Ceyhun Bayramov iranlı həmkarı ilə regionda mövcud vəziyyəti MÜZAKİRƏ EDİB 

Oktyabr 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, çoxtərəfli regional əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub. 

Son zamanlar iki ölkə arasında artan ikitərəfli təmasların, ikitərəfli iqtisadi komissiya çərçivəsində keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olunub. Bu təmasların iki ölkə arasında gündəkdə duran bəzi məsələlərin həlli üçün də vacib olduğu bildirilib. 

C.Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesinin gündəliyinin perspektivləri, habelə Qarabağ bölgəsində görülən antiterror tədbirlərindən sonra bölgədə həyata keçirilən işlər barədə ətraflı məlumat verib. 
Sülh gündəliyinin irəlilədilməsi istiqamətində yaranmış imkanlardan bəhs edən nazir Ceyhun Bayramov, xüsusilə bölgədə nəqliyyat və kommunikasiyaların inkişafı və genişləndirilməsi istiqamətində 6 oktyabr 2023-cü il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu”nun imzalanmasının əhəmiyyətini qeyd edib. 

Ölkəmizin bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, regional əməkdaşlığın təşviqində qərarlı olduğu diqqətə çatdırılıb. 

Görüşdə, həmçinin digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

İran vətəndaşından marixuana alan narkokuryer saxlanıldı

İran vətəndaşından marixuana alan narkokuryer saxlanıldı

Hindistanda təyyarə qəzası: 5 ölü var - VİDEO

Hindistanda təyyarə qəzası: 5 ölü var - VİDEO

Sabiq icra başçısının əmisi oğluna yeni vəzifə verildi

Sabiq icra başçısının əmisi oğluna yeni vəzifə verildi

“Qarabağ”ın son və ən çətin SINAĞI – Qurban Qurbanov “Liverpula” hansı sürprizi HAZIRLAYIB?

“Qarabağ”ın son və ən çətin SINAĞI – Qurban Qurbanov “Liverpula” hansı sürprizi HAZIRLAYIB?

Ağacı 72 saat qucaqladı, rekord qırdı

Ağacı 72 saat qucaqladı, rekord qırdı

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

“Qarabağ”ın oyunu bu telekanalda yayımlanacaq

“Qarabağ”ın oyunu bu telekanalda yayımlanacaq

Ulduzlar falçılara nə qədər pul xərcləyirlər?

Ulduzlar falçılara nə qədər pul xərcləyirlər?

Balaxanıda avtomobilin vurduğu piyada VƏFAT ETDİ

Balaxanıda avtomobilin vurduğu piyada VƏFAT ETDİ

Dəm qazı yenə 2 nəfərin HƏYATINA SON QOYDU

Dəm qazı yenə 2 nəfərin HƏYATINA SON QOYDU

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar açıqlandı

Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar açıqlandı

Xalq artisti 19 yaşlı nişanlısından ayrıldı

Xalq artisti 19 yaşlı nişanlısından ayrıldı

Sovet İttifaqının Ceyms Bondu – Bakılı balası, əfsanəvi kəşfiyyatçının acı aqibəti – VİDEO

Sovet İttifaqının Ceyms Bondu – Bakılı balası, əfsanəvi kəşfiyyatçının acı aqibəti – VİDEO

Gənc qızı aldadan "Falçı Telli" də amnistiyaya düşdü

Gənc qızı aldadan "Falçı Telli" də amnistiyaya düşdü

Çempionlar Liqası: "Qarabağ" bu gün "Liverpul"la üz-üzə gələcək

Çempionlar Liqası: "Qarabağ" bu gün "Liverpul"la üz-üzə gələcək

Diqqət: Neqativ düşünənlərdə bu hal sürətlənir - "Vecinə alma" prinsipi ilə hərəkət et

Diqqət: Neqativ düşünənlərdə bu hal sürətlənir - "Vecinə alma" prinsipi ilə hərəkət et

Bakıda tıxacları azaldacaq yeni yol salınacaq – VİDEO

Bakıda tıxacları azaldacaq yeni yol salınacaq – VİDEO

Pəncərə önünə folqa qoyun - Fərqi görün

Pəncərə önünə folqa qoyun - Fərqi görün

Yeni Zelandiyada helikopter qəzaya uğradı – ÖLƏNLƏR VAR

Yeni Zelandiyada helikopter qəzaya uğradı – ÖLƏNLƏR VAR

Ərdoğan Trampla bu məsələləri müzakirə etdi

Ərdoğan Trampla bu məsələləri müzakirə etdi

Çörək bahalaşa bilər – BU TARİXDƏN

Çörək bahalaşa bilər – BU TARİXDƏN

Sülh Şurasından Azərbaycanla bağlı PAYLAŞIM – FOTO

Sülh Şurasından Azərbaycanla bağlı PAYLAŞIM – FOTO

End of content

No more pages to load

RADİO