Analitiklər Cenevrə görüşünə ümidsiz yanaşırlar

Bu gün İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin iştirakı ilə Qarabağ münaqişəsi ilə bağlı növbəti danışıqlar baş tutacaq. Cəbhədə iki ölkə arasında müharibənin davam etdiyi bir vaxtda danışıqlarda əldə olunacaq nəticələrlə bağlı yanaşmalar isə müxtəlifdir.

Rusiyalı ekspert Andrey Suzdaltsev RİA Novosti-yə verdiyi açıqlamada danışıqlardan ciddi nəticə gözləmədiyini qeyd edib. Onun fikrincə, Paşinyan prezident İlham Əliyev qarşısında geri addım atacağı təqdirdə ciddi daxili etirazlarla qarşılaşa bilər: ”Əgər Xankəndi ələ keçirilərsə, Ermənistanı ciddi qaçqın dalğası bürüyəcək, Ermənistanın bütün şəhərləri qaçqın selinin altında qalacaq.  Bu da Paşinyan hakimiyyətinin sonu deməkdir”.

Qara dəniz - Xəzər Bölgəsi İctimai-Siyasi Araşdırmalar İnstitutunun baş elmi işçisi Vladimir Novikov isə münaqişənin hələlik diplomatik həllinin olmadığını qeyd edib. Novikov, "indi vəziyyət daha da uzun çəkəcək bir müharibəyə - məcburetmə müharibəsinə çevrilməyə daha yaxındır" deyə qeyd edib. 

"Vaşington Post" qəzeti də Cenevrə danışıqlarında optimist bir nəticənin çıxacağına ehtimal olmadığını qeyd edir. Bu vaxta qədər 3 dəfə əldə olunmuş atəşkəs rejiminin pozulduğunu qeyd edən qəzet, hər iki tərəfdə ciddi millətçi duyğuların alovlandığına diqqət çəkib. 


2001-ci ildən etibarən tərəflər arasında beynəlxalq vasitəçilikdə yer alan Kentukki Universitetinin professoru Kerri Kavana, əgər münaqişə tezliklə həll olunmasa döyüşlərin dramatik bir şəkildə genişlənməsinə və artan insan itkisinə səbəb olacaq geri dönülməz mərhələyə qədəm qoyacaq deyə qeyd edib.

Qarabağ münaqişəsi ilə bağlı tədqiqatçı Tomas De Val isə bölgədə münaqişəni Rusiya və Türkiyənin müdaxiləsi olmadan həll edə biləcək yeganə qüvvələrin Azərbaycan və Ermənistan olduğunu deyir. O, hər iki dövlətin ortaq maraqlara uyğun razılıq əldə edə biləcəkləri mümkünlüyünü vurğulayıb.

"Vaşinqton Post", eyni zamanda, Ermənistan tərəfinin münaqişənin danışıqlar yolu ilə həll olunmasına qarşı olan münasibətini də işıqlandırıb. Ermənistanın ABŞ-dakı səfiri Varuzan Nersesyandan da açıqlama alan qəzet, erməni səfirin Azərbaycanın münaqişə ilə bağlı maksimalist mövqe nümayiş etdirdiyini deyib.  Nersesyan, Ermənistanın isə güzəştə hazır olmadığını bildirib.

Xatırladaq ki, Ermənistan rəsmilərindən fərqli olaraq Azərbaycan Prezidenti İlham Əliyev ən son çıxışında Azərbaycanın münaqişəni danışıqlar yolu ilə də həll olunmasında maraqlı olduğunu bəyan edib.

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

18 yaşlı oğlan motosikletlə qəza edib həyatını itirdi

18 yaşlı oğlan motosikletlə qəza edib həyatını itirdi

"Araz-Naxçıvan" "Karvan-Yevlax"a QALİB GƏLDİ

"Araz-Naxçıvan" "Karvan-Yevlax"a QALİB GƏLDİ

Salyanda yanan avtomobili söndürərkən maşın vuran FHN əməkdaşının SON DURUMU

Salyanda yanan avtomobili söndürərkən maşın vuran FHN əməkdaşının SON DURUMU

Mağaza və evlərdən silsilə oğurluqlar edən şəxs SAXLANILDI

Mağaza və evlərdən silsilə oğurluqlar edən şəxs SAXLANILDI

Zelenski Rusiya hərbi-sənaye kompleksinə və “kölgə donanmasına” qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Rusiya hərbi-sənaye kompleksinə və “kölgə donanmasına” qarşı sanksiyalar TƏTBİQ ETDİ

İş başında ölən FHN əməkdaşının valideynləri DANIŞDI - VİDEO

İş başında ölən FHN əməkdaşının valideynləri DANIŞDI - VİDEO

"İnter" və "Mançester Yunayted" 1 milyardlıq futbolçunu istəyirlər

"İnter" və "Mançester Yunayted" 1 milyardlıq futbolçunu istəyirlər

Fuad Nəcəfli istintaqa CƏLB OLUNDU

Fuad Nəcəfli istintaqa CƏLB OLUNDU

Qaradağda FACİƏ: Xidməti vəzifəsini yerinə yetirən FHN əməkdaşı həlak oldu - VİDEO

Qaradağda FACİƏ: Xidməti vəzifəsini yerinə yetirən FHN əməkdaşı həlak oldu - VİDEO

Azərbaycanda təbiət hadisəsi BAŞ VERDİ

Azərbaycanda təbiət hadisəsi BAŞ VERDİ

Zakir Həsənov hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxladı - FOTO

Zakir Həsənov hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxladı - FOTO

Bakıda işlədiyi “moyka”dan maşın qaçıran şəxs SAXLANILDI

Bakıda işlədiyi “moyka”dan maşın qaçıran şəxs SAXLANILDI

Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı - FOTO

Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı - FOTO

Yankoviç “Qarabağ”dan ayrıla bilər

Yankoviç “Qarabağ”dan ayrıla bilər

Son yeddi ildə Azərbaycanda övladlığa verilən uşaqların sayı AÇIQLANDI

Son yeddi ildə Azərbaycanda övladlığa verilən uşaqların sayı AÇIQLANDI

Yalan danışmaq orucu pozur?

Yalan danışmaq orucu pozur?

Milyonlarla il əvvəl Antarktida altında görünməz qüvvə Yer iqlimini necə dəyişib?

Milyonlarla il əvvəl Antarktida altında görünməz qüvvə Yer iqlimini necə dəyişib?

Bu tarixlərdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bu tarixlərdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

UEFA “Qarabağ”ı CƏRİMƏLƏDİ

UEFA “Qarabağ”ı CƏRİMƏLƏDİ

Rusiyadan Ermənistana gözlənilməz TƏHDİD – Nə baş verir?

Rusiyadan Ermənistana gözlənilməz TƏHDİD – Nə baş verir?

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

ADY-dən kitabsevər sərnişinlərə ŞAD XƏBƏR! - FOTO

ADY-dən kitabsevər sərnişinlərə ŞAD XƏBƏR! - FOTO

Millimizin üzvü oynadı, komandası qələbə qazandı – VİDEO

Millimizin üzvü oynadı, komandası qələbə qazandı – VİDEO

Bakıda 29 yaşlı oğlan HOTELDƏ dünyasını dəyişdi

Bakıda 29 yaşlı oğlan HOTELDƏ dünyasını dəyişdi

End of content

No more pages to load

RADİO