunlaşdıqdan sonra ödəniş sisteminin proqram təminatı test ediləcək. Sınaqlar başa çatdıqdan sonra yol ümumi istifadəyə veriləcək.

Qeyd olunan işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. 

Diqqətə çatdırılıb ki, bu magistral yolun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında 5 hissə üzrə həyata keçirilib. Yolboyu 40 yol ötürücüsü və körpü, 52 alt keçid, 6 ödəmə və yükə nəzarət məntəqəsi, 2 mindən çox yol nişanı və məlumat lövhəsi quraşdırılıb.

Həmçinin hər hansı maneənin yola çıxmasının qarşısını almaq üçün tədbirlər görülüb. O da bildirildi ki, yeni yol mövcud yoldan 13 kilometr qısadır.

Dövlətimizin başçısı ödəmə sistemi haqqında videoçarxa baxıb. 

Bildirilib ki, ödənişli yoldan istifadə xüsusi çip yerləşdirilən kart vasitəsi ilə həyata keçiriləcək. Bu kartı yolun giriş və çıxışlarından, yaxın gələcəkdə isə şəhər və rayonlarda müxtəlif satış nöqtələrindən əldə etmək mümkün olacaq. 

Kartın 2 formada olması nəzərdə tutulub. Belə ki, yoldan daimi istifadə edən sürücülər daimi kart, vaxt aşırı istifadə edənlər isə müvəqqəti və ya birdəfəlik kart əldə edəcəklər. 

Ödənişli yol sistemi sürücülərə adi və dayanmadan keçid zolaqlarından istifadə etmək imkanı verəcək. Adi zolağa daxil olan sürücü ödəniş məntəqələrində keçid üçün kartı əldə edərək avtomobilin ön şüşəsinə yerləşdirir və daha sonra ödənişli yoldan istifadə etmək hüququna sahib olur. Dayanmadan keçid zolağı isə sürücülərə ödəniş məntəqələrində sürəti azaltmadan və dayanmadan keçmək imkan verir. Bunun üçün sürücüdə əvvəlcədən əldə edilmiş xüsusi çip kart və yetərli ödəniş balansının olması kifayətdir. Bu zolaqlarda xüsusi nömrə oxuma kameralar, təhlükəsizlik kameraları, avtomobilləri klassifikasiya etməyə imkan verən avadanlıqlar və digər innovativ texnoloji həllər tətbiq olunub, bütün məntəqələrdə çəkiyə nəzarət və yolun dayanıqlığını təmin etmək məqsədilə elektron tərəzi sistemi də quraşdırılıb. Gələcəkdə avtomatik ödənişlər və ya QR kodları ilə mobil ödənişlər də mümkün olacaq. 

Ödənişli yoldan keçid kartının ilk nümunəsi Prezident İlham Əliyevə təqdim olunub. 

Qeyd edək ki, son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə yenidən qurulub, həmçinin yeni avtomobil yolları, körpülər və yol ötürücüləri inşa edilərək əhalinin istifadəsinə verilib.

Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun inşası ölkəmizdə yol infrastrukturunun müasir səviyyəyə çatdırılması istiqamətində icra olunan işlərin davamlı xarakter aldığını göstərir. 

Bu yolun istifadəyə verilməsi, həmçinin beynəlxalq nəqliyyat əməkdaşlığı baxımından strateji əhəmiyyət daşıyan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyini daha da artıracaq.

Bundan başqa, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayacaq. 




























Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıya yenə ardıcıl yağışlar yağacaq - Bu tarixlərdə

Bakıya yenə ardıcıl yağışlar yağacaq - Bu tarixlərdə

DİQQƏT! Sabah Bakının 3 rayonunda qaz kəsiləcək

DİQQƏT! Sabah Bakının 3 rayonunda qaz kəsiləcək

Unutqanlıq beyinin verdiyi önəmli siqnaldırmı?

Unutqanlıq beyinin verdiyi önəmli siqnaldırmı?

İran tərəfdən danışıqlar masasında onlar əyləşəcək – ADLAR

İran tərəfdən danışıqlar masasında onlar əyləşəcək – ADLAR

Hövsanda 1.5 kilometrlik yolda 25 “dinozavr yuvası...” - Video-Yenilənib

Hövsanda 1.5 kilometrlik yolda 25 “dinozavr yuvası...” - Video-Yenilənib

Litvanın Baş naziri Milli Xalça Muzeyində - FOTO

Litvanın Baş naziri Milli Xalça Muzeyində - FOTO

Tanınmış ifaçı Opera Teatrını məhkəməyə verir

Tanınmış ifaçı Opera Teatrını məhkəməyə verir

Pentaqon Roma Papasını HƏDƏLƏDİ

Pentaqon Roma Papasını HƏDƏLƏDİ

Aslan Sultani: “ABŞ və İran rəsmiləri arasında görüş ləğv oluna bilər” – ÖZƏL

Aslan Sultani: “ABŞ və İran rəsmiləri arasında görüş ləğv oluna bilər” – ÖZƏL

Moskva prospektində qanunsuz parklanma tıxac yaradır – VİDEO

Moskva prospektində qanunsuz parklanma tıxac yaradır – VİDEO

Bu gün Fars körfəzi ölkələrinə hücum etməyiblər

Bu gün Fars körfəzi ölkələrinə hücum etməyiblər

Xəmirin mayalanmasını sürətləndirən kiçik amma effektiv hiylə

Xəmirin mayalanmasını sürətləndirən kiçik amma effektiv hiylə

Naxçıvan sakinlərinə MÜJDƏ – FOTO

Naxçıvan sakinlərinə MÜJDƏ – FOTO

Tovuzda bir ailənin üç uşağı dilənçiliyə məcbur edilirmiş - ŞOK FAKTLAR

Tovuzda bir ailənin üç uşağı dilənçiliyə məcbur edilirmiş - ŞOK FAKTLAR

Apreldə 3 BÜRC rahat nəfəs alacaq - Çətinliklər geridə qalır

Apreldə 3 BÜRC rahat nəfəs alacaq - Çətinliklər geridə qalır

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Cəlil Əhmədov departamentə müdir təyin edildi

Cəlil Əhmədov departamentə müdir təyin edildi

Dövlət qurumları bir tətbiqdə cəmlənir – Yüklənməyə davam gətirəcəklərmi?

Dövlət qurumları bir tətbiqdə cəmlənir – Yüklənməyə davam gətirəcəklərmi?

Nazilə tıxacda DAVA ETDİ: “Özünü kimə göstərirsən?” - VİDEO

Nazilə tıxacda DAVA ETDİ: “Özünü kimə göstərirsən?” - VİDEO

Azərbaycandan yüzlərlə şəxs deportasiya edildi

Azərbaycandan yüzlərlə şəxs deportasiya edildi

Tramp yenidən NATO-nu HƏDƏF ALDI – “Təzyiq göstərməyəndə, başa düşmürlər” – FOTO

Tramp yenidən NATO-nu HƏDƏF ALDI – “Təzyiq göstərməyəndə, başa düşmürlər” – FOTO

Sabiq azərbaycanlı deputat Sankt-Peterburqda bu mehmanxana kompleksini aldı

Sabiq azərbaycanlı deputat Sankt-Peterburqda bu mehmanxana kompleksini aldı

Xəstə aptekə silahlı hücum etdi, pulsuz dərman almaq istədi - Cinayətin TƏFƏRRÜATI

Xəstə aptekə silahlı hücum etdi, pulsuz dərman almaq istədi - Cinayətin TƏFƏRRÜATI

Pezeşkian: “Biz hələ də əlimizi tətiyin üstündə saxlayırıq”

Pezeşkian: “Biz hələ də əlimizi tətiyin üstündə saxlayırıq”

End of content

No more pages to load

RADİO