Azərbaycan tərəfi İspaniya Senatının qərarını pislədi

Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb. 

Bizim.Media bəyanatı təqdim edir: 

“İspaniya Senatının 17 oktyabr tarixli plenar iclasında qəbul etdiyi anti-Azərbaycan xarakterli bəyanat təəssüf doğurur. Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, bu qərəzli və birtərəfli bəyanatı qətiyyətlə rədd edir və şiddətlə qınayırıq. 

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam etmiş işğalına, 1 milyondan artıq soydaşımızın Ermənistanın etnik təmizləmə siyasəti ilə üzləşərək, öz doğma torpaqlarından didərgin salınmasına, şəhərlərimizin, kəndlərimizin dağıdılmasına, tarixi, mədəni və dini abidələrimizin yerlə-yeksan edilməsinə bu illər ərzində bir dəfə də olsun münasibət bildirməmiş İspaniya Senatının indi həqiqətdən uzaq iddialarla “ittihamçı” rolunda çıxış etməsi öz absurdluğu baxımından ciddi suallar doğurur. 

İspaniya Senatının qəbul etdiyi bəyanatın mətni onun bölgədə mövcud olan reallıqlardan nə dərəcədə uzaq olduğunu, erməni lobbisinin dezinformasiyası üzərində qurulduğunu bariz şəkildə nümayiş etdirir. 
İspaniya Senatına bəyan edirik ki, Azərbaycan dövlətinin həyata keçirdiyi anti-terror tədbirləri məhz regional sülh, təhlükəsizlik və sabitlik qarşısında dayanan ən böyük maneəni - aqressiv separatizmi aradan qaldırdı.

Bu gün Azərbaycan hökuməti Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli istiqamətində tədbirləri uğurla davam etdirir.

Bölgəyə səfər etmiş BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları da bunu təsdiq edir. 

Digər bir düşündürücü hal isə bundan ibarətdir ki, nə qədər paradoksal olsa da, separatizmdən əziyyət çəkən İspaniya dövlətinin Senatı belə bir bəyanatı qəbul etməklə, ərazi bütövlüyü və suverenlik kimi prinsiplərə hörmətsizlik nümayiş etdirir, aqressiv separatizmə tam şəkildə dəstək göstərməklə, regionumuzda uzunmüddətli sülh və sabitliyin bərqərar olması istiqamətində göstərilən səylərə mane olur. 
Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, İspaniya Senatının bu bəyanatına qəti etirazımızı bildiririk”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

İran vətəndaşından marixuana alan narkokuryer saxlanıldı

İran vətəndaşından marixuana alan narkokuryer saxlanıldı

Hindistanda təyyarə qəzası: 5 ölü var - VİDEO

Hindistanda təyyarə qəzası: 5 ölü var - VİDEO

Sabiq icra başçısının əmisi oğluna yeni vəzifə verildi

Sabiq icra başçısının əmisi oğluna yeni vəzifə verildi

“Qarabağ”ın son və ən çətin SINAĞI – Qurban Qurbanov “Liverpula” hansı sürprizi HAZIRLAYIB?

“Qarabağ”ın son və ən çətin SINAĞI – Qurban Qurbanov “Liverpula” hansı sürprizi HAZIRLAYIB?

Ağacı 72 saat qucaqladı, rekord qırdı

Ağacı 72 saat qucaqladı, rekord qırdı

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

“Qarabağ”ın oyunu bu telekanalda yayımlanacaq

“Qarabağ”ın oyunu bu telekanalda yayımlanacaq

Ulduzlar falçılara nə qədər pul xərcləyirlər?

Ulduzlar falçılara nə qədər pul xərcləyirlər?

Balaxanıda avtomobilin vurduğu piyada VƏFAT ETDİ

Balaxanıda avtomobilin vurduğu piyada VƏFAT ETDİ

Dəm qazı yenə 2 nəfərin HƏYATINA SON QOYDU

Dəm qazı yenə 2 nəfərin HƏYATINA SON QOYDU

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar açıqlandı

Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar açıqlandı

Xalq artisti 19 yaşlı nişanlısından ayrıldı

Xalq artisti 19 yaşlı nişanlısından ayrıldı

Sovet İttifaqının Ceyms Bondu – Bakılı balası, əfsanəvi kəşfiyyatçının acı aqibəti – VİDEO

Sovet İttifaqının Ceyms Bondu – Bakılı balası, əfsanəvi kəşfiyyatçının acı aqibəti – VİDEO

Gənc qızı aldadan "Falçı Telli" də amnistiyaya düşdü

Gənc qızı aldadan "Falçı Telli" də amnistiyaya düşdü

Çempionlar Liqası: "Qarabağ" bu gün "Liverpul"la üz-üzə gələcək

Çempionlar Liqası: "Qarabağ" bu gün "Liverpul"la üz-üzə gələcək

Diqqət: Neqativ düşünənlərdə bu hal sürətlənir - "Vecinə alma" prinsipi ilə hərəkət et

Diqqət: Neqativ düşünənlərdə bu hal sürətlənir - "Vecinə alma" prinsipi ilə hərəkət et

Bakıda tıxacları azaldacaq yeni yol salınacaq – VİDEO

Bakıda tıxacları azaldacaq yeni yol salınacaq – VİDEO

Pəncərə önünə folqa qoyun - Fərqi görün

Pəncərə önünə folqa qoyun - Fərqi görün

Yeni Zelandiyada helikopter qəzaya uğradı – ÖLƏNLƏR VAR

Yeni Zelandiyada helikopter qəzaya uğradı – ÖLƏNLƏR VAR

Ərdoğan Trampla bu məsələləri müzakirə etdi

Ərdoğan Trampla bu məsələləri müzakirə etdi

Çörək bahalaşa bilər – BU TARİXDƏN

Çörək bahalaşa bilər – BU TARİXDƏN

Sülh Şurasından Azərbaycanla bağlı PAYLAŞIM – FOTO

Sülh Şurasından Azərbaycanla bağlı PAYLAŞIM – FOTO

End of content

No more pages to load

RADİO