“Hamımız göz yaşları tökmüşük və tökürük” - Prezident 

“Bu gün bu bayram gününü qeyd edərkən, təbii ki, əziz şəhidlərimizin xatirəsinə hamımız bir daha öz dərin ehtiramımızı ifadə edirik. Mən iki gün əvvəl Xankəndinin əsas, mərkəzi meydanında xalqa müraciət edərkən demişdim ki, bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: Belə ağır coğrafi məkanda tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur


Dövlət başçısının sözlərinə görə, dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir:

“O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək. Bu gün onların ruhu şaddır ki, biz buradayıq, siz buradasınız və nə qədər acı olsa da, onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var.

O da odur ki, onlar canlarını fəda edərək tarixi Zəfər çalıblar. Biz Birinci Qarabağ müharibəsində 15 minə yaxın şəhid verdik, amma torpaqlar da getdi. Əlbəttə, həlak olan hər bir insan əvəzolunmazdır. Ancaq İkinci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirək və buna da nail olduq. 

Bir daha demək istəyirəm ki, biz hər zaman, onlara borclu olmalıyıq. Gənc nəsil də daim bu ruhda tərbiyə almalıdır. Onların qəhrəmanlığı unudulmazdır, belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur.
Düşmən bütün yüksəklikləri götürmüşdü. Buradan istənilən istiqamətə getsən görərsən ki, hər təpədə demək olar ki, onların postları, döyüş məntəqələri, bir neçə müdafiə xətti, tikanlı məftil və minalar, bunu yarmaq, atəş altında qabağa getmək nə qədər böyük cəsarət tələb edir. Bu, bəlkə də dünya hərb tarixində olmayıb.

Olubsa, qoy, bizə desinlər harada olub. Olmayıb, bunu Azərbaycan xalqı göstərmişdir. Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər”. 

Prezident görüşə qatılan şəhid bacısına dəstək olaraq bu sözləri deyib: 

“Əziz bacılar, qardaşlar, dostlar, bir daha təbrik edirəm. Bu gün həm sevincli, həm kədərli gündür. Qızımızın göz yaşları da təbii ki, heç vaxt dayanmayacaq. Bunu biz bilməliyik, 10 il keçsə də, 20 il keçsə də. Hamımız göz yaşları tökmüşük və tökürük. 

Təbrik edirəm, cansağlığı arzulayıram, uşaqlara yaxşı baxın, yetişdirin, vətənpərvər olsunlar, Vətənə bağlı olsunlar, bizim qəhrəmanlar kimi olsunlar, şöhrətimizi göylərə qaldırsınlar. Sağ olun”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“50 Cent” haqda serial çəkilir

“50 Cent” haqda serial çəkilir

Putin atəşkəs ELAN ETDİ - FOTO

Putin atəşkəs ELAN ETDİ - FOTO

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Ürək sağlamlığını qoruyan 12 qida

Ürək sağlamlığını qoruyan 12 qida

Zeynəb Xanlarova və Alla Puqaçova illər əvvəl - Foto

Zeynəb Xanlarova və Alla Puqaçova illər əvvəl - Foto

“Euronews” WUF13 ərəfəsində şəhər inkişafının yeni modellərini işıqlandırıb – VİDEO

“Euronews” WUF13 ərəfəsində şəhər inkişafının yeni modellərini işıqlandırıb – VİDEO

Çempionlar Liqasında həftənin ən yaxşısı AÇIQLANDI

Çempionlar Liqasında həftənin ən yaxşısı AÇIQLANDI

Aprelin 10-u ilə bağlı XƏBƏRDARLIQ – Günorta saatlarında…

Aprelin 10-u ilə bağlı XƏBƏRDARLIQ – Günorta saatlarında…

“Uzak Şehir”də sürpriz dəyişiklik – yeni aktyor gəldi, balans pozulur?

“Uzak Şehir”də sürpriz dəyişiklik – yeni aktyor gəldi, balans pozulur?

AYİB Azərbaycan və region ölkələrinə 5 milyard avro ayıracaq

AYİB Azərbaycan və region ölkələrinə 5 milyard avro ayıracaq

Bu şəxslərin maaşı minimum 1170 manat olacaq

Bu şəxslərin maaşı minimum 1170 manat olacaq

"Elmira cadugərliklə məşğul idi" - Bakıxanovda öldürülən şəxsin anası danışdı

"Elmira cadugərliklə məşğul idi" - Bakıxanovda öldürülən şəxsin anası danışdı

Paşinyan: “Azərbaycanla dəmir yolu əlaqəsi regional ticarətin inkişafına təkan verir”

Paşinyan: “Azərbaycanla dəmir yolu əlaqəsi regional ticarətin inkişafına təkan verir”

Özbəkistanda xəzinələrlə dolu 3000 illik qədim şəhər kəşf edildi

Özbəkistanda xəzinələrlə dolu 3000 illik qədim şəhər kəşf edildi

End of content

No more pages to load

RADİO