Sahibə Qafarova türkiyəli nazirlə GÖRÜŞDÜ - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 18-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarına uyğun olaraq bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub.
Dövlət başçılarının siyasi iradəsi və qətiyyəti sayəsində bu əlaqələrin özünün ən yüksək zirvəsinə çatdığı, Şuşa Bəyannaməsinin iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi üzrə yeni hədəfləri müəyyən etdiyi vurğulanıb.

Bu çərçivədə dövlət qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə toxunulub. 

Azərbaycan və Türkiyənin ortaq tarixi, mədəniyyəti, dəyərləri ilə bağlı fikirlərini bildirən Milli Məclisin sədri qardaş xalqlarımızı birləşdirən ən mühüm dəyərlərdən biri kimi ailə dəyərlərinin əhəmiyyətini, cəmiyyətlərimizdə ailə institutuna, qadınların roluna göstərilən münasibəti qeyd edib, müasir qloballaşma şəraitində bu dəyərlərin qorunmasının vacibliyini vurğulayıb.

Sahibə Qafarova Azərbaycan və Türkiyənin müvafiq dövlət qurumlarının ailə və uşaqlara qayğı, qadınların cəmiyyətdə mövqeyinin möhkəmləndirilməsi, ailə dəyərlərimizin beynəlxalq səviyyədə təbliği istiqamətində qarşılıqlı fəaliyyətinin və təcrübə mübadiləsinin əhəmiyyətini ifadə edib.

O, hər iki parlamentin müvafiq komitələri arasında əməkdaşlığın bu sahədə işbirliyinə töhfə verə biləcəyini diqqətə çatdırıb.

Görüşdə qardaş ölkə parlamentləri arasında əlaqələrə toxunularaq, geniş və uğurlu əlaqələrin mövcud olduğu, ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli əsasda və beynəlxalq parlament təşkilatları çərçivəsində geniş və uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. 

Milli Məclisin sədri “Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında əməkdaşlıq haqqında” Sazişin Şuşa Bəyannaməsinin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də əks etdirilməsi baxımından əhəmiyyətini qeyd edib. 

Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş qardaş Azərbaycanda olmaqdan məmnunluğunu, ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf etdiyini, xoş gündə də, çətin gündə də bir yerdə olduğumuzu diqqətə çatdırıb.

Mahinur Özdemir Göktaş Azərbaycana səfəri, ölkəmizdə keçirdiyi görüşlər barədə məlumat verib. Nazir, həmçinin, rəhbərlik etdiyi qurumla Azərbaycanın müvafiq dövlət orqanları arasında əməkdaşlıqdan da danışıb.
Görüşdə həmçinin, Milli Məclisin komitə sədri Hicran Hüseynova, deputatlar – Əminə Ağazadə və Könül Nurullayeva, parlament Aparatının rəhbəri Fərid Hacıyev, Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabər İmkanları Komissiyasının sədri, millət vəkili Çiğdem Erdoğan Atabek, həmin komissiyanın üzvləri, millət vəkilləri - Aliye Timisi Ersever, Ruken Kilerci, Türkiyənin Azərbaycan Respublikasındakı səfiri Cahit Bağcı və digər rəsmi şəxslər iştirak ediblər.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ötən il videomüşahidə kamerasına düşən qəzalarn SAYI

Ötən il videomüşahidə kamerasına düşən qəzalarn SAYI

Hərbi təyyarə dağa çırpıldı - Pilot sağ qaldı - VİDEO

Hərbi təyyarə dağa çırpıldı - Pilot sağ qaldı - VİDEO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

İran vətəndaşından marixuana alan narkokuryer saxlanıldı

İran vətəndaşından marixuana alan narkokuryer saxlanıldı

Hindistanda təyyarə qəzası: 5 ölü var - VİDEO

Hindistanda təyyarə qəzası: 5 ölü var - VİDEO

Sabiq icra başçısının əmisi oğluna yeni vəzifə verildi

Sabiq icra başçısının əmisi oğluna yeni vəzifə verildi

“Qarabağ”ın son və ən çətin SINAĞI – Qurban Qurbanov “Liverpula” hansı sürprizi HAZIRLAYIB?

“Qarabağ”ın son və ən çətin SINAĞI – Qurban Qurbanov “Liverpula” hansı sürprizi HAZIRLAYIB?

Ağacı 72 saat qucaqladı, rekord qırdı

Ağacı 72 saat qucaqladı, rekord qırdı

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

“Qarabağ”ın oyunu bu telekanalda yayımlanacaq

“Qarabağ”ın oyunu bu telekanalda yayımlanacaq

Ulduzlar falçılara nə qədər pul xərcləyirlər?

Ulduzlar falçılara nə qədər pul xərcləyirlər?

Balaxanıda avtomobilin vurduğu piyada VƏFAT ETDİ

Balaxanıda avtomobilin vurduğu piyada VƏFAT ETDİ

Dəm qazı yenə 2 nəfərin HƏYATINA SON QOYDU

Dəm qazı yenə 2 nəfərin HƏYATINA SON QOYDU

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar açıqlandı

Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar açıqlandı

Xalq artisti 19 yaşlı nişanlısından ayrıldı

Xalq artisti 19 yaşlı nişanlısından ayrıldı

Sovet İttifaqının Ceyms Bondu – Bakılı balası, əfsanəvi kəşfiyyatçının acı aqibəti – VİDEO

Sovet İttifaqının Ceyms Bondu – Bakılı balası, əfsanəvi kəşfiyyatçının acı aqibəti – VİDEO

Gənc qızı aldadan "Falçı Telli" də amnistiyaya düşdü

Gənc qızı aldadan "Falçı Telli" də amnistiyaya düşdü

Çempionlar Liqası: "Qarabağ" bu gün "Liverpul"la üz-üzə gələcək

Çempionlar Liqası: "Qarabağ" bu gün "Liverpul"la üz-üzə gələcək

Diqqət: Neqativ düşünənlərdə bu hal sürətlənir - "Vecinə alma" prinsipi ilə hərəkət et

Diqqət: Neqativ düşünənlərdə bu hal sürətlənir - "Vecinə alma" prinsipi ilə hərəkət et

Bakıda tıxacları azaldacaq yeni yol salınacaq – VİDEO

Bakıda tıxacları azaldacaq yeni yol salınacaq – VİDEO

Pəncərə önünə folqa qoyun - Fərqi görün

Pəncərə önünə folqa qoyun - Fərqi görün

Yeni Zelandiyada helikopter qəzaya uğradı – ÖLƏNLƏR VAR

Yeni Zelandiyada helikopter qəzaya uğradı – ÖLƏNLƏR VAR

Ərdoğan Trampla bu məsələləri müzakirə etdi

Ərdoğan Trampla bu məsələləri müzakirə etdi

End of content

No more pages to load

RADİO