Tahir Kərimlinin “müxalifətçiliyə ehtiyac yoxdur” açıqlamasına partiya sədrlərindən REAKSİYA

Deputat Tahir Kərimlinin Milli Məclisin plenar iclasında çıxışında bildirib ki, ölkənin bir nömrəli vəzifəsi olan Qarabağ məsələsinin həllindən sonra müxalifətçiliyə əsas qalmır: 

“Son dövrlər məni bir şey çox düşündürür. Qarabağda böyük qələbə qazandıq. Odur ki, mənim partiyamın və özümün müxalifətçiliyimə nə ehtiyac var?” 

Hətta onun bu çıxışından sonra Vəhdət Partiyasını Yeni Azərbaycan Partiyasına birləşəcəyi iddia olunur. 

Görəsən, bu barədə digər partiyalar nə düşünür, onlar da oxşar fikirdədirlərmi? 

Bizim.Media-ya açıqlamasında Yeni Zaman Partiyasının sədri Musa Ağayev T. Kərimlinin fikirləri ilə razı olmadığını bildirib: 

“Bu cür düşünmək düzgün deyil. Əsas problemimiz olan Qarabağ məsələsi artıq həll olunub. Bu da böyük qələbədir. Amma Qarabağ məsələsinin həll olunması fonunda müxalifətin olmaması söhbəti düzgün deyil. Müxalifətin olması, alternativ fikrin olması deməkdir. Düzdür, konstruktiv müxalifətin tərəfdarıyam. Hesab etmirəm ki, müxalifət küçələrdə olmalıdır. Lakin proporsional seçki sisteminə keçilərsə, çoxpartiyalılıq da inkişaf edəcək”. 

AXP sədri Pənah Hüseyn isə məsələyə münasibət bildirməkdən yayınıb:

“Digər partiya sədrlərinin hansısa fikirlərini niyə şərh etməliyəm ki? Bu etik deyil”. 

AMİP sədri Arzuxan Əlizadə ölkənin inkişafı üçün müxalifətin, alternativ fikirlərin olmasını vacib hesab edir:

“Hər kəsin mövqeyinə hörmətlə yanaşıram. Bununla belə fərqli düşünürəm. Ölkə daxilində sosial-iqtisadi sahədə problemlər var. Ölkəmizə basqılar da çoxdur. Qarabağda qazandığımız qələbəni həzm etməyən beynəlxalq güclər var ki, onlar qarşısında dayanmaq üçün siyasi partiyaların da üzərinə böyük vəzifələr düşür. 

Xüsusən də beynəlxalq əlaqələri olan partiyalar əməkdaşlıq etdiyi siyasi təşkilatlar vasitəsilə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına töhfə verməlidirlər. Neqativ halların aradan qaldırılması istiqamətində fəaliyyət müxalifət partiyalarının birinci dərəcəli vəzifəsi olmalıdır”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

İran vətəndaşından marixuana alan narkokuryer saxlanıldı

İran vətəndaşından marixuana alan narkokuryer saxlanıldı

Hindistanda təyyarə qəzası: 5 ölü var - VİDEO

Hindistanda təyyarə qəzası: 5 ölü var - VİDEO

Sabiq icra başçısının əmisi oğluna yeni vəzifə verildi

Sabiq icra başçısının əmisi oğluna yeni vəzifə verildi

“Qarabağ”ın son və ən çətin SINAĞI – Qurban Qurbanov “Liverpula” hansı sürprizi HAZIRLAYIB?

“Qarabağ”ın son və ən çətin SINAĞI – Qurban Qurbanov “Liverpula” hansı sürprizi HAZIRLAYIB?

Ağacı 72 saat qucaqladı, rekord qırdı

Ağacı 72 saat qucaqladı, rekord qırdı

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

“Qarabağ”ın oyunu bu telekanalda yayımlanacaq

“Qarabağ”ın oyunu bu telekanalda yayımlanacaq

Ulduzlar falçılara nə qədər pul xərcləyirlər?

Ulduzlar falçılara nə qədər pul xərcləyirlər?

Balaxanıda avtomobilin vurduğu piyada VƏFAT ETDİ

Balaxanıda avtomobilin vurduğu piyada VƏFAT ETDİ

Dəm qazı yenə 2 nəfərin HƏYATINA SON QOYDU

Dəm qazı yenə 2 nəfərin HƏYATINA SON QOYDU

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar açıqlandı

Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar açıqlandı

Xalq artisti 19 yaşlı nişanlısından ayrıldı

Xalq artisti 19 yaşlı nişanlısından ayrıldı

Sovet İttifaqının Ceyms Bondu – Bakılı balası, əfsanəvi kəşfiyyatçının acı aqibəti – VİDEO

Sovet İttifaqının Ceyms Bondu – Bakılı balası, əfsanəvi kəşfiyyatçının acı aqibəti – VİDEO

Gənc qızı aldadan "Falçı Telli" də amnistiyaya düşdü

Gənc qızı aldadan "Falçı Telli" də amnistiyaya düşdü

Çempionlar Liqası: "Qarabağ" bu gün "Liverpul"la üz-üzə gələcək

Çempionlar Liqası: "Qarabağ" bu gün "Liverpul"la üz-üzə gələcək

Diqqət: Neqativ düşünənlərdə bu hal sürətlənir - "Vecinə alma" prinsipi ilə hərəkət et

Diqqət: Neqativ düşünənlərdə bu hal sürətlənir - "Vecinə alma" prinsipi ilə hərəkət et

Bakıda tıxacları azaldacaq yeni yol salınacaq – VİDEO

Bakıda tıxacları azaldacaq yeni yol salınacaq – VİDEO

Pəncərə önünə folqa qoyun - Fərqi görün

Pəncərə önünə folqa qoyun - Fərqi görün

Yeni Zelandiyada helikopter qəzaya uğradı – ÖLƏNLƏR VAR

Yeni Zelandiyada helikopter qəzaya uğradı – ÖLƏNLƏR VAR

Ərdoğan Trampla bu məsələləri müzakirə etdi

Ərdoğan Trampla bu məsələləri müzakirə etdi

Çörək bahalaşa bilər – BU TARİXDƏN

Çörək bahalaşa bilər – BU TARİXDƏN

Sülh Şurasından Azərbaycanla bağlı PAYLAŞIM – FOTO

Sülh Şurasından Azərbaycanla bağlı PAYLAŞIM – FOTO

End of content

No more pages to load

RADİO