Prezident: “İndi çay içirlər... istintaq təcridxanasında” - VİDEO

“Bu binada ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar.

Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında”. 

Bizim.Media  xəbər verir ki, bunu Prezident İlham Əliyev Xankəndidə xalqa müraciətində deyib.

“Özünü “prezident” adlandırmış üç təlxək bax, burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Biz isə təmkinlə hər şeyə yanaşdığımız kimi, bu məsələyə də təmkinlə və səbirlə yanaşırdıq. Çünki bilirdik ki, biz buraya gələcəyik. Mən bunu bilirdim. Mən düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim.

Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il. Üç il bundan əvvəl Şuşada bizim Bayrağımız qaldırıldı. Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik.

Bax, burada oturmuş özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir. Burada özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim Bayrağımız isə bax, oradadır.
Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın” - İlham Əliyev deyib.

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“50 Cent” haqda serial çəkilir

“50 Cent” haqda serial çəkilir

Putin atəşkəs ELAN ETDİ - FOTO

Putin atəşkəs ELAN ETDİ - FOTO

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Ürək sağlamlığını qoruyan 12 qida

Ürək sağlamlığını qoruyan 12 qida

Zeynəb Xanlarova və Alla Puqaçova illər əvvəl - Foto

Zeynəb Xanlarova və Alla Puqaçova illər əvvəl - Foto

“Euronews” WUF13 ərəfəsində şəhər inkişafının yeni modellərini işıqlandırıb – VİDEO

“Euronews” WUF13 ərəfəsində şəhər inkişafının yeni modellərini işıqlandırıb – VİDEO

Çempionlar Liqasında həftənin ən yaxşısı AÇIQLANDI

Çempionlar Liqasında həftənin ən yaxşısı AÇIQLANDI

Aprelin 10-u ilə bağlı XƏBƏRDARLIQ – Günorta saatlarında…

Aprelin 10-u ilə bağlı XƏBƏRDARLIQ – Günorta saatlarında…

“Uzak Şehir”də sürpriz dəyişiklik – yeni aktyor gəldi, balans pozulur?

“Uzak Şehir”də sürpriz dəyişiklik – yeni aktyor gəldi, balans pozulur?

AYİB Azərbaycan və region ölkələrinə 5 milyard avro ayıracaq

AYİB Azərbaycan və region ölkələrinə 5 milyard avro ayıracaq

Bu şəxslərin maaşı minimum 1170 manat olacaq

Bu şəxslərin maaşı minimum 1170 manat olacaq

"Elmira cadugərliklə məşğul idi" - Bakıxanovda öldürülən şəxsin anası danışdı

"Elmira cadugərliklə məşğul idi" - Bakıxanovda öldürülən şəxsin anası danışdı

Paşinyan: “Azərbaycanla dəmir yolu əlaqəsi regional ticarətin inkişafına təkan verir”

Paşinyan: “Azərbaycanla dəmir yolu əlaqəsi regional ticarətin inkişafına təkan verir”

Özbəkistanda xəzinələrlə dolu 3000 illik qədim şəhər kəşf edildi

Özbəkistanda xəzinələrlə dolu 3000 illik qədim şəhər kəşf edildi

End of content

No more pages to load

RADİO