Spiker: “Prezident İlham Əliyev dünyanın ən nüfuzlu liderlərindən biridir”

"Bütün siyasi analitiklərin, ekspertlərin birmənalı mövqeyi ondan ibarətdir ki, cənab İlham Əliyev bu gün nəinki öz xalqının qürur mənbəyi olan böyük rəhbərdir, Azərbaycan Prezidenti həm də qlobal miqyaslı şəxsiyyət, dünyanın ən nüfuzlu liderlərindən biridir. Onun iştirak etdiyi tədbirlər, görüşlər, nitq və çıxışları sadəcə Azərbaycan ictimaiyyəti üçün gündəmi təyin etmir. Dövlətimizin başçısının təşəbbüsləri, beynəlxalq ictimaiyyətin də ciddi maraq və müzakirələrinə səbəb olur". 

Bizim.Media xəbər verir ki, bu fikirlər Milli Məclisin sədri Sahibə Qafarovanın "Azərbaycan" qəzetində dərc olunmuş "Qüdrətli Azərbaycanın və Böyük Zəfərin müəllifi" sərlövhəli yazısında yer alıb. 

Məqalədə Prezident İlham Əliyevin qətiyyətli lider olduğu vurğulanaraq, xatırladılır ki, Azərbaycanın dövlət başçısı beynəlxalq münasibətlər sistemində özünə yer tutmuş şantajla, təhdidlə dövlətlərin milli siyasətlərinə təsir göstərməyə vərdişkar olan güc mərkəzlərinə qarşı cəsarətli lider nümunəsi ortaya qoyaraq, milli mənafe və maraqları ən üst səviyyədə müdafiə və təmin etməyə qadir olduğunu nümayiş etdirir:

"Dövlətimizin başçısı "Heç kəs bizimlə diktat dili ilə danışa bilməz!" nidasına paralel olaraq, "Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır", "Azərbaycan maraqları birləşdirən ölkədir" tezislərini irəli sürərək, bizə dost, tərəfdaş kimi müraciət edən hər kəsə qapımızın açıq olduğunu, Azərbaycanı təzyiqlə özlərinin maraqlarına tabe etmək istəyənlərə isə yerlərini göstərir".

Məqalədə qeyd edilir ki, Prezident İlham Əliyev adını xalqımızın tarixinə parlaq hərflərlə yazdırmış müzəffər sərkərdə, qalib Ali Baş Komandandır.

O, Azərbaycan xalqının Vətən və yurd həsrətinə son qoymuş, onun arzularını gerçəkliyə çevirmişdir.

Azərbaycanın son 20 ildə Prezident İlham Əliyevin müəllifliyi ilə yazılan inkişaf salnaməsinin möhtəşəm nailiyyətlərlə, sonsuz zəfərlərlə zəngin olduğunu qeyd edən spiker Sahibə Qafarova yazıb ki, bu tarixin hər bir səhifəsi xalqımızın qürur mənbəyidir. Gözlərimizin önündə Azərbaycan hər gün daha da böyüyür, onun gücü, qüdrəti gündən-günə daha da artır. Azərbaycan öz hədəflərinə doğru inamla və əmin addımlarla irəliləyir. Şübhə yoxdur ki, Azərbaycanı gələcəkdə də parlaq günlər gözləyir: 

"Hər bir azərbaycanlıda bu əminliyi, bu sarsılmaz inamı yaradan isə möhtərəm Prezident İlham Əliyevdir. Ona görə də biz cənab İlham Əliyevin Azərbaycanda hakimiyyət olimpinin zirvəsinə seçildiyi 2003-cü ilin 15 oktyabr tarixini, onun xalqımızın dövlətçilik tarixində yeri və rolu barədə danışarkən, ölkəmizin müasir, müstəqil inkişaf mərhələsində müstəsna əhəmiyyətə malik, taleyüklü təqvimlərdən biri kimi dəyərləndiririk".

Prezident İlham Əliyevin seçkilərdə əldə etdiyi parlaq qələbədən sonra "Mən hər bir azərbaycanlının prezidenti olacağam", "Mən yaxşı prezident olacağam” deyə xalqımıza vəd verdiyini xatırladan Sahibə Qafarova qeyd edib ki, bu gün biz müasir, qüdrətli Azərbaycanın, onun liderinin timsalında dövlətimizin başçısının bütün digər vədləri kimi, bu vədinin də həyatda əksini tapdığını aydın şəkildə görürük. 
Hər bir azərbaycanlının qürur duyduğu, fəxr etdiyi ən yaxşılardan yaxşısı olan lideri, prezidenti var. O, nəyi, necə, nə vaxt etmək lazımdır, bunu hər kəsdən yaxşı bilir, bütün məsələlər dövlətimizin başçısının iradəsi ilə zamanında həllini tapır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günel Aslanova vəzifəsindən AYRILDI

Günel Aslanova vəzifəsindən AYRILDI

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

"WhatsApp" pullu olur

"WhatsApp" pullu olur

Kərimdən təsirli AÇIQLAMA: “Anamdan heç vaxt sığal görmədim…” - VİDEO

Kərimdən təsirli AÇIQLAMA: “Anamdan heç vaxt sığal görmədim…” - VİDEO

Azərbaycana maraq artır: Daimi yaşayış üçün 349 MÜRACİƏT

Azərbaycana maraq artır: Daimi yaşayış üçün 349 MÜRACİƏT

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

Ermənistanın Gürcüstanla sərhədində ZƏLZƏLƏ oldu

Ermənistanın Gürcüstanla sərhədində ZƏLZƏLƏ oldu

Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

“50 Cent” haqda serial çəkilir

“50 Cent” haqda serial çəkilir

Putin atəşkəs ELAN ETDİ - FOTO

Putin atəşkəs ELAN ETDİ - FOTO

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Ürək sağlamlığını qoruyan 12 qida

Ürək sağlamlığını qoruyan 12 qida

Zeynəb Xanlarova və Alla Puqaçova illər əvvəl - Foto

Zeynəb Xanlarova və Alla Puqaçova illər əvvəl - Foto

End of content

No more pages to load

RADİO